Javascript must be enabled to continue!
Naxçıvanın eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətləri
View through CrossRef
Müstəqillik illərində Naxçıvanda abidələrimizin öyrənilməsinə dövlət qayğısının artması, yeni arxeoloji tədqiqatlar nəticəsində əldə olunmuş saxsı qabların kompleks tədqiqi eneolit dövründə formalaşan bədii dulusçuluq ənənələrinin inkişaf mərhələlərini, bəzək ünsürlərini izləməyə imkan vermişdir. Eneolit dövrünün əsas dekorativ-tətbiqi sənət nümunələri saxsı qablar, az miqdarda muncuq, müxtəlif bəzək əşyaları və metal əşyalardan ibarətdir. Eneolit dövründə saxsı qablar məişətin bir hissəsi olmaqla bərabər, insanların ideoloji görüşlərini də əks etdirmiş, bir çox hallarda həm də qoruyucu funksiya daşımışdır. Erkən eneolit dövründə saxsı qabların bəzədilməsində istifadə olunan motivlərə sonrakı mərhələlərdə rast gəlinsə də, bu dövr özünəməxsus naxış üslubu ilə seçilir. Bu dövrdə xüsusilə saxsı qabların bəzədilməsində Dalma təpə üslubu daha geniş yayılmışdır. Bu üsluba Naxçıvan təpənin saxsı qablarında rast gəlirik. Dalma təpə üslubunun əsas xarakterik cəhətlərindən biri naxışların ritmik təkrarıdır. Fikrimizcə, bu naxış üslubu erkən eneolit mərhələsində özünün intibahını yaşamışdır. Dalma təpə üslubu son eneolit dövründə müşahidə olunmur. Bu dövrdə saxsı qabların bir çoxunun dekor həllində sadəliyə üstünlük verilməsinə baxmayaraq, az bir hissəsinin dekor həlli naxış motivlərinin zənginliyi ilə diqqət çəkir. Naxışlar daha səliqəli, daha aramla vurulmuşdur. Naxışlanmada zoomorfik motivlərin tətbiqi meydana gəlmişdir. Fikrimizcə, heyvanlar aləminə inamla əlaqədar olaraq, totemistik görüşlərin inkişafı heyvan motivlərinin meydana gəlməsinə və inkişafına səbəb olmuşdur. Naxçıvanın orta eneolit dövrü saxsı qabları əsasən Naxçıvantəpə, Xələc, Uçan Ağıl, Uzun Oba yaşayış yerlərindən aşkar olunmuşdur. Orta eneolit dövrü saxsı qab nümunələri üzərindəki naxışlar texniki icra üsullarına görə müxtəlif qruplara bölünə bilər. Saxsı qablar əsasən qabartma, basma, cızma və boyama üsulları ilə bəzədilmişdir. Qabların dibində müəyyən qalınlıqda qırmızı və sarı boya qalıqlarının qalması rəngin yerli ənənələrə əsaslanaraq hazırlanmasına əsas vermişdir. Eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətlərinin kompleks tədqiqi göstərmişdir ki, bu qablar Naxçıvanın qədim tayfalarının dini-mifoloji görüşlərini özündə əks etdirir, qədim tayfaların bədii dulusçuluq sahəsində yaradıcı axtarışlarını sərgiləyir və eneolit mədəniyyətinin, incəsənətinin spesifik xüsusiyyətlərini özündə əks etdirir.
Title: Naxçıvanın eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətləri
Description:
Müstəqillik illərində Naxçıvanda abidələrimizin öyrənilməsinə dövlət qayğısının artması, yeni arxeoloji tədqiqatlar nəticəsində əldə olunmuş saxsı qabların kompleks tədqiqi eneolit dövründə formalaşan bədii dulusçuluq ənənələrinin inkişaf mərhələlərini, bəzək ünsürlərini izləməyə imkan vermişdir.
Eneolit dövrünün əsas dekorativ-tətbiqi sənət nümunələri saxsı qablar, az miqdarda muncuq, müxtəlif bəzək əşyaları və metal əşyalardan ibarətdir.
Eneolit dövründə saxsı qablar məişətin bir hissəsi olmaqla bərabər, insanların ideoloji görüşlərini də əks etdirmiş, bir çox hallarda həm də qoruyucu funksiya daşımışdır.
Erkən eneolit dövründə saxsı qabların bəzədilməsində istifadə olunan motivlərə sonrakı mərhələlərdə rast gəlinsə də, bu dövr özünəməxsus naxış üslubu ilə seçilir.
Bu dövrdə xüsusilə saxsı qabların bəzədilməsində Dalma təpə üslubu daha geniş yayılmışdır.
Bu üsluba Naxçıvan təpənin saxsı qablarında rast gəlirik.
Dalma təpə üslubunun əsas xarakterik cəhətlərindən biri naxışların ritmik təkrarıdır.
Fikrimizcə, bu naxış üslubu erkən eneolit mərhələsində özünün intibahını yaşamışdır.
Dalma təpə üslubu son eneolit dövründə müşahidə olunmur.
Bu dövrdə saxsı qabların bir çoxunun dekor həllində sadəliyə üstünlük verilməsinə baxmayaraq, az bir hissəsinin dekor həlli naxış motivlərinin zənginliyi ilə diqqət çəkir.
Naxışlar daha səliqəli, daha aramla vurulmuşdur.
Naxışlanmada zoomorfik motivlərin tətbiqi meydana gəlmişdir.
Fikrimizcə, heyvanlar aləminə inamla əlaqədar olaraq, totemistik görüşlərin inkişafı heyvan motivlərinin meydana gəlməsinə və inkişafına səbəb olmuşdur.
Naxçıvanın orta eneolit dövrü saxsı qabları əsasən Naxçıvantəpə, Xələc, Uçan Ağıl, Uzun Oba yaşayış yerlərindən aşkar olunmuşdur.
Orta eneolit dövrü saxsı qab nümunələri üzərindəki naxışlar texniki icra üsullarına görə müxtəlif qruplara bölünə bilər.
Saxsı qablar əsasən qabartma, basma, cızma və boyama üsulları ilə bəzədilmişdir.
Qabların dibində müəyyən qalınlıqda qırmızı və sarı boya qalıqlarının qalması rəngin yerli ənənələrə əsaslanaraq hazırlanmasına əsas vermişdir.
Eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətlərinin kompleks tədqiqi göstərmişdir ki, bu qablar Naxçıvanın qədim tayfalarının dini-mifoloji görüşlərini özündə əks etdirir, qədim tayfaların bədii dulusçuluq sahəsində yaradıcı axtarışlarını sərgiləyir və eneolit mədəniyyətinin, incəsənətinin spesifik xüsusiyyətlərini özündə əks etdirir.
Related Results
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında milli xarakterin ifadə vasitələri
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında milli xarakterin ifadə vasitələri
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının əsas mövzularından biri bədii əsərlərdəki milli xarakter məsələsidir. Milli xarakterin vacib ünsürlərindən biri isə onun ümumbəşərilik pr...
The romantic apotheosis of the symbol in the context of East-West traditions
The romantic apotheosis of the symbol in the context of East-West traditions
This article explores the role of symbolism, symbolic thinking in the formation of aesthetic and poetic concepts of romanticism in Europe. The symbolic way of thinking that forms t...
Ərəb, Fars və Türk dillərində simvolların inteqrasiyası və linqvokulturoloji xüsusiyyətləri
Ərəb, Fars və Türk dillərində simvolların inteqrasiyası və linqvokulturoloji xüsusiyyətləri
Tədqiqat işində ərəb dilində formalaşmış leksik, mədəni və rəmzi elementlərin (simvolların) digər
dillərə necə inteqrasiya olunduğunu nəzəri-metodoloji və tarixi prizmalardan təhli...
RƏQƏMSAL İNKİŞAF. AZƏRBAYCAN İQTİSADİYYATININ TRANSFORMASİYASI
RƏQƏMSAL İNKİŞAF. AZƏRBAYCAN İQTİSADİYYATININ TRANSFORMASİYASI
Bu məqalə rəqəmsal transformasiya dövründə iqtisadiyyatın necə dəyişdiyini, rəqəmsallaşmanın ölçülməsi üçün beynəlxalq indeksləri (DESI, NRI, EGDI, GCI və s.) təhlil edir və Azərba...
AİLƏ MÖVZUSUNDA ATALAR SÖZLƏRİNİN LİNQVİSTİK XÜSUSİYYƏTLƏRİ
AİLƏ MÖVZUSUNDA ATALAR SÖZLƏRİNİN LİNQVİSTİK XÜSUSİYYƏTLƏRİ
Birlik və həmrəyliyin, qarşılıqlı münasibətlərin güclü şəkildə təzahür etdiyi ailə insan cəmiyyətində mərkəzi yer tutur və bu mövzu müxtəlif folklor nümunələrində öz əksini tapır. ...
Müasir dövrdə uşaqlarda skarlatinanın gedişinin kliniki-epidemioloji xüsusiyyətləri və müalicəsi
Müasir dövrdə uşaqlarda skarlatinanın gedişinin kliniki-epidemioloji xüsusiyyətləri və müalicəsi
Xülasə Məqalədə hazırkı dövrdə uşaqlar arasında baş verən epidemik sıçrayış xarakterini alan, bir çox fəsadlara səbəb olan skarlatinanın kliniki-epidemioloji xüsusiyyətləri, müali...
Naxçıvandan başlanan dövlətçilik salnaməsi
Naxçıvandan başlanan dövlətçilik salnaməsi
Məqalədə 90-cı illərin əvvəllərində Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb
edən ictimai-siyasi proseslərin baş verdiyi bir dövrdə Heydər Əliyevin Naxçıvandakı fəal...
TƏPƏGÖZ OBRAZININ FUNKSİONAL SEMANTİKASI VƏ DÜNYA EPOSU
TƏPƏGÖZ OBRAZININ FUNKSİONAL SEMANTİKASI VƏ DÜNYA EPOSU
Xülasə Məqalədə “Kitabi-Dədə Qorqud” eposunun “Basatın Dəpəgözü öldürdügi boyı bəyan edər, xanım, hey!”də Təpəgöz fenomeni dünya elmi fikrini iki yüz ilə yaxın bir dövrü əhatə etdi...

