Javascript must be enabled to continue!
Aşıq Ələsgər poeziyasında təbiət motivlərinin əcdad kultu kontekstində semantikası
View through CrossRef
Məqalədə Azərbaycan aşıq sənətinin ölməz nümayəndəsi olan Aşıq Ələsgərin yaradıcılığında yer
tutan təbiət-dağ, su və s. ilə bağlı mövzulara diqqət ayrılmışdır. Məlum olmuşdur ki, ustad aşıq dağa ucalıq, paklıq, əzmkarlıq rəmzi, əcdad məskəni kimi baxmış və hər zaman bu yerləri uca tutmuşdur. Aşıq Ələsgərin təbiət motivli şeirlərində əsas və başlıca məqam vətən, torpaq amili olmuşdur. Bu motiv ustadın yaradıcılığında əsas xətt təşkil edir. Məqalədə göstərilir ki, Göyçə mahalı xalqımıza böyük şəxsiyyətlər bəxş etmişdir. Göyçə mahalından olan el sənətkarlarının, ustad aşıqların – Aşıq Ələsgər, Miskin Abdal, Növrəs İman və başqalarının adlarını çəkmək olar ki, onlar özlərindən sonra böyük bir məktəb qoyub getmişlər. Məqalədən məlum olur ki, Aşıq Ələsgərin təbiət şeirlərində Göyçə mahalı, bütöv Qərbi Azərbaycan təbiətinin gözəllikləri əsas yer tutur. Aşıq Ələsgər poeziyasında milli dəyər və kimlik, ata-baba yurd yerlərinə sahiblənmək və onu qorumaq məsələsində öz kəskin fikrini bildirməkdən heç vaxt çəkinməmişdir. Ustad sənətkar üçün qoynunda yaşadığı torpaq ona əcdadlarının əmanətdir. Vətən və onun təbiətini sevmək, qorumaq hər bir vətəndaşın müqəddəs borcudur. Bu Ələsgər yaradıcılığında əsas xətt kimi götürülür. Eləcə də, ustad aşığın yaradıcılığının milliliyi və xəlqiliyi ön plana çəkilmişdir. El sənətkarının aşıq yaradıcılığına gətirdiyi yeniliklər ondan sonra yaşayıb yaradan bütün ustad aşıqların yaradıcılığında bir ənənə kimi qorunur və saxlanılır. Aydın olur ki, ustad aşığın poeziyasında təbiət ünsürləri ilə canlı obraz kimi deyişmək ənənəsi mövcud olmuşdur. Bu ənənə özündən sonra yaşayan el sənətkarların da yaradıcılığında davam və inkişadf etdirilmişdir.
Title: Aşıq Ələsgər poeziyasında təbiət motivlərinin əcdad kultu kontekstində semantikası
Description:
Məqalədə Azərbaycan aşıq sənətinin ölməz nümayəndəsi olan Aşıq Ələsgərin yaradıcılığında yer
tutan təbiət-dağ, su və s.
ilə bağlı mövzulara diqqət ayrılmışdır.
Məlum olmuşdur ki, ustad aşıq dağa ucalıq, paklıq, əzmkarlıq rəmzi, əcdad məskəni kimi baxmış və hər zaman bu yerləri uca tutmuşdur.
Aşıq Ələsgərin təbiət motivli şeirlərində əsas və başlıca məqam vətən, torpaq amili olmuşdur.
Bu motiv ustadın yaradıcılığında əsas xətt təşkil edir.
Məqalədə göstərilir ki, Göyçə mahalı xalqımıza böyük şəxsiyyətlər bəxş etmişdir.
Göyçə mahalından olan el sənətkarlarının, ustad aşıqların – Aşıq Ələsgər, Miskin Abdal, Növrəs İman və başqalarının adlarını çəkmək olar ki, onlar özlərindən sonra böyük bir məktəb qoyub getmişlər.
Məqalədən məlum olur ki, Aşıq Ələsgərin təbiət şeirlərində Göyçə mahalı, bütöv Qərbi Azərbaycan təbiətinin gözəllikləri əsas yer tutur.
Aşıq Ələsgər poeziyasında milli dəyər və kimlik, ata-baba yurd yerlərinə sahiblənmək və onu qorumaq məsələsində öz kəskin fikrini bildirməkdən heç vaxt çəkinməmişdir.
Ustad sənətkar üçün qoynunda yaşadığı torpaq ona əcdadlarının əmanətdir.
Vətən və onun təbiətini sevmək, qorumaq hər bir vətəndaşın müqəddəs borcudur.
Bu Ələsgər yaradıcılığında əsas xətt kimi götürülür.
Eləcə də, ustad aşığın yaradıcılığının milliliyi və xəlqiliyi ön plana çəkilmişdir.
El sənətkarının aşıq yaradıcılığına gətirdiyi yeniliklər ondan sonra yaşayıb yaradan bütün ustad aşıqların yaradıcılığında bir ənənə kimi qorunur və saxlanılır.
Aydın olur ki, ustad aşığın poeziyasında təbiət ünsürləri ilə canlı obraz kimi deyişmək ənənəsi mövcud olmuşdur.
Bu ənənə özündən sonra yaşayan el sənətkarların da yaradıcılığında davam və inkişadf etdirilmişdir.
Related Results
“When Aşiq Bəsti sang even the rocks would cry”: the legacy of azerbaijani Aşiq Bəsti
“When Aşiq Bəsti sang even the rocks would cry”: the legacy of azerbaijani Aşiq Bəsti
This study focuses on the sung poetry of Aşıq Bəsti (1836–1936), a woman master of the aşıq art, Azerbaijan’s musical-poetic bardic tradition. Aşıq Bəsti, who was blind, not only t...
TÜRK KÜLTÜRÜNDE ATALAR KÜLTÜ VE ÖLÜLER KÜLTÜ KAVRAMLARI
TÜRK KÜLTÜRÜNDE ATALAR KÜLTÜ VE ÖLÜLER KÜLTÜ KAVRAMLARI
Toplumsal araştırmalarda elde edilen verilerin yorumlanabilmesi için kullanılan terimler vardır. Bu terimler arasında anlamca aralarında bağ olanların araştırmacılar tarafından kul...
MUNZUR VE ANA FATMA ÖRNEKLERİ ÜZERİNDEN TUNCELİ’DE SU KÜLTÜ
MUNZUR VE ANA FATMA ÖRNEKLERİ ÜZERİNDEN TUNCELİ’DE SU KÜLTÜ
Tunceli halk inancı içerisinde köklü bir geçmişe sahip su kültü, geçmiş inançların yörede yaşayan izlerine önemli bir örnektir. Eski Türk inanışlarından Anadolu’ya taşınan ve burad...
Roma İmparator Kültü ve Yahudiler
Roma İmparator Kültü ve Yahudiler
Roma imparator kültü, dinî ve politik işlevleriyle Roma ile tebaası arasında hâkimiyet ve sadakat ilişkisini belirledi. Yerel inanışlara uyarlanarak imparatorlukta çeşitli şekiller...
MƏMMƏD ARAZIN POEZİYASINDA ONOMASTİK VAHİDLƏRİN SİMVOLİK İSTİFADƏSİ
MƏMMƏD ARAZIN POEZİYASINDA ONOMASTİK VAHİDLƏRİN SİMVOLİK İSTİFADƏSİ
Məmməd Arazın poeziyasında onomastik vahidlər, coğrafi və insan adları kimi, yalnız identifikasiya vasitələri deyil, həm də şairin dünyagörüşünü, ideologiyasını və milli kimliyini ...
Beypazarı Efsanelerinde Kültler
Beypazarı Efsanelerinde Kültler
Bir doğa olayının veya bir varlığın meydana gelişinin, doğaüstü özellikler gösteren kişilerin hayatlarının halk hafızasında ve hayalinde yaşayan biçimiyle belli bir yere ya da bir ...
Naxçıvanın eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətləri
Naxçıvanın eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətləri
Müstəqillik illərində Naxçıvanda abidələrimizin öyrənilməsinə dövlət qayğısının artması, yeni arxeoloji tədqiqatlar nəticəsində əldə olunmuş saxsı qabların kompleks tədqiqi eneolit...
QOZOQ, TURK VA O‘ZBEK TILLARIDA “KO‘K YADROLI BIRLIKLARNING SEMANTIKASI
QOZOQ, TURK VA O‘ZBEK TILLARIDA “KO‘K YADROLI BIRLIKLARNING SEMANTIKASI
Jamiyat rivojlanishining qizg‘in pallasiga kirgani sari tilimizda o‘ziga xos taraqqiyot yuz berishi tabiiydir. Binobarin, tildagi so‘zlarning shakl va ma’no jihatdan taraqqiy etish...

