Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

Maarifçilik dövrü elm və cəmiyyət arasinda qarşılıqlı təsir və transformasiya dövrü kimi

View through CrossRef
Məqalədə maarifçilik fenomeninin mahiyyəti geniş şəkildə izah olunur, elmi kəşflərin və rasional düşüncənin alim və mütəfəkkirlərin timsalında cəmiyyətin dünyagörüşünə necə təsir göstərdiyi təhlil edilir. Bu prosesin nəticəsində cəmiyyətin ənənəvi, dini-dogmatik yanaşmadan uzaqlaşaraq daha çox ağıl, təcrübə və elmi sübutlara əsaslanan düşüncə tərzinə yönəlməsi xüsusi vurğulanır. Eyni zamanda, maarifçilik ideyalarının sosial münasibətlərə, idarəetmə formalarına və insan–cəmiyyət əlaqələrinə gətirdiyi yeni yanaşmalar müxtəlif aspektlərdən müzakirə olunur. Məqalədə qeyd edilir ki, bəzi elmi ideyaların sistemli şəkildə formalaşdırılması və institutsionallaşdırılması əsasən Qərb cəmiyyətlərində baş versə də, bu ideyaların ilkin intellektual mənbələrinin və fəlsəfi təməl prinsiplərinin Şərq düşüncəsində formalaşdığı elmi istinadlar əsasında əsaslandırılır. Bu kontekstdə Şərq alimlərinin elmin inkişafında oynadığı rolun sonrakı Qərb maarifçiliyinə təsiri göstərilir və maarifçilik prosesinin qlobal, mədəniyyətlərarası xarakter daşıdığı nəticəsinə gəlinir. Maarifçilik dövründə elm və cəmiyyət arasında qarşılıqlı təsir və transformasiya baş verdi. Elmi kəşflər və ixtiralar dünyaya yeni baxışlar təklif etdi və əvvəlki təsəvvürləri sorğuladı, bu da öz növbəsində cəmiyyətdə dəyişikliklərə səbəb oldu. Məsələn, Qalileo Qaliley və Nyutonun elmə verdiyi töhfələr təbiət dünyası və dini inanclar haqqında cəmiyyətin təsəvvürlərini əhəmiyyətli dərəcədə dəyişdi. Və yaxud Fransız maarifçisi və sosioloqu O.Kontun təməlini qoyduğu “Elmi pozitivizm” cərəyanı cəmiyyətin “elmi” öyrənilməsini təklif etdi. Buna görə də o öz təlimini ilkin olaraq, “sosial fizika” adlandırdı. Daha sonra onu daha da təkmilləşdirərək sosiologiya- cəmiyyəti öyrənən elm kimi təqdim etdi. Lakin sonralar belçikalı alim və statistik A.Ketlenin də həmin termindən istifadə etdiyini nəzərə alaraq, elmi dövriyyəyə yeni söz sosiologiyanı daxil etdi.
Azerbaijan Science Center
Title: Maarifçilik dövrü elm və cəmiyyət arasinda qarşılıqlı təsir və transformasiya dövrü kimi
Description:
Məqalədə maarifçilik fenomeninin mahiyyəti geniş şəkildə izah olunur, elmi kəşflərin və rasional düşüncənin alim və mütəfəkkirlərin timsalında cəmiyyətin dünyagörüşünə necə təsir göstərdiyi təhlil edilir.
Bu prosesin nəticəsində cəmiyyətin ənənəvi, dini-dogmatik yanaşmadan uzaqlaşaraq daha çox ağıl, təcrübə və elmi sübutlara əsaslanan düşüncə tərzinə yönəlməsi xüsusi vurğulanır.
Eyni zamanda, maarifçilik ideyalarının sosial münasibətlərə, idarəetmə formalarına və insan–cəmiyyət əlaqələrinə gətirdiyi yeni yanaşmalar müxtəlif aspektlərdən müzakirə olunur.
Məqalədə qeyd edilir ki, bəzi elmi ideyaların sistemli şəkildə formalaşdırılması və institutsionallaşdırılması əsasən Qərb cəmiyyətlərində baş versə də, bu ideyaların ilkin intellektual mənbələrinin və fəlsəfi təməl prinsiplərinin Şərq düşüncəsində formalaşdığı elmi istinadlar əsasında əsaslandırılır.
Bu kontekstdə Şərq alimlərinin elmin inkişafında oynadığı rolun sonrakı Qərb maarifçiliyinə təsiri göstərilir və maarifçilik prosesinin qlobal, mədəniyyətlərarası xarakter daşıdığı nəticəsinə gəlinir.
Maarifçilik dövründə elm və cəmiyyət arasında qarşılıqlı təsir və transformasiya baş verdi.
Elmi kəşflər və ixtiralar dünyaya yeni baxışlar təklif etdi və əvvəlki təsəvvürləri sorğuladı, bu da öz növbəsində cəmiyyətdə dəyişikliklərə səbəb oldu.
Məsələn, Qalileo Qaliley və Nyutonun elmə verdiyi töhfələr təbiət dünyası və dini inanclar haqqında cəmiyyətin təsəvvürlərini əhəmiyyətli dərəcədə dəyişdi.
Və yaxud Fransız maarifçisi və sosioloqu O.
Kontun təməlini qoyduğu “Elmi pozitivizm” cərəyanı cəmiyyətin “elmi” öyrənilməsini təklif etdi.
Buna görə də o öz təlimini ilkin olaraq, “sosial fizika” adlandırdı.
Daha sonra onu daha da təkmilləşdirərək sosiologiya- cəmiyyəti öyrənən elm kimi təqdim etdi.
Lakin sonralar belçikalı alim və statistik A.
Ketlenin də həmin termindən istifadə etdiyini nəzərə alaraq, elmi dövriyyəyə yeni söz sosiologiyanı daxil etdi.

Related Results

The Populations and Habitat Preferences of Three Elm Species in Conditions Prevailing on Plains of Poland
The Populations and Habitat Preferences of Three Elm Species in Conditions Prevailing on Plains of Poland
From among the 35–40 elm species existing around the world, three are native to Europe: the wych elm (Ulmus glabra Huds.), the European white elm, (Ulmus laevis Pall.), and the fie...
Comparison of Deep Learning and Incremental Learning Model for Net Load Forecasting
Comparison of Deep Learning and Incremental Learning Model for Net Load Forecasting
This paper presents hourly net load forecasting, which is the forecasting of the difference between the hourly demand and the hourly power produced from the Photovoltaic (PV) syste...
Flood Forecasting Based on an Improved Extreme Learning Machine Model Combined with the Backtracking Search Optimization Algorithm
Flood Forecasting Based on an Improved Extreme Learning Machine Model Combined with the Backtracking Search Optimization Algorithm
Flood forecasting plays an important role in flood control and water resources management. Recently, the data-driven models with a simpler model structure and lower data requiremen...
Settlement Prediction of Foundation Pit Excavation Based on the GWO‐ELM Model considering Different States of Influence
Settlement Prediction of Foundation Pit Excavation Based on the GWO‐ELM Model considering Different States of Influence
This paper proposes a novel grey wolf optimization‐extreme learning machine model, namely, the GWO‐ELM model, to train and predict the ground subsidence by combining the extreme le...
A COMPACT OPTIMAL LEARNING MACHINE
A COMPACT OPTIMAL LEARNING MACHINE
Artificial neural networks (ANNs) have been developed and applied to a variety of problems, such as pattern recognition, clustering, function approximation, foreca...
Temporal characteristics of ELMs on the COMPASS divertor
Temporal characteristics of ELMs on the COMPASS divertor
Abstract The presented work shows a systematic study of the temporal characteristics of ELM events on the COMPASS divertor obtained with high temporal resolution pro...
COV-ELM classifier: An extreme learning machine based identification of COVID-19 using chest X-ray images
COV-ELM classifier: An extreme learning machine based identification of COVID-19 using chest X-ray images
Coronaviruses constitute a family of viruses that gives rise to respiratory diseases. COVID-19 is an infectious disease caused by a newly discovered coronavirus also termed Severe ...
MİLLİ GEYİM TARİXİ MƏNBƏ KİMİ
MİLLİ GEYİM TARİXİ MƏNBƏ KİMİ
Tədqiqatın aktuallığını ənənəvi geyimlərin sadəcə gündəlik əşya kimi deyil, həm də mühüm sosial-mədəni kod və tarixi yaddaşın maddi daşıyıcısı kimi qəbul edilməsinin zərurəti ilə ...

Back to Top