Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

Gəmi mütəxəssislərinin tibbi təminatinin əsas səciyyələri

View through CrossRef
Giriş. Dəniz təbabətinin əsas vəzifələrindən biri dənizçilərin adekvat tibbi təminatını optimallaşdırmaqdır. 2004-cü ilə qədər Azərbaycanda Xəzər gəmiçiliyində sağlamlıq və səhiyyə problemlərinə aid onlarla elmi əsər nəşr olunmuşdur. Son 10 il ərzində bu sahədə heç bir elmi iş nəşr olunmamışdır. Tədqiqatın məqsədi. Gəmi mütəxəssislərinin tibbi təminatının əsas səciyyələrini qiymətləndirmək. Tədqiqatın material və metodları. Gəmi mütəxəssislərinin tibbi təminatını qiymətləndirmək üçün normativ sənədlər istifadə olunmuşdur. Gəmi mütəxəssislərinin 5 illik hospitallaşması və bir illik gəlişləri öyrənilmiş, sənədlərin ekspert qiymətləndirilməsi əsasında onların tələbatının həcmi və təminatının səviyyəsi əsaslandırılmışdır. Profilaktik müayinələrin keyfiyyət səciyyələri stan-dartlarla müqayisə əsasında qiymətləndirilmişdir. Alınmış nəticələr. Qapalı Səhmdar Cəmiyyəti - Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin təsisatlı səhiyyəsinin tarixi böyükdür. Bu sistemin maddi-texniki bazası, kadr potensialı, tibbi təminatın qaydaları və prinsipləri sovet dövründə formalaşmışdır. Hal-hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə daxil olan bütün struktur qurumlar (Azərbaycan Dövlət Dəniz Akademiyası, Gəmi təmiri zavodu, neft və nəqliyat donanmaları və sair) təsisatlı səhiyyə sistemində tibbi yardım alırlar. Müayinə proqramında həkim terapevt, cərrah, nevropatoloq, otolorinqoloq, oftalmoloq, dermatovenoroloq və psixiatrın müayinədə iştirakı nəzərdə tutulmuşdur. Bu proqram tam həcmdə 82,8-86,8% hallarda təmin edilmişdir. Kapitan və onların köməkçiləri, maşinist və elektromexaniklərin (müvafiq olaraq 86,8; 79,9 və 81,1%) profilaktik müayinəsi nisbətən az (32,8%) tam proqramla həyata keçirilmişdir. Ən ümumi qüsur profilaktik müayinələrin sənədləşdirilməsinin qənaətbəxş tərtib olunmamasıdır (100%). Beynəlxalq standartlara görə gəmi mütəxəssislərinin tibbi şəhadətləndrilməsini həyata keçirən həkimlər müvafiq işi görə bilməsi üçün adekvat bilik və bacarıqlara malik olmalı, dənizçinin sağlamlığı barədə qərar qəbul etməkdə tam sərbəst olmalıdır. Həkim tərəfindən yararsız sayılmış dəniz gəmi mütəxəssisi müvafiq səlahiyyətə malik alternativ komissiyadan keçmək imkanında olmalıdır. Qeyd olunanlar üçün Xəzər dəniz gəmiçiliyində obyektiv şərait yoxdur. Xəzər dəniz gəmiçiliyində mütəxəssislərin tibbi şəhadətləndirilməsi səlahiyyəti bir komissiyaya verilmişdir. Yekun. Xəzər gəmiçiliyində təsisatlı səhiyyənin olmasına baxmayaraq işçilərin profilaktik müayinəsində (50,0-77,2% vaxtında aparılmır, 13,2-67,2% müayinə proqramı hissəvidir), hospitallaşmasında (7,4 - 36,4% tələbat ödənilmiş), ambulator - poliklinika yardımında (10,2-34,4% gəlişlərə hesabat ödənilmir) qüsurlar mövcuddur.
Title: Gəmi mütəxəssislərinin tibbi təminatinin əsas səciyyələri
Description:
Giriş.
Dəniz təbabətinin əsas vəzifələrindən biri dənizçilərin adekvat tibbi təminatını optimallaşdırmaqdır.
2004-cü ilə qədər Azərbaycanda Xəzər gəmiçiliyində sağlamlıq və səhiyyə problemlərinə aid onlarla elmi əsər nəşr olunmuşdur.
Son 10 il ərzində bu sahədə heç bir elmi iş nəşr olunmamışdır.
Tədqiqatın məqsədi.
Gəmi mütəxəssislərinin tibbi təminatının əsas səciyyələrini qiymətləndirmək.
Tədqiqatın material və metodları.
Gəmi mütəxəssislərinin tibbi təminatını qiymətləndirmək üçün normativ sənədlər istifadə olunmuşdur.
Gəmi mütəxəssislərinin 5 illik hospitallaşması və bir illik gəlişləri öyrənilmiş, sənədlərin ekspert qiymətləndirilməsi əsasında onların tələbatının həcmi və təminatının səviyyəsi əsaslandırılmışdır.
Profilaktik müayinələrin keyfiyyət səciyyələri stan-dartlarla müqayisə əsasında qiymətləndirilmişdir.
Alınmış nəticələr.
Qapalı Səhmdar Cəmiyyəti - Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin təsisatlı səhiyyəsinin tarixi böyükdür.
Bu sistemin maddi-texniki bazası, kadr potensialı, tibbi təminatın qaydaları və prinsipləri sovet dövründə formalaşmışdır.
Hal-hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə daxil olan bütün struktur qurumlar (Azərbaycan Dövlət Dəniz Akademiyası, Gəmi təmiri zavodu, neft və nəqliyat donanmaları və sair) təsisatlı səhiyyə sistemində tibbi yardım alırlar.
Müayinə proqramında həkim terapevt, cərrah, nevropatoloq, otolorinqoloq, oftalmoloq, dermatovenoroloq və psixiatrın müayinədə iştirakı nəzərdə tutulmuşdur.
Bu proqram tam həcmdə 82,8-86,8% hallarda təmin edilmişdir.
Kapitan və onların köməkçiləri, maşinist və elektromexaniklərin (müvafiq olaraq 86,8; 79,9 və 81,1%) profilaktik müayinəsi nisbətən az (32,8%) tam proqramla həyata keçirilmişdir.
Ən ümumi qüsur profilaktik müayinələrin sənədləşdirilməsinin qənaətbəxş tərtib olunmamasıdır (100%).
Beynəlxalq standartlara görə gəmi mütəxəssislərinin tibbi şəhadətləndrilməsini həyata keçirən həkimlər müvafiq işi görə bilməsi üçün adekvat bilik və bacarıqlara malik olmalı, dənizçinin sağlamlığı barədə qərar qəbul etməkdə tam sərbəst olmalıdır.
Həkim tərəfindən yararsız sayılmış dəniz gəmi mütəxəssisi müvafiq səlahiyyətə malik alternativ komissiyadan keçmək imkanında olmalıdır.
Qeyd olunanlar üçün Xəzər dəniz gəmiçiliyində obyektiv şərait yoxdur.
Xəzər dəniz gəmiçiliyində mütəxəssislərin tibbi şəhadətləndirilməsi səlahiyyəti bir komissiyaya verilmişdir.
Yekun.
Xəzər gəmiçiliyində təsisatlı səhiyyənin olmasına baxmayaraq işçilərin profilaktik müayinəsində (50,0-77,2% vaxtında aparılmır, 13,2-67,2% müayinə proqramı hissəvidir), hospitallaşmasında (7,4 - 36,4% tələbat ödənilmiş), ambulator - poliklinika yardımında (10,2-34,4% gəlişlərə hesabat ödənilmir) qüsurlar mövcuddur.

Related Results

GƏMI MÜTƏXƏSSISLƏRININ DÖVRÜ PROFILAKTIK MÜAYIƏLƏRININ KEYFIYYƏT SƏCIYYƏLƏRI
GƏMI MÜTƏXƏSSISLƏRININ DÖVRÜ PROFILAKTIK MÜAYIƏLƏRININ KEYFIYYƏT SƏCIYYƏLƏRI
Dəniz təbabətinin əsas vəzifələrindən biri dənizçilərin adekvat tibbi təminatı optimallaşdırmaqdır. Eilif D. [1] Norveçdə kruiz gəmilərində tibbi təminat məsələlərini təhlil etmişd...
TIBBİ CİHAZ KAYIT SİSTEMLERİ VE FİYATLARA ETKİSİ
TIBBİ CİHAZ KAYIT SİSTEMLERİ VE FİYATLARA ETKİSİ
Türkiye’deki kurulan ve geliştirilen tıbbi cihaz kayıt sistemleri; tıbbi cihazların asgari güvenlik koşularını sağlaması, kullanıcı, denetleyici ve geri ödemesini yapan bütün taraf...
Rəqəmsal Tibbi Terminoloji Sistemin Formalaşması Problemləri və Onların Həlli Yolları
Rəqəmsal Tibbi Terminoloji Sistemin Formalaşması Problemləri və Onların Həlli Yolları
Rəqəmsal tibbi terminoloji sistem beynəlxalq standartlara cavab verən vahid terminologiyadan, böyük həcmli məlumatların saxlanması, emalı üçün güclü rəqəmsal platformadan istifadən...
Hemşirelikte Tıbbi Hata ve Etik Boyutu
Hemşirelikte Tıbbi Hata ve Etik Boyutu
Hemşirelikte Tıbbi Hata ve Etik Boyutu kitabı, tıbbi hataların ve etik boyutunun hemşirelik alanında nasıl ele alınması gerektiğini ele alan bir kaynaktır. Kitap, tıbbi hataların t...
Rəqəmsal Tibb 4.0 Mühitində Təcili Tibbi Yardım Xidməti: Çağırışlar, İmkanlar və Perspektivlər
Rəqəmsal Tibb 4.0 Mühitində Təcili Tibbi Yardım Xidməti: Çağırışlar, İmkanlar və Perspektivlər
Təcili tibbi yardım (TTY) istənilən ölkənin səhiyyə sisteminin ayrılmaz hissəsidir. Kritik vəziyyətlərdə olan insanlara vaxtında və peşəkar yardım göstərilməsini təmin edir. Bir ço...
Tıbbi Bilirkişilik
Tıbbi Bilirkişilik
Bu kitap, tıbbi bilirkişilik konusunda genel bilgiler, tıbbi bilirkişilik bilgileri, adli tıp raporları, yüksek sağlık şurası raporları, yargı kararları, uzman görüşü raporları, bi...
Pamukkale Üniversitesi Tıp Fakültesi Tıbbi Biyokimya AD Uzmanlık Eğitim Müfredatı
Pamukkale Üniversitesi Tıp Fakültesi Tıbbi Biyokimya AD Uzmanlık Eğitim Müfredatı
Amaç: Pamukkale Üniversitesi Tıp fakültesi Tıbbi Biyokimya AD uzmanlık eğitiminde yıllara göre dağıtılmış ders programına uyumlu olarak eğitim verilmektedir. Tıpta uzmanlık kurulu ...
Data Elminin Tətbiqi ilə Ölkə Üzrə Tibbi Kadr Potensialının Vəziyyətinin Analizi və Beynəlxalq Səviyyədə Müqayisələr
Data Elminin Tətbiqi ilə Ölkə Üzrə Tibbi Kadr Potensialının Vəziyyətinin Analizi və Beynəlxalq Səviyyədə Müqayisələr
Bu tezisdə əsas səhiyyə göstəriciləri üzrə Azərbaycanda tibbi kadr potensialının mövcud vəziyyəti təhlil olunur və problemlər vurğulanır, beynəlxalq səviyyədə müqayisələr aparılır....

Back to Top