Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı Üçün Etibarlı Tərəfdaşdır

View through CrossRef
Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü ona üzv olan ölkələrin iqtisadiyyatının inkişafı, təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, vacib problemlərin həlli, birgə fəaliyyətin tənzimlənməsi baxımından böyük əhəmiyyətə malikdir. Şanxay Əməkdaşlıq Təşkilatı da öz fəaliyyətində demokratik prinsiplərə, dövlətlər arasında qarşılıqlı etimada və qonşuluq münasibətlərinə, siyasət, ticarət, iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, təhsil, enerji, nəqliyyat, turizm, sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün səylərin birləşdirilməsinə əsaslanan bir orqan kimi üzv dövlətlərin əlaqələndirilməsində, vacib problemlərin müzakirə edilib aradan qaldırılmasında mühüm rol oynayır. Azərbaycan bu təşkilatda dialoq tərəfdaşı statusuna sahib olmasına baxmayaraq, onun fəaliyyətində yaxından iştirak edir. Bu qurumla ölkəmiz arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb: “Terrorizm, ekstremizm və separatçılıq ilə mübarizəyə, regional təhlükəsizlik və sabitliyin qorunmasına böyük önəm verən dövlətimiz hər sahədə təşkilatla əlaqələrini ildən-ilə möhkəmləndirmək əzmindədir”. 16 ölkənin dövlət və hökumət başçılarının qatıldığı Zirvə görüşünün “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr edilməsi bu günümüz üçün vacib və böyük əhəmiyyətə malik məsələdir. Məqalədə Cənab İlham Əliyevin Zirvə görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşləri, əlbəttə ki, ölkəmizin gələcək inkişafı və təhlükəsizliyi mövzusu, Prezidentin çıxışları, Azərbaycanın yeni dövr hədəfləri və xarici siyasətinin prioritetləri təhlil olunur. Həmçinin, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında iştirakının hər tərəfli analizi və bu təşkilatın miqyası və qlobal əhəmiyyəti işıqalndırılır. Məqalədə Prezidentin internet saytından, siyasi ekspertlərin telekanallara və xəbər saytlarına verdiyi müsahibələrdən, Azərbaycanın internet resurslarından istifadə olunub.
Akademik Tarih ve Dusunce Dergisi
Title: Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı Üçün Etibarlı Tərəfdaşdır
Description:
Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü ona üzv olan ölkələrin iqtisadiyyatının inkişafı, təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, vacib problemlərin həlli, birgə fəaliyyətin tənzimlənməsi baxımından böyük əhəmiyyətə malikdir.
Şanxay Əməkdaşlıq Təşkilatı da öz fəaliyyətində demokratik prinsiplərə, dövlətlər arasında qarşılıqlı etimada və qonşuluq münasibətlərinə, siyasət, ticarət, iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, təhsil, enerji, nəqliyyat, turizm, sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün səylərin birləşdirilməsinə əsaslanan bir orqan kimi üzv dövlətlərin əlaqələndirilməsində, vacib problemlərin müzakirə edilib aradan qaldırılmasında mühüm rol oynayır.
Azərbaycan bu təşkilatda dialoq tərəfdaşı statusuna sahib olmasına baxmayaraq, onun fəaliyyətində yaxından iştirak edir.
Bu qurumla ölkəmiz arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb: “Terrorizm, ekstremizm və separatçılıq ilə mübarizəyə, regional təhlükəsizlik və sabitliyin qorunmasına böyük önəm verən dövlətimiz hər sahədə təşkilatla əlaqələrini ildən-ilə möhkəmləndirmək əzmindədir”.
16 ölkənin dövlət və hökumət başçılarının qatıldığı Zirvə görüşünün “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr edilməsi bu günümüz üçün vacib və böyük əhəmiyyətə malik məsələdir.
Məqalədə Cənab İlham Əliyevin Zirvə görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşləri, əlbəttə ki, ölkəmizin gələcək inkişafı və təhlükəsizliyi mövzusu, Prezidentin çıxışları, Azərbaycanın yeni dövr hədəfləri və xarici siyasətinin prioritetləri təhlil olunur.
Həmçinin, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında iştirakının hər tərəfli analizi və bu təşkilatın miqyası və qlobal əhəmiyyəti işıqalndırılır.
Məqalədə Prezidentin internet saytından, siyasi ekspertlərin telekanallara və xəbər saytlarına verdiyi müsahibələrdən, Azərbaycanın internet resurslarından istifadə olunub.

Related Results

Azərbaycan dili və Türk dili qrammatikalarında feilin bacarıq forması
Azərbaycan dili və Türk dili qrammatikalarında feilin bacarıq forması
Məqalədə XX əsrin birinci rübündən bu günə qədər nəşr olunmuş dərsliklərdə feilin təsriflənən formalarının keçdiyi yola nəzər salınmış, feilin təsriflənən formalarının müxtəlif döv...
AZƏRBAYCAN ÇAYLARINDA EKOLOJİ AXIMIN QİYMƏTLƏNDİRİLMƏSİ
AZƏRBAYCAN ÇAYLARINDA EKOLOJİ AXIMIN QİYMƏTLƏNDİRİLMƏSİ
Təbiətdə su ehtiyatları artmayır və yalnız suyun dövranı nəticəsində bir formadan digər formaya çevrilir. Bu səbəbdən su ehtiyatlarının və onunla bağlı ekosistemin qorunması üçün ...
The romantic apotheosis of the symbol in the context of East-West traditions
The romantic apotheosis of the symbol in the context of East-West traditions
This article explores the role of symbolism, symbolic thinking in the formation of aesthetic and poetic concepts of romanticism in Europe. The symbolic way of thinking that forms t...
Ermənistan SSR-in Azərbaycan SSR-ə Qarşı Ərazi İddialarında Qaragöl Məsələsi
Ermənistan SSR-in Azərbaycan SSR-ə Qarşı Ərazi İddialarında Qaragöl Məsələsi
Məqalə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına həsr olunmuşdur. Müəlliflər qeyd edirlər ki, 1920-ci ilin yazında Azərbaycanda sovet hakimiyyəti quruldu. Ermənistanda isə s...
Azərbaycan fortepiano mədəniyyəti tarixindən
Azərbaycan fortepiano mədəniyyəti tarixindən
Keywords: musiqi, fortepiano, pedaqogika, klassika, forma, interpretasiya Abstract:: Müasir Azərbaycan musiqişünaslığında fortepiano mədəniyyətinin problemlərinin tarixi-nəzər...
GÖRKƏMLİ KAMANÇA İFAÇISI, USTAD SƏNƏTKAR HABİL ƏLİYEV
GÖRKƏMLİ KAMANÇA İFAÇISI, USTAD SƏNƏTKAR HABİL ƏLİYEV
Bəşəriyyətin yaşı qədər tarixi olan musiqi insanlığın kəşf etdiyi ən əsrarəngiz dəyərlərdəndir. Gözəl musiqilərin səsləndirilməsi üçün hər bir xalq öz ruhuna uyğun musiqi aləti kəş...
RƏQƏMSAL İQTİSADİYYATDA FƏALİYYƏT GÖSTƏRƏN BİZNES MODELLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
RƏQƏMSAL İQTİSADİYYATDA FƏALİYYƏT GÖSTƏRƏN BİZNES MODELLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Dünyanın əksər şirkətləri üçün bu gün əsas mövzu rəqəmsal transformasiyadır. Buraya, biznesin səmərəliliyini və məhsuldarlığını artırmaq üçün müasir rəqəmsal texnologiyalardan fəal...
FRANSIZ DİLÇİLİYİNDƏ ONOMASTİK VAHİDLƏRİN AVTOMATİK İDENTİFİKASİYA XÜSUSİYYƏTLƏRİ
FRANSIZ DİLÇİLİYİNDƏ ONOMASTİK VAHİDLƏRİN AVTOMATİK İDENTİFİKASİYA XÜSUSİYYƏTLƏRİ
Məqalə fransız dilçiliyində xüsusi isimlərin avtomatik tanınması xüsusiyyətlərini araşdırır, xüsusi isimləri ümumi isimlərdən fərqləndirən xüsusiyyətləri tədqiq edir və xüsusi ismi...

Back to Top