Javascript must be enabled to continue!
GƏMI MÜTƏXƏSSISLƏRININ DÖVRÜ PROFILAKTIK MÜAYIƏLƏRININ KEYFIYYƏT SƏCIYYƏLƏRI
View through CrossRef
Dəniz təbabətinin əsas vəzifələrindən biri dənizçilərin adekvat tibbi təminatı optimallaşdırmaqdır. Eilif D. [1] Norveçdə kruiz gəmilərində tibbi təminat məsələlərini təhlil etmişdir. Göstərilir ki, 100 nəfərdən çox sərnişini olan gəmilərdə mütləq həkim olur. Gəmidə göstərilməsi mümkün olmayan tibbi yardım Kruiz gəmiçiliyinin Beynəlxalq Assosiasiyasının sahil boyu yerləşdirilmiş tibb müəssisələrində təmin edilir. Norveçdə bütün növ tibb xidmətləri, o cümlədən ixtisaslaşmış yüksək keyfiyyətli tibbi yardım dövlət tərəfindən hamı üçün pulsuz təmin olunur. Vətəndaşlığından asılı olmayaraq hər kəs təcili tibbi yardım almaq hüququna malikdir. Yalnız həkimlərin və təcili yardımın göndərişi ilə insanlar xəstəxanalara məsləhət alma və ya müalicə olunmaq üçün göndərilə bilər. Xəstələrin daşınması üçün və daşınma zamanı tibbi yardım göstərmək üçün zəngin sanitar nəqliyyatı, o cümlədən aviasiya şəbəkəsi mövcuddur (7 təyyarə limanda və 11 xəstəxanada sanitar aviasiyası fəaliyyət göstərir). Bundan əlavə 6 hərbi bazada yerləşən vertolyotlar axtarış-xilasetmə yardımı göstərirlər. Ölkədə həkimlərin sayı kifayət qədərdir. Çarpayı fondu tam gücü ilə işləyir (93%). Buna baxmayaraq, planlı məsləhət və cərrahi əməliyyat üçün gözləməyə ehtiyac var (4 həftədən 4 aya qədər). Gəmi həkimləri həftənin 7 günündə və sutkanın 24 saatı ərzində ehtiyacı olanları sahil tibb müəssisələrinə göndərə bilir [2].
Taylor C.J. [3] İngiltərədə Kruiz gəmilərində sərnişinləri tibbi təminatı təcrübəsini təhlil etmişdir. Gəmidə təcili və təxirəsalınmaz tibbi yardım üçün resurs təminatı mövcuddur.
Azərbaycanda dəniz gəmiçiliyində tibbi təminat və sağlamlığın mühafizəsinin elmi əsasları keçən əsrin 60-cı illərində başlanmışdır. İlk dissertasiya isə 1966-cı ildə müdafiə olunmuşdur [4]. Sonralar ayrı-ayrı sahələr üzrə elmi müşahidələr aparılmış, onların icmalının 1998-ci ildə müdafiə olunmuş dissertasiya işində verilmişdir.
Quliyev A.A. [19] və Həsənov İ.F. [15] Xəzər gəmiçiliyində travmatizmi və gigiyenik şəraiti araşdırmışlar. 2004-cü ildə gəmi mütəxəssisləri nümunəsində neyrosixoloji dəyişikliklərin peşə seçimi üçün gigiyenik əhəmiyyəti mövzusunda dissertasiya işi müdafiə olunmuşdur. 2004-cü ilə qədər Azərbaycanda Xəzər gəmiçiliyində sağlamlıq və səhiyyə problemlərinə aid onlarla elmi əsər nəşr olunmuşdur. Son 10 il ərzində bu sahədə heç bir elmi iş nəşr olunmamışdır.
Education Support and Investment Fund NGO
Title: GƏMI MÜTƏXƏSSISLƏRININ DÖVRÜ PROFILAKTIK MÜAYIƏLƏRININ KEYFIYYƏT SƏCIYYƏLƏRI
Description:
Dəniz təbabətinin əsas vəzifələrindən biri dənizçilərin adekvat tibbi təminatı optimallaşdırmaqdır.
Eilif D.
[1] Norveçdə kruiz gəmilərində tibbi təminat məsələlərini təhlil etmişdir.
Göstərilir ki, 100 nəfərdən çox sərnişini olan gəmilərdə mütləq həkim olur.
Gəmidə göstərilməsi mümkün olmayan tibbi yardım Kruiz gəmiçiliyinin Beynəlxalq Assosiasiyasının sahil boyu yerləşdirilmiş tibb müəssisələrində təmin edilir.
Norveçdə bütün növ tibb xidmətləri, o cümlədən ixtisaslaşmış yüksək keyfiyyətli tibbi yardım dövlət tərəfindən hamı üçün pulsuz təmin olunur.
Vətəndaşlığından asılı olmayaraq hər kəs təcili tibbi yardım almaq hüququna malikdir.
Yalnız həkimlərin və təcili yardımın göndərişi ilə insanlar xəstəxanalara məsləhət alma və ya müalicə olunmaq üçün göndərilə bilər.
Xəstələrin daşınması üçün və daşınma zamanı tibbi yardım göstərmək üçün zəngin sanitar nəqliyyatı, o cümlədən aviasiya şəbəkəsi mövcuddur (7 təyyarə limanda və 11 xəstəxanada sanitar aviasiyası fəaliyyət göstərir).
Bundan əlavə 6 hərbi bazada yerləşən vertolyotlar axtarış-xilasetmə yardımı göstərirlər.
Ölkədə həkimlərin sayı kifayət qədərdir.
Çarpayı fondu tam gücü ilə işləyir (93%).
Buna baxmayaraq, planlı məsləhət və cərrahi əməliyyat üçün gözləməyə ehtiyac var (4 həftədən 4 aya qədər).
Gəmi həkimləri həftənin 7 günündə və sutkanın 24 saatı ərzində ehtiyacı olanları sahil tibb müəssisələrinə göndərə bilir [2].
Taylor C.
J.
[3] İngiltərədə Kruiz gəmilərində sərnişinləri tibbi təminatı təcrübəsini təhlil etmişdir.
Gəmidə təcili və təxirəsalınmaz tibbi yardım üçün resurs təminatı mövcuddur.
Azərbaycanda dəniz gəmiçiliyində tibbi təminat və sağlamlığın mühafizəsinin elmi əsasları keçən əsrin 60-cı illərində başlanmışdır.
İlk dissertasiya isə 1966-cı ildə müdafiə olunmuşdur [4].
Sonralar ayrı-ayrı sahələr üzrə elmi müşahidələr aparılmış, onların icmalının 1998-ci ildə müdafiə olunmuş dissertasiya işində verilmişdir.
Quliyev A.
A.
[19] və Həsənov İ.
F.
[15] Xəzər gəmiçiliyində travmatizmi və gigiyenik şəraiti araşdırmışlar.
2004-cü ildə gəmi mütəxəssisləri nümunəsində neyrosixoloji dəyişikliklərin peşə seçimi üçün gigiyenik əhəmiyyəti mövzusunda dissertasiya işi müdafiə olunmuşdur.
2004-cü ilə qədər Azərbaycanda Xəzər gəmiçiliyində sağlamlıq və səhiyyə problemlərinə aid onlarla elmi əsər nəşr olunmuşdur.
Son 10 il ərzində bu sahədə heç bir elmi iş nəşr olunmamışdır.
Related Results
Gəmi mütəxəssislərinin tibbi təminatinin əsas səciyyələri
Gəmi mütəxəssislərinin tibbi təminatinin əsas səciyyələri
Giriş. Dəniz təbabətinin əsas vəzifələrindən biri dənizçilərin adekvat tibbi təminatını optimallaşdırmaqdır. 2004-cü ilə qədər Azərbaycanda Xəzər gəmiçiliyində sağlamlıq və səhiyyə...
Naxçıvanın eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətləri
Naxçıvanın eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətləri
Müstəqillik illərində Naxçıvanda abidələrimizin öyrənilməsinə dövlət qayğısının artması, yeni arxeoloji tədqiqatlar nəticəsində əldə olunmuş saxsı qabların kompleks tədqiqi eneolit...
İRİBUYNUZLU HEYVANLARDA DIRNAQ XƏSTƏLİYİNİN YAYILMASI
İRİBUYNUZLU HEYVANLARDA DIRNAQ XƏSTƏLİYİNİN YAYILMASI
Kənd təsərrüfatının mühüm sahələrindən olan heyvandarlığın intensiv inkişafında onların sağlamlığının qorunmasında baytarlıq sanitariya və gigiyena tədbirlərinin vaxtlı-vaxtında hə...
L-ARGİNİNİN MAMALIQ PRAKTİKASINDA İSTİFADƏ İMKANLARI
L-ARGİNİNİN MAMALIQ PRAKTİKASINDA İSTİFADƏ İMKANLARI
Giriş: hamiləlik dövründə preeklampsiya və hipertonik pozğunluqlar hamiləliyin 20 həftəsindən sonra inkişaf edən ciddi ağırlaşmalarıdır. Bu spesifik sindrom hamilə qadınların 5-10%...
HİBRİD QEYDİYYAT
HİBRİD QEYDİYYAT
Inside the wake of the compelling advancement of open registers, routine ocean States made cross breed registries to compete and to support their lessening sea naval forces. Half b...
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında milli xarakterin ifadə vasitələri
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında milli xarakterin ifadə vasitələri
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının əsas mövzularından biri bədii əsərlərdəki milli xarakter məsələsidir. Milli xarakterin vacib ünsürlərindən biri isə onun ümumbəşərilik pr...
Maarifçilik dövrü elm və cəmiyyət arasinda qarşılıqlı təsir və transformasiya dövrü kimi
Maarifçilik dövrü elm və cəmiyyət arasinda qarşılıqlı təsir və transformasiya dövrü kimi
Məqalədə maarifçilik fenomeninin mahiyyəti geniş şəkildə izah olunur, elmi kəşflərin və rasional
düşüncənin alim və mütəfəkkirlərin timsalında cəmiyyətin dünyagörüşünə necə təsir g...
Yarma Və Taxil Məhsullarinin Keyfiyyət Xarakteristikalarinin Tədqiqati (Investigation of Quality Characteristics of Half And Tax Products)
Yarma Və Taxil Məhsullarinin Keyfiyyət Xarakteristikalarinin Tədqiqati (Investigation of Quality Characteristics of Half And Tax Products)
<b>Azerbaijani Abstract:</b> Məqalədə yarma məhsullarının çeşidləri göstərilmiş və keyfiyyətlərinə baxılmışdır. Yarmaların kimyəvi tərkibin analizi və yarmanın enerji...

