Javascript must be enabled to continue!
GÖRKƏMLİ KAMANÇA İFAÇISI, USTAD SƏNƏTKAR HABİL ƏLİYEV
View through CrossRef
Bəşəriyyətin yaşı qədər tarixi olan musiqi insanlığın kəşf etdiyi ən əsrarəngiz dəyərlərdəndir. Gözəl musiqilərin səsləndirilməsi üçün hər bir xalq öz ruhuna uyğun musiqi aləti kəşf edib. Beləliklə, çox sayda sirli, sehirli musiqi alətləri yaranıb ki, bunlardan biri səsi ilə insan qəlbinin tellərini titrədən, sanki ana laylasını xatırladan kamançadır.
Azərbaycan muğamlarını nəsildən-nəslə varislik yolu ilə ənənəvi şəkildə ötürən sazəndələr vardır ki, onların hər biri bu şərəfli yolda öz dəsti-xətti, ifaçılıq prinsipi ilə seçilən musiqiçilərdən olmuşlar. Belə musiqiçilərimizdən biri də Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli ustad sənətkar, mahir kaman ifaçısı Habil Əliyevdir.
“Görkəmli kamança ifaçısı, ustad sənətkar Habil Əliyev” başlığı altında təqdim olunan məqalədə özünəməxsus ifa prinsipi ilə seçilən Habil Əliyevin yaradıcılıq yolu izlənilir, ustad sənətkarın alətin üzərində apardığı rekonstruksiya işi haqqında danışılır. Muğam ifaçılığında öz dəsti-xətti, ifa üslubu olan ustad sənətkar, Azərbaycan musiqi mədəniyyətinin inkişafında əhəmiyyətli töhfələr vermişdir. Belə ki, sənətkar Azərbaycan simli yaylı musiqi aləti olan kamançanın səslənməsinə yeni xallar və rənglər qatmış, eyni zamanda onun konstruktiv quruluşunda dəyişikliklər edərək ifa imkanlarını genişləndirmişdir. Belə ki, ustadın kamança musiqi alətində etdiyi rekonstruksiya işi onun ifasının özəlliyinə də təsir etmişdir. Muğam ifaçılığında ustad sənətkar daxilindən gələn, onun idrak təfəkküründən süzülən səsləri əldə etmək üçün alətdə təkmilləşmə işi aparmaq məcburiyyətində qalır. Xalq artisti öz alətində daxilindən, ruhi aləmindən gələn səsləri əldə etmək üçün mövcud olan alətin qolunu qısaltmışdır. Standart uzunluğu 29 sm olan kamança yaylı musiqi alətinin qolunu iki sm qısaldaraq 27 sm etmişdir.
XX əsrin ikinci yarısında xüsusilə tar və kamança ifaçılığı daha yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan kamança ifaçılığı tarixinə nəzər saldıqda milli alətlərimizin görkəmli ustad ifaçılarının özünəməxsus ifa üslub keyfiyyətlərinə malik olduğunu görə bilərik. Bu ifaçılardan Habil Əliyev və bir çox peşəkar ifaçılar bu alətlərin çalğı texnikasını, ifaçılıq imkanlarını daha yüksək səviyyəyə qaldırmışlar və onların ifalarında sənətə estetik yanaşma üstünlük təşkil edir.
Title: GÖRKƏMLİ KAMANÇA İFAÇISI, USTAD SƏNƏTKAR HABİL ƏLİYEV
Description:
Bəşəriyyətin yaşı qədər tarixi olan musiqi insanlığın kəşf etdiyi ən əsrarəngiz dəyərlərdəndir.
Gözəl musiqilərin səsləndirilməsi üçün hər bir xalq öz ruhuna uyğun musiqi aləti kəşf edib.
Beləliklə, çox sayda sirli, sehirli musiqi alətləri yaranıb ki, bunlardan biri səsi ilə insan qəlbinin tellərini titrədən, sanki ana laylasını xatırladan kamançadır.
Azərbaycan muğamlarını nəsildən-nəslə varislik yolu ilə ənənəvi şəkildə ötürən sazəndələr vardır ki, onların hər biri bu şərəfli yolda öz dəsti-xətti, ifaçılıq prinsipi ilə seçilən musiqiçilərdən olmuşlar.
Belə musiqiçilərimizdən biri də Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli ustad sənətkar, mahir kaman ifaçısı Habil Əliyevdir.
“Görkəmli kamança ifaçısı, ustad sənətkar Habil Əliyev” başlığı altında təqdim olunan məqalədə özünəməxsus ifa prinsipi ilə seçilən Habil Əliyevin yaradıcılıq yolu izlənilir, ustad sənətkarın alətin üzərində apardığı rekonstruksiya işi haqqında danışılır.
Muğam ifaçılığında öz dəsti-xətti, ifa üslubu olan ustad sənətkar, Azərbaycan musiqi mədəniyyətinin inkişafında əhəmiyyətli töhfələr vermişdir.
Belə ki, sənətkar Azərbaycan simli yaylı musiqi aləti olan kamançanın səslənməsinə yeni xallar və rənglər qatmış, eyni zamanda onun konstruktiv quruluşunda dəyişikliklər edərək ifa imkanlarını genişləndirmişdir.
Belə ki, ustadın kamança musiqi alətində etdiyi rekonstruksiya işi onun ifasının özəlliyinə də təsir etmişdir.
Muğam ifaçılığında ustad sənətkar daxilindən gələn, onun idrak təfəkküründən süzülən səsləri əldə etmək üçün alətdə təkmilləşmə işi aparmaq məcburiyyətində qalır.
Xalq artisti öz alətində daxilindən, ruhi aləmindən gələn səsləri əldə etmək üçün mövcud olan alətin qolunu qısaltmışdır.
Standart uzunluğu 29 sm olan kamança yaylı musiqi alətinin qolunu iki sm qısaldaraq 27 sm etmişdir.
XX əsrin ikinci yarısında xüsusilə tar və kamança ifaçılığı daha yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur.
Azərbaycan kamança ifaçılığı tarixinə nəzər saldıqda milli alətlərimizin görkəmli ustad ifaçılarının özünəməxsus ifa üslub keyfiyyətlərinə malik olduğunu görə bilərik.
Bu ifaçılardan Habil Əliyev və bir çox peşəkar ifaçılar bu alətlərin çalğı texnikasını, ifaçılıq imkanlarını daha yüksək səviyyəyə qaldırmışlar və onların ifalarında sənətə estetik yanaşma üstünlük təşkil edir.
Related Results
GAYA BERILOKUSI USTAD ADI HIDAYAT PADA VIDEO CERAMAH “DZIKIR PENUNTAS KEGELISAHAN” DI MEDIA DIGITAL YOUTUBE (USTAD ADI HIDAYAT'S ILLOCUTIONAL STYLE ON THE VIDEO OF THE “DZIKIR PENUNTAS KEGELISAHAN” ON YOUTUBE)
GAYA BERILOKUSI USTAD ADI HIDAYAT PADA VIDEO CERAMAH “DZIKIR PENUNTAS KEGELISAHAN” DI MEDIA DIGITAL YOUTUBE (USTAD ADI HIDAYAT'S ILLOCUTIONAL STYLE ON THE VIDEO OF THE “DZIKIR PENUNTAS KEGELISAHAN” ON YOUTUBE)
AbstractUstad Adi Hidayat's Illocutional Style On The Video Of The “Dzikir Penuntas Kegelisahan” On Youtube. Ustad Adi Hidayat (UAH) is one of the popular lecturers who conveys rel...
RISSING AUTHORITY: THE NEW OF USTAD AMONG URBAN MILLENNIAL MUSLIMS
RISSING AUTHORITY: THE NEW OF USTAD AMONG URBAN MILLENNIAL MUSLIMS
Abstrak
Studi ini fokus pada pertanyaan “Faktor apa yang mendorong munculnya otoritas keagamaan baru dikalangan muslim milenial urban?” Untuk menganalisis pertanyaan tersebut...
Aşıq Ələsgər poeziyasında təbiət motivlərinin əcdad kultu kontekstində semantikası
Aşıq Ələsgər poeziyasında təbiət motivlərinin əcdad kultu kontekstində semantikası
Məqalədə Azərbaycan aşıq sənətinin ölməz nümayəndəsi olan Aşıq Ələsgərin yaradıcılığında yer
tutan təbiət-dağ, su və s. ilə bağlı mövzulara diqqət ayrılmışdır. Məlum olmuşdur ki, u...
The Great Indian Hindustani Classical Vocalist of Rampur-Sahaswan Gharana: Ustad Nissar Hussain Khan
The Great Indian Hindustani Classical Vocalist of Rampur-Sahaswan Gharana: Ustad Nissar Hussain Khan
Ustad Nisar Hussain Khan was a renowned Indian classical vocalist and a leading exponent of the Rampur-Sahaswan gharana. Born into a family with a rich musical heritage, he receive...
Gaya Penulisan Media Ormas Islam
Gaya Penulisan Media Ormas Islam
Abstract. The media of Islamic organizations in Indonesia can now be said to be an online media that is needed by the community, especially those who are involved in these Islamic ...
Virtual Da’wa Communication between Ustad Yazid Jawas and Ustad Abdul Somad on YouTube
Virtual Da’wa Communication between Ustad Yazid Jawas and Ustad Abdul Somad on YouTube
This article analyzes the language style of preaching by a senior and well-known preacher in Indonesia, Ustad Yazid bin Abdul Qodir Jawas and Ustad Abdul Somad, on the social media...
Pesan Dakwah Dalam Buku GAPLEH
Pesan Dakwah Dalam Buku GAPLEH
Penelitian ini bertujuan untuk mengetahui dan menganalisis isi pesan dakwah pada buku Gapleh “Gaul Tapi Soleh”. Secara rinci tujuan penelitian ini untuk mengetahui pesan dakwah da...
PRINSIP KESANTUNAN PADA PERCAKAPN FILM USTAD MILENIAL
PRINSIP KESANTUNAN PADA PERCAKAPN FILM USTAD MILENIAL
Penelitian ini berjudul “prinsip kesantunan pada film ustad milenial”. Penelitian ini mengkaji tentang proses dimana terjadinya perinsip kesantunan pada percakapan penelitian ini b...

