Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

Azərbaycan dili və Türk dili qrammatikalarında feilin bacarıq forması

View through CrossRef
Məqalədə XX əsrin birinci rübündən bu günə qədər nəşr olunmuş dərsliklərdə feilin təsriflənən formalarının keçdiyi yola nəzər salınmış, feilin təsriflənən formalarının müxtəlif dövrlərdə neçə növünün göstərildiyi qeyd olunmuş və bu növlər Türkiyə türkcəsində nəşr olunan dərsliklərdə verilən feilin təsriflənən formaları ilə müqayisə edilmişdir. Azərbaycan dilinə aid yazılmış qrammatika kitablarında feilin yeddi, səkkiz şəklinin olduğu göstərildiyi halda, Türk dili dərsliklərində yalnız ayrılıqda dörd formasının olduğu qeyd olunur. Azərbaycan dilinə aid qrammatika kitablarında göstərilən feilin təsriflənən formalarının hamısı Türk dili dərsliklərində göstərilməsə də, adı qeyd edilməyən formaları əmələ gətirən şəkilçilər xüsusi başlıqlar altında izah edilmişdir. Azərbaycan dili qrammatikaları və Türk dili ilə bağlı nəşr olunmuş qrammatika kitablarında feilin təsriflənən formaları ilə bağlı verilən məlumata nəzər saldıqda Azərbaycan dilinin qrammatikası çox zəngin görünür. Azərbaycan dilində feillə bağlı şəkilçilərin elə biri yoxdur ki, həmin şəkilçi xüsusi növ kimi aydınlaşdırılıb izah edilməsin. Məsələn, feilin bacarıq tərzi Azərbaycan dilinə aid qrammatika kitablarında həm feilin təsriflənən forması kimi, həm də ümumi tərz kateqoriyası kimi aydınlaşdırılır. Türk dilinə aid qrammatika kitablarında isə bu anlayış yalnız şəkilçi kimi bir neçə cümlə ilə izah edilir və göstərilir ki, -a, -e şəkilçiləri bilmək feili işin davam etdiyini bildirir. Eyni zamanda, Azərbaycan dili qrammatikasında “Feilin davam şəkli” adı altında izah edilən feil forması Türk dili qrammatikasında yalnız -maqda, -mekde şəkilçisi kimi aydınlaşdırılır. Azərbaycan dilinin qrammatikası ilə Türk dilinin qrammatikasında eyni anlayışa göstərilən diqqəti müqayisə etdikdə Azərbaycan dilinin qrammatikası daha zəngin görünür.
Azerbaijan Science Center
Title: Azərbaycan dili və Türk dili qrammatikalarında feilin bacarıq forması
Description:
Məqalədə XX əsrin birinci rübündən bu günə qədər nəşr olunmuş dərsliklərdə feilin təsriflənən formalarının keçdiyi yola nəzər salınmış, feilin təsriflənən formalarının müxtəlif dövrlərdə neçə növünün göstərildiyi qeyd olunmuş və bu növlər Türkiyə türkcəsində nəşr olunan dərsliklərdə verilən feilin təsriflənən formaları ilə müqayisə edilmişdir.
Azərbaycan dilinə aid yazılmış qrammatika kitablarında feilin yeddi, səkkiz şəklinin olduğu göstərildiyi halda, Türk dili dərsliklərində yalnız ayrılıqda dörd formasının olduğu qeyd olunur.
Azərbaycan dilinə aid qrammatika kitablarında göstərilən feilin təsriflənən formalarının hamısı Türk dili dərsliklərində göstərilməsə də, adı qeyd edilməyən formaları əmələ gətirən şəkilçilər xüsusi başlıqlar altında izah edilmişdir.
Azərbaycan dili qrammatikaları və Türk dili ilə bağlı nəşr olunmuş qrammatika kitablarında feilin təsriflənən formaları ilə bağlı verilən məlumata nəzər saldıqda Azərbaycan dilinin qrammatikası çox zəngin görünür.
Azərbaycan dilində feillə bağlı şəkilçilərin elə biri yoxdur ki, həmin şəkilçi xüsusi növ kimi aydınlaşdırılıb izah edilməsin.
Məsələn, feilin bacarıq tərzi Azərbaycan dilinə aid qrammatika kitablarında həm feilin təsriflənən forması kimi, həm də ümumi tərz kateqoriyası kimi aydınlaşdırılır.
Türk dilinə aid qrammatika kitablarında isə bu anlayış yalnız şəkilçi kimi bir neçə cümlə ilə izah edilir və göstərilir ki, -a, -e şəkilçiləri bilmək feili işin davam etdiyini bildirir.
Eyni zamanda, Azərbaycan dili qrammatikasında “Feilin davam şəkli” adı altında izah edilən feil forması Türk dili qrammatikasında yalnız -maqda, -mekde şəkilçisi kimi aydınlaşdırılır.
Azərbaycan dilinin qrammatikası ilə Türk dilinin qrammatikasında eyni anlayışa göstərilən diqqəti müqayisə etdikdə Azərbaycan dilinin qrammatikası daha zəngin görünür.

Related Results

Pemetaan Bawah Permukaan dan Analisis Tektonostratigrafi, Blok Ariati, Cekungan Jawa Timur
Pemetaan Bawah Permukaan dan Analisis Tektonostratigrafi, Blok Ariati, Cekungan Jawa Timur
Cekungan Jawa Timur adalah salah satu cekungan minyak dan gas bumi di Indonesia. Analisis tektonostratigrafi pada cekungan ini dilakukan untuk mengetahui kontrol tektonik terhadap ...
İngilis dilində feilin güman şəkli və onun xüsusiyyətləri
İngilis dilində feilin güman şəkli və onun xüsusiyyətləri
Feilin “mood” kateqoriyası çox vaxt vəziyyətlə reallıq arasındakı münasibətləri danışanın baxış nöqtəsindən ifadə edən fel kateqoriyası kimi nəzərdən keçirilir. Başqa sözlə, feilin...
REWIEV OF VERB TYPE CATEGORY IN AZERBAIJAN AND TURKISH LANGUAGES
REWIEV OF VERB TYPE CATEGORY IN AZERBAIJAN AND TURKISH LANGUAGES
Azərbaycan dilçiliyində feilin növ kateqoriyası digər dillər ilə müqayisədə daha da zəngindir. Bir çox müxtəlifsistemli dillərdə feilin növ kateqoriyasının bir sıra məna növlərinin...
Dîvânu Lügâti’t-Türk’te Arap Atasözlerinin Kullanımı
Dîvânu Lügâti’t-Türk’te Arap Atasözlerinin Kullanımı
Kâşgarlı Mahmud’un eseri Dîvânu Lügâti’t-Türk, Türk dilinin en eski ve en önemli sözlüklerinden biri olmasının yanı sıra, 11. yüzyıl Türk dünyasının kültürel yapısı, coğrafyası ve ...
Türk Dili Araştırmaları Yıllığı – Belleten Dergisinin Bibliyometrik (Kaynak Ölçüm) Çözümlemesi: 1953-2024
Türk Dili Araştırmaları Yıllığı – Belleten Dergisinin Bibliyometrik (Kaynak Ölçüm) Çözümlemesi: 1953-2024
Türk Dili Araştırmaları Yıllığı – Belleten (TDAY-Belleten) dergisi, Türk dili, edebiyatı ve kültürü alanındaki bilimsel çalışmalara ev sahipliği yaparak bu alanlarda temel bir bilg...
Balkan Türk Edebiyatının Taşıyıcısı Olarak Balkan Türk Yazılı Basınının Rolü Üzerine
Balkan Türk Edebiyatının Taşıyıcısı Olarak Balkan Türk Yazılı Basınının Rolü Üzerine
Öz Türkçe, Balkanlarda varlığını konuşma ve yazı dili olarak devam ettirmektedir. Türkler yaşadıkları bölgelerde kendi kültürlerini, edebiyatlarını dil ile aktararak yaşatmaktadır...

Back to Top