Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

MÜASİR SƏNAYE PARKLARININ ÖLKƏ ÜÇÜN ƏHƏMİYYƏTİ

View through CrossRef
Sənaye Parklarının yaradılması, ölkədə dayanıqlı inkişafın təmin edilməsində və ölkə iqtisadiyyatının inkişafına zəmin yaradır. SP-nın məqsədi parkların intellektual inkişafını həyata keçirmək üçün qabaqcıl informasiya texnologiyalarından istifadə etməkdir. SP-in idarəetmə platforması alt sistemlər arasında məlumat mübadiləsini həyata keçirə bilən və parklardakı müəssisələrin tələbatına tez cavab verə bilir. SP-ləri qiymətləndirmək üçün istifadə edilən ən çox yayılmış üsul ierarxik analizdir (AHP). Wang Dövlət Şəbəkəsi Müştəri Xidmətləri Mərkəzinin Şimal-Cənub Kampusunu qiymətləndirmək üçün AHP-dən istifadə edilmiş və ekoloji mühit, idarəetmə səviyyələri, enerjidən istifadə və iqtisadi faydalar baxımından çatışmazlıqlar təhlil edilmişdir. Sənaye Parklarının iqtisadi, ekoloji və sosial dayanıqlığının yüksəldilməsinin ölkə üçün nə qədər əhəmiyyətli olması ilə yanaşı, digər hökumətlərə, maraqlı tərəflərə inklüziv və davamlı inkişafda bir sıra tamamlayıcı alətlər və proseslər də mövcuddur. Sənaye parklarında istifadə edilən yeni texnologiyaları - Blockchain, robotlar və ağıllı maşınlar, süni intellekt, 3D çap, kiber təhlükəsizlik və s. kimi sənayeləşmə, ölkələrin iqtisadi inkişaf prioritetləri hesab etmək olar. Azərbaycanın əsas məqsədlərindən biri, ölkədə rəqabət qabiliyyətli Sənaye Parklarını yaratmaqla, ixracı artırmaq və ölkə iqtisadiyyatını daha da yüksəltməkdir. Bu da əsas hədəf olaraq, sənayedə qeyri-neft sektorunun xüsusi çəkisinin yüksəlməsi deməkdir. Sənaye Parklarının inkişafında yüksək təminatlı dövlət dəstəyinin olması, bu perspektivliyin qarantı olaraq dəyərləndirilməlidir. Sənaye Parklarının səmərəliliyinə birbaşa təsir edən amillərdən biri də patent fəallığıdır. Sənaye Parklarının tərkibinə daxil olan şirkətlər daha çox patent iştirakı ilə seçilirlər və bu da iqtisadi effektivliyə müsbət təsir göstərir. Patent fəalığı firmaların yeni növ məhsul istehsalını daha zəmanətli edir. Sənaye Parklarının fəaliyyəti konsaltinq, patent-lisenziya, marketinq, reklam və s. sahələrin fəaliyyəti nəticəsində də iqtisadi səmərəliliyin əldə edilməsinə qarant yaradır. Sənaye Parklarında istehsal sahələrinin sənaye potensialını və elmi-texniki tərəqqinin inkişafını gücləndirmək üçün, layihələndirmə, idarəetmə və planlaşdırma metodlardan istifadə etməklə, perspektivliyin əldə olunmasına stimul yaradır. Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsində Sənaye Parklarının böyük gücə malik olması vacibdir. Azərbaycanda sənayenin inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsi üçün xarici ölkələrin müsbət təcrübəsinin tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. SP-lər beynəlxalq səviyyədə şəhərlərdə, bölgələrdə və bütün ölkələrdə iqtisadi inkişafın kibernetikası olaraq, sənayeləşmənin sürətləndirilməsini, məşğulluğun artırılmasını, adambaşına düşən gəlirin artırılmasını, birbaşa Xarici İnvestisiyaların və yerli özəl investisiyaların cəlb edilməsini, kiçik və orta müəssisələrin gücləndirilməsini, məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılmasını, ixracın stimullaşdırılmasını, bacarıqların və texnologiya transferlərinin təşviqini, şəhərlərin təşkilini, inkişafını və sair tədbirləri dayanıqlı edir. Sumqayıt Sənaye Parkının investisiya qoyuluşunun həcmi zaman keçdikcə ilbəil artırmaqla, işçi qüvvəsinin və gəlirlərin miqdarını daha da yüksəldəcəkdir. Açar sözlər: Sənaye Parkları, yeni texnologiyalar, Blockchain, robotlar və ağıllı maşınlar, süni intellekt, 3D çap, kiber təhlükəsizlik, investisiya qoyuluşu.
Title: MÜASİR SƏNAYE PARKLARININ ÖLKƏ ÜÇÜN ƏHƏMİYYƏTİ
Description:
Sənaye Parklarının yaradılması, ölkədə dayanıqlı inkişafın təmin edilməsində və ölkə iqtisadiyyatının inkişafına zəmin yaradır.
SP-nın məqsədi parkların intellektual inkişafını həyata keçirmək üçün qabaqcıl informasiya texnologiyalarından istifadə etməkdir.
SP-in idarəetmə platforması alt sistemlər arasında məlumat mübadiləsini həyata keçirə bilən və parklardakı müəssisələrin tələbatına tez cavab verə bilir.
SP-ləri qiymətləndirmək üçün istifadə edilən ən çox yayılmış üsul ierarxik analizdir (AHP).
Wang Dövlət Şəbəkəsi Müştəri Xidmətləri Mərkəzinin Şimal-Cənub Kampusunu qiymətləndirmək üçün AHP-dən istifadə edilmiş və ekoloji mühit, idarəetmə səviyyələri, enerjidən istifadə və iqtisadi faydalar baxımından çatışmazlıqlar təhlil edilmişdir.
Sənaye Parklarının iqtisadi, ekoloji və sosial dayanıqlığının yüksəldilməsinin ölkə üçün nə qədər əhəmiyyətli olması ilə yanaşı, digər hökumətlərə, maraqlı tərəflərə inklüziv və davamlı inkişafda bir sıra tamamlayıcı alətlər və proseslər də mövcuddur.
Sənaye parklarında istifadə edilən yeni texnologiyaları - Blockchain, robotlar və ağıllı maşınlar, süni intellekt, 3D çap, kiber təhlükəsizlik və s.
kimi sənayeləşmə, ölkələrin iqtisadi inkişaf prioritetləri hesab etmək olar.
Azərbaycanın əsas məqsədlərindən biri, ölkədə rəqabət qabiliyyətli Sənaye Parklarını yaratmaqla, ixracı artırmaq və ölkə iqtisadiyyatını daha da yüksəltməkdir.
Bu da əsas hədəf olaraq, sənayedə qeyri-neft sektorunun xüsusi çəkisinin yüksəlməsi deməkdir.
Sənaye Parklarının inkişafında yüksək təminatlı dövlət dəstəyinin olması, bu perspektivliyin qarantı olaraq dəyərləndirilməlidir.
Sənaye Parklarının səmərəliliyinə birbaşa təsir edən amillərdən biri də patent fəallığıdır.
Sənaye Parklarının tərkibinə daxil olan şirkətlər daha çox patent iştirakı ilə seçilirlər və bu da iqtisadi effektivliyə müsbət təsir göstərir.
Patent fəalığı firmaların yeni növ məhsul istehsalını daha zəmanətli edir.
Sənaye Parklarının fəaliyyəti konsaltinq, patent-lisenziya, marketinq, reklam və s.
sahələrin fəaliyyəti nəticəsində də iqtisadi səmərəliliyin əldə edilməsinə qarant yaradır.
Sənaye Parklarında istehsal sahələrinin sənaye potensialını və elmi-texniki tərəqqinin inkişafını gücləndirmək üçün, layihələndirmə, idarəetmə və planlaşdırma metodlardan istifadə etməklə, perspektivliyin əldə olunmasına stimul yaradır.
Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsində Sənaye Parklarının böyük gücə malik olması vacibdir.
Azərbaycanda sənayenin inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsi üçün xarici ölkələrin müsbət təcrübəsinin tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
SP-lər beynəlxalq səviyyədə şəhərlərdə, bölgələrdə və bütün ölkələrdə iqtisadi inkişafın kibernetikası olaraq, sənayeləşmənin sürətləndirilməsini, məşğulluğun artırılmasını, adambaşına düşən gəlirin artırılmasını, birbaşa Xarici İnvestisiyaların və yerli özəl investisiyaların cəlb edilməsini, kiçik və orta müəssisələrin gücləndirilməsini, məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılmasını, ixracın stimullaşdırılmasını, bacarıqların və texnologiya transferlərinin təşviqini, şəhərlərin təşkilini, inkişafını və sair tədbirləri dayanıqlı edir.
Sumqayıt Sənaye Parkının investisiya qoyuluşunun həcmi zaman keçdikcə ilbəil artırmaqla, işçi qüvvəsinin və gəlirlərin miqdarını daha da yüksəldəcəkdir.
Açar sözlər: Sənaye Parkları, yeni texnologiyalar, Blockchain, robotlar və ağıllı maşınlar, süni intellekt, 3D çap, kiber təhlükəsizlik, investisiya qoyuluşu.

Related Results

RƏQƏMSAL İQTİSADİYYATDA FƏALİYYƏT GÖSTƏRƏN BİZNES MODELLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
RƏQƏMSAL İQTİSADİYYATDA FƏALİYYƏT GÖSTƏRƏN BİZNES MODELLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Dünyanın əksər şirkətləri üçün bu gün əsas mövzu rəqəmsal transformasiyadır. Buraya, biznesin səmərəliliyini və məhsuldarlığını artırmaq üçün müasir rəqəmsal texnologiyalardan fəal...
QUYULARIN QAZILMASI ZAMANI RİSKLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİNİN TƏHLÜKƏSİZLİYİN TƏMİNİNDƏ ROLU
QUYULARIN QAZILMASI ZAMANI RİSKLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİNİN TƏHLÜKƏSİZLİYİN TƏMİNİNDƏ ROLU
Sənaye standartlarına uyğun olaraq, neft sənayesi müəssisələri fəaliyyətləri ilə bağlı olan risklərə görə yüksək yanğın və partlayış təhlükəli müəssisələr kimi təsnif edilir. Bu cü...
İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARININ İQTİSADİ ARTIMA TƏSİRİ: AZƏRBAYCAN NÜMUNƏSİ
İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARININ İQTİSADİ ARTIMA TƏSİRİ: AZƏRBAYCAN NÜMUNƏSİ
Sosial-iqtisadi inkişaf prosesində cəmiyyətlər ibtidai dövrdən kənd təsərrüfatı cəmiyyətinə, kənd təsərrüfatı cəmiyyətindən sənaye cəmiyyətinə, indi isə informasiya cəmiyyətindən s...
KIMYA SƏNAYESININ IDXAL-IXRAC MƏHSULLARININ TƏNZIMLƏNMƏSI PERSPEKTIVLƏRI
KIMYA SƏNAYESININ IDXAL-IXRAC MƏHSULLARININ TƏNZIMLƏNMƏSI PERSPEKTIVLƏRI
Kimya sənayesi dünya iqtisadiyyatına təsir edən bütün inkişaflara ən həssas olan sənaye sahəsidir. Qlobal böyümə dünyadakı dəyişikliklər xammal qiymətlərinin dəyişkənliyinə səbəb o...
GUAM Üzvü Kimi Ukraynada Qaçqın Böhranı
GUAM Üzvü Kimi Ukraynada Qaçqın Böhranı
Məqalədə GUAM üzvü kimi Ukraynada qaçqın və məcburi köçkünlərin siyasi problemləri araşdırılıb. Bu ölkə həm də qaçqın və məcburi köçkünlərin siyasi problemlərinin hələ də davam etd...
GƏMI MÜTƏXƏSSISLƏRININ DÖVRÜ PROFILAKTIK MÜAYIƏLƏRININ KEYFIYYƏT SƏCIYYƏLƏRI
GƏMI MÜTƏXƏSSISLƏRININ DÖVRÜ PROFILAKTIK MÜAYIƏLƏRININ KEYFIYYƏT SƏCIYYƏLƏRI
Dəniz təbabətinin əsas vəzifələrindən biri dənizçilərin adekvat tibbi təminatı optimallaşdırmaqdır. Eilif D. [1] Norveçdə kruiz gəmilərində tibbi təminat məsələlərini təhlil etmişd...
KARBON QAZININ UTİLİZASİYASI İLƏ ETİLENKARBONATIN SİNTEZİ ÜÇÜN YENİ ZN-FENOLYAT KATALİZATORLARI
KARBON QAZININ UTİLİZASİYASI İLƏ ETİLENKARBONATIN SİNTEZİ ÜÇÜN YENİ ZN-FENOLYAT KATALİZATORLARI
Karbon qazı (CO2) enerji mənbələri kimi istifadə olunan təbii ehtiyatların (neft, qaz, daş kömür və s.) və eləcə də neft-kimya sənayesinin müxtəlif proseslərinin tullantılarının ya...
MİLLİ GEYİM TARİXİ MƏNBƏ KİMİ
MİLLİ GEYİM TARİXİ MƏNBƏ KİMİ
Tədqiqatın aktuallığını ənənəvi geyimlərin sadəcə gündəlik əşya kimi deyil, həm də mühüm sosial-mədəni kod və tarixi yaddaşın maddi daşıyıcısı kimi qəbul edilməsinin zərurəti ilə ...

Back to Top