Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

MƏLUMATLARIN MƏXFİLİYİNİN QORUNMASI ÜÇÜN KİBER TƏHLÜKƏSİZLİK YANAŞMALARI

View through CrossRef
İnformasiya texnologiyalarının müasir cəmiyyətin bütün sahələrinə nüfuz etməsi nəticəsində təşkilatların və fərdi istifadəçilərin gündəlik fəaliyyəti rəqəmsal platformalardan asılı hala gəlmişdir. Bu şəraitdə informasiya sistemlərinin davamlılığı və onların təhlükəsizliyinin təmin edilməsi prioritet məsələ kimi çıxış edir. Bu məqalədə informasiya təhlükəsizliyinin elmi və praktiki aspektləri sistemli yanaşma ilə araşdırılmış, həm fərdi istifadəçi səviyyəsində, həm də təşkilati kontekstdə yaranan təhdidlər və onların qarşısının alınması yolları detallı şəkildə təhlil olunmuşdur. Araşdırma çərçivəsində informasiya təhlükəsizliyinin əsas prinsipləri – məxfilik (confidentiality), bütövlük (integrity), əlçatanlıq (availability) – çərçivəsində təhlükə modelləri və risklərin idarə olunması metodologiyaları təqdim edilir. Araşdırma həmçinin kriptoqrafiya, çoxfaktor autentifikasiya, şəbəkə təhlükəsizliyi protokolları, təhdid aşkarlama sistemləri (IDS/IPS) və süni intellektə əsaslanan davranış analizləri kimi müasir texnologiyaların tətbiq imkanlarına nəzər yetirir.Bununla yanaşı, GDPR, ePrivacy Directive, Azərbaycan Respublikasının "İnformasiya, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında" qanunu kimi hüquqi aktların informasiya təhlükəsizliyinə təsiri və hüquqi çərçivənin texnoloji həllərlə inteqrasiyası məsələləri də xüsusi diqqət mərkəzindədir. Şəxsi məlumatların qorunması, transsərhəd məlumat axını və istifadəçi razılığı kimi məsələlər üzərində dayanıqlı təhlillər aparılmışdır.Tədqiqatın məqsədi informasiya sistemlərinin təhlükəsizliyini təmin etmək üçün ən son metodların və yanaşmaların kompleks şəkildə təhlil edilməsidir. Bu məqsədlə analitik təhlil, müqayisəli analiz, risk əsaslı qiymətləndirmə və hüquqi-normativ araşdırma metodlarından istifadə olunmuşdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, informasiya təhlükəsizliyi yalnız texniki tədbirlərlə deyil, təşkilati və normativ mexanizmlərlə birlikdə vahid strategiya əsasında idarə olunmalıdır. Bu isə öz növbəsində müəssisələr üçün dayanıqlı, çevik və uzunmüddətli təhlükəsizlik arxitekturasının qurulmasını zəruri edir. Açar sözlər: Kibertəhlükəsizlik, kiber hücumlar, təhlükəsizlik siyasəti, məlumatın gizliliyi, GDPR.
Title: MƏLUMATLARIN MƏXFİLİYİNİN QORUNMASI ÜÇÜN KİBER TƏHLÜKƏSİZLİK YANAŞMALARI
Description:
İnformasiya texnologiyalarının müasir cəmiyyətin bütün sahələrinə nüfuz etməsi nəticəsində təşkilatların və fərdi istifadəçilərin gündəlik fəaliyyəti rəqəmsal platformalardan asılı hala gəlmişdir.
Bu şəraitdə informasiya sistemlərinin davamlılığı və onların təhlükəsizliyinin təmin edilməsi prioritet məsələ kimi çıxış edir.
Bu məqalədə informasiya təhlükəsizliyinin elmi və praktiki aspektləri sistemli yanaşma ilə araşdırılmış, həm fərdi istifadəçi səviyyəsində, həm də təşkilati kontekstdə yaranan təhdidlər və onların qarşısının alınması yolları detallı şəkildə təhlil olunmuşdur.
Araşdırma çərçivəsində informasiya təhlükəsizliyinin əsas prinsipləri – məxfilik (confidentiality), bütövlük (integrity), əlçatanlıq (availability) – çərçivəsində təhlükə modelləri və risklərin idarə olunması metodologiyaları təqdim edilir.
Araşdırma həmçinin kriptoqrafiya, çoxfaktor autentifikasiya, şəbəkə təhlükəsizliyi protokolları, təhdid aşkarlama sistemləri (IDS/IPS) və süni intellektə əsaslanan davranış analizləri kimi müasir texnologiyaların tətbiq imkanlarına nəzər yetirir.
Bununla yanaşı, GDPR, ePrivacy Directive, Azərbaycan Respublikasının "İnformasiya, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında" qanunu kimi hüquqi aktların informasiya təhlükəsizliyinə təsiri və hüquqi çərçivənin texnoloji həllərlə inteqrasiyası məsələləri də xüsusi diqqət mərkəzindədir.
Şəxsi məlumatların qorunması, transsərhəd məlumat axını və istifadəçi razılığı kimi məsələlər üzərində dayanıqlı təhlillər aparılmışdır.
Tədqiqatın məqsədi informasiya sistemlərinin təhlükəsizliyini təmin etmək üçün ən son metodların və yanaşmaların kompleks şəkildə təhlil edilməsidir.
Bu məqsədlə analitik təhlil, müqayisəli analiz, risk əsaslı qiymətləndirmə və hüquqi-normativ araşdırma metodlarından istifadə olunmuşdur.
Araşdırma nəticəsində məlum olmuşdur ki, informasiya təhlükəsizliyi yalnız texniki tədbirlərlə deyil, təşkilati və normativ mexanizmlərlə birlikdə vahid strategiya əsasında idarə olunmalıdır.
Bu isə öz növbəsində müəssisələr üçün dayanıqlı, çevik və uzunmüddətli təhlükəsizlik arxitekturasının qurulmasını zəruri edir.
Açar sözlər: Kibertəhlükəsizlik, kiber hücumlar, təhlükəsizlik siyasəti, məlumatın gizliliyi, GDPR.

Related Results

SÜNI NEYRON ŞƏBƏKƏSINDƏN ISTIFADƏ EDƏRƏK MÜHƏRRIKIN NASAZLIĞININ AŞKARLANMASI MODELI
SÜNI NEYRON ŞƏBƏKƏSINDƏN ISTIFADƏ EDƏRƏK MÜHƏRRIKIN NASAZLIĞININ AŞKARLANMASI MODELI
Məqalənin obyekti neft və qaz hasilatı üçün texnoloji qurğularda qəzaların proqnozlaşdırılmasıdır. Bu işin məqsədi neft və qaz hasilatı obyektlərində fövqəladə halların proqnozlaşd...
Sosial medianın dil öyrənməsinə təsiri
Sosial medianın dil öyrənməsinə təsiri
İngilis dili sinif otağında texnologiyanın tətbiqi tədris prosesini tamamilə dəyişdi. Texnologiyada yaranan tendensiyalarla müəllimlər tələbələrin dil mənimsəməsində daha səmərəli ...
Rəqəmsal Tibbi Terminoloji Sistemin Formalaşması Problemləri və Onların Həlli Yolları
Rəqəmsal Tibbi Terminoloji Sistemin Formalaşması Problemləri və Onların Həlli Yolları
Rəqəmsal tibbi terminoloji sistem beynəlxalq standartlara cavab verən vahid terminologiyadan, böyük həcmli məlumatların saxlanması, emalı üçün güclü rəqəmsal platformadan istifadən...
MÜASİR DÖVRDƏ KİBERCİNAYƏTKARLIQ
MÜASİR DÖVRDƏ KİBERCİNAYƏTKARLIQ
XXI əsrdə elmi-texniki tərəqqinin yeni – informasiya inqilabı adlanan mərhələsi həyat səviyyəsinin və sosial rifahın yüksəldilməsinə yönələn nəticələri ilə yanaşı, milli, hərbi və ...
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı Üçün Etibarlı Tərəfdaşdır
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı Üçün Etibarlı Tərəfdaşdır
Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü ona üzv olan ölkələrin iqtisadiyyatının inkişafı, təhlükəsizliyin təmin edilməsi, qarşı...
Dinləmə bacarığının inkişaf etdirilməsi yolları
Dinləmə bacarığının inkişaf etdirilməsi yolları
Məqalədə ingilis dilinin dinləmə bacarığı ətraflı təhlil edilmişdir. Burada oxucular dinləmənin formalarını və onları öyrətmək üçün gərəkli məlumatları əldə etmişdirlər. Bir dili t...
ORTA MƏKTƏBDƏ XARİCİ DİLİN TƏDRİSİNDƏ DİNLƏMƏNİN ROLU
ORTA MƏKTƏBDƏ XARİCİ DİLİN TƏDRİSİNDƏ DİNLƏMƏNİN ROLU
Məqalədə müəllif orta məktəblərdə xarici dilinin tədrisində dinləmənin rolundan bəhs etmişdir. Məqalənin giriş hissəsində istənilən xarici dilin öyrədilməsində ünsiyyətin əhəmiyyət...
Süni İntellektə Əsaslanan Tibbi Diaqnostika üçün Funksional Biomarkerlərin Tətbiqi
Süni İntellektə Əsaslanan Tibbi Diaqnostika üçün Funksional Biomarkerlərin Tətbiqi
Ağciyər xərçəngi dünyada bədxassəli şiş xəstəliklərindən ölüm hallarında əsas yeri tutur. Bu baxımdan erkən diaqnoz ağciyər xərçəngi xəstələrinin sağ qalma faizini artırmaq üçün ço...

Back to Top