Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

Süni İntellektə Əsaslanan Tibbi Diaqnostika üçün Funksional Biomarkerlərin Tətbiqi

View through CrossRef
Ağciyər xərçəngi dünyada bədxassəli şiş xəstəliklərindən ölüm hallarında əsas yeri tutur. Bu baxımdan erkən diaqnoz ağciyər xərçəngi xəstələrinin sağ qalma faizini artırmaq üçün çox vacibdir. Ağciyər xərçəngi üçün effektiv və qəbul edilmiş skrininq üsulları mövcud deyil. Skrininq metodu qeyri-invaziv, sürətli və ucuz başa gəlməlidir. Əvvəlki tədqiqatda venoz qan nümunələrindən istifadə etməklə xərçəng xəstəliyinin süni intellekt əsasında klassifikasiyası verilmişdir. Süni intellekt əsasında daha etibarlı və geniş məlumatlar əldə etmək məqsədilə insan sağlam və karsinoma ağciyər hüceyrələrindən ekstraksiya edilmiş lipidlərin temperaturdan asılı fərqli faza keçidləri FÇİQ spektroskopiyası ilə təyin edilmişdir. Nəticələr sağlam və xərçəng ağciyər lipidlərinin faza keçidlərinin bir-birindən fərqləndiyinin, 37 0C-də isə bu fərqlərin kəskin olduğunu nümayiş etdirir. Bu cəhətdən təyin edilən yeni biomarkerlər funksional xarakter daşıyır. Belə ki, temperaturdan asılı olan bu parametr birbaşa hüceyrə funksiyası ilə əlaqədardır. Bu məlumatların süni intellekt əsaslı maşına daxil edilməsi ilə diaqnozun dəqiqliyinin artmasına gətirib çıxaracağı gözlənilir.
Title: Süni İntellektə Əsaslanan Tibbi Diaqnostika üçün Funksional Biomarkerlərin Tətbiqi
Description:
Ağciyər xərçəngi dünyada bədxassəli şiş xəstəliklərindən ölüm hallarında əsas yeri tutur.
Bu baxımdan erkən diaqnoz ağciyər xərçəngi xəstələrinin sağ qalma faizini artırmaq üçün çox vacibdir.
Ağciyər xərçəngi üçün effektiv və qəbul edilmiş skrininq üsulları mövcud deyil.
Skrininq metodu qeyri-invaziv, sürətli və ucuz başa gəlməlidir.
Əvvəlki tədqiqatda venoz qan nümunələrindən istifadə etməklə xərçəng xəstəliyinin süni intellekt əsasında klassifikasiyası verilmişdir.
Süni intellekt əsasında daha etibarlı və geniş məlumatlar əldə etmək məqsədilə insan sağlam və karsinoma ağciyər hüceyrələrindən ekstraksiya edilmiş lipidlərin temperaturdan asılı fərqli faza keçidləri FÇİQ spektroskopiyası ilə təyin edilmişdir.
Nəticələr sağlam və xərçəng ağciyər lipidlərinin faza keçidlərinin bir-birindən fərqləndiyinin, 37 0C-də isə bu fərqlərin kəskin olduğunu nümayiş etdirir.
Bu cəhətdən təyin edilən yeni biomarkerlər funksional xarakter daşıyır.
Belə ki, temperaturdan asılı olan bu parametr birbaşa hüceyrə funksiyası ilə əlaqədardır.
Bu məlumatların süni intellekt əsaslı maşına daxil edilməsi ilə diaqnozun dəqiqliyinin artmasına gətirib çıxaracağı gözlənilir.

Related Results

GƏMI MÜTƏXƏSSISLƏRININ DÖVRÜ PROFILAKTIK MÜAYIƏLƏRININ KEYFIYYƏT SƏCIYYƏLƏRI
GƏMI MÜTƏXƏSSISLƏRININ DÖVRÜ PROFILAKTIK MÜAYIƏLƏRININ KEYFIYYƏT SƏCIYYƏLƏRI
Dəniz təbabətinin əsas vəzifələrindən biri dənizçilərin adekvat tibbi təminatı optimallaşdırmaqdır. Eilif D. [1] Norveçdə kruiz gəmilərində tibbi təminat məsələlərini təhlil etmişd...
Rəqəmsal Tibbi Terminoloji Sistemin Formalaşması Problemləri və Onların Həlli Yolları
Rəqəmsal Tibbi Terminoloji Sistemin Formalaşması Problemləri və Onların Həlli Yolları
Rəqəmsal tibbi terminoloji sistem beynəlxalq standartlara cavab verən vahid terminologiyadan, böyük həcmli məlumatların saxlanması, emalı üçün güclü rəqəmsal platformadan istifadən...
SÜNİ NEYRON ŞƏBƏKƏLƏRİNİN ÜRƏK TƏSVİRLƏRİNİN SEQMENTASİYASINDA TƏTBİQİ
SÜNİ NEYRON ŞƏBƏKƏLƏRİNİN ÜRƏK TƏSVİRLƏRİNİN SEQMENTASİYASINDA TƏTBİQİ
Süni Neyron Şəbəkəsi (SNŞ) kompüter elmində yeni texnologiya kimi qəbul edilən Süni intellektin bir qoludur. Bu, bioloji neyron şəbəkələrinin strukturunu və funksiyalarını simulyas...
TIBBİ CİHAZ KAYIT SİSTEMLERİ VE FİYATLARA ETKİSİ
TIBBİ CİHAZ KAYIT SİSTEMLERİ VE FİYATLARA ETKİSİ
Türkiye’deki kurulan ve geliştirilen tıbbi cihaz kayıt sistemleri; tıbbi cihazların asgari güvenlik koşularını sağlaması, kullanıcı, denetleyici ve geri ödemesini yapan bütün taraf...
Rəqəmsal Tibb 4.0 Mühitində Təcili Tibbi Yardım Xidməti: Çağırışlar, İmkanlar və Perspektivlər
Rəqəmsal Tibb 4.0 Mühitində Təcili Tibbi Yardım Xidməti: Çağırışlar, İmkanlar və Perspektivlər
Təcili tibbi yardım (TTY) istənilən ölkənin səhiyyə sisteminin ayrılmaz hissəsidir. Kritik vəziyyətlərdə olan insanlara vaxtında və peşəkar yardım göstərilməsini təmin edir. Bir ço...
Hemşirelikte Tıbbi Hata ve Etik Boyutu
Hemşirelikte Tıbbi Hata ve Etik Boyutu
Hemşirelikte Tıbbi Hata ve Etik Boyutu kitabı, tıbbi hataların ve etik boyutunun hemşirelik alanında nasıl ele alınması gerektiğini ele alan bir kaynaktır. Kitap, tıbbi hataların t...
SÜNI NEYRON ŞƏBƏKƏLƏRI QURAN ZAMAN OPTIMAL AKTIVLƏŞDIRMƏ FUNKSIYASININ SEÇILMƏSI
SÜNI NEYRON ŞƏBƏKƏLƏRI QURAN ZAMAN OPTIMAL AKTIVLƏŞDIRMƏ FUNKSIYASININ SEÇILMƏSI
Süni intellektin faydalarını gördükcə ona tələbat da artır və daha fərqli məsələlərdə süni intellektdən istifadə edilir. Süni intellektin qurulmasında süni neyron şəbəkələrin dəstə...
Süni İntellektin Köməyi ilə Tibb Sahəsində Görüntülərin Tanınması: İmkanlar və Perspektivlər
Süni İntellektin Köməyi ilə Tibb Sahəsində Görüntülərin Tanınması: İmkanlar və Perspektivlər
Tibdə görüntülərin tanınması tibbi görüntülərin avtomatik analizi vasitəsilə patologiyaların və anomaliyaların müəyyən edilməsini əhatə edir. konvolyutional neyron şəbəkələri kimi ...

Back to Top