Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

KARBON QAZININ UTİLİZASİYASI İLƏ ETİLENKARBONATIN SİNTEZİ ÜÇÜN YENİ ZN-FENOLYAT KATALİZATORLARI

View through CrossRef
Karbon qazı (CO2) enerji mənbələri kimi istifadə olunan təbii ehtiyatların (neft, qaz, daş kömür və s.) və eləcə də neft-kimya sənayesinin müxtəlif proseslərinin tullantılarının yandırılması nəticəsində yaranan əlavə məhsuldur. Planetimizin iqliminə mənfi təsir göstərən istixana qazlarından biri olması karbon qazının istifadəsi problemini getdikcə kəskinləşdirir [1]. CO2-nin utilizasiyası variantlarından biri ondan müxtəlif kimyəvi maddələrin sintezi üçün karbon mənbəyi kimi istifadə edilməsinin mümkünlüyüdür ki, bu tədqiqatlar "yaşıl kimya" texnologiyalarının əsasını təşkil edir və əsasən karbon turşularının, laktonların, polikarbonatların, tsiklik üzvi karbonatların və s. sintezini əhatə edir [1]. Tsiklik üzvi karbonatlar kifayət qədər böyük bazara malikdirlər (təxminən 1,8 milyon ton/il) və həlledicilər, eləcə də ekstraksiya prosesləri üçün seçici həlledici, dərman və kənd təsərrüfatı preparatlarının sintezi üçün reaksiya qabiliyyətli aralıq məhsullar, yanacaqlara əlavələr, polimer sintezi üçün monomerlər və s. kimi geniş tətbiq sahələri tapmışlar [1, 2]. Üzvi karbonatların istehsalı üçün mövcud texnologiyalar ciddi ekoloji problemlərə səbəb olan kifayət qədər zəhərli və bahalı fosgenin istifadəsini nəzərdə tutur [2]. Buna görə də müxtəlif epoksidlərin və CO2-nin istifadəsi ilə üzvi karbonatların yeni, ekoloji cəhətdən zərərsiz proseslərinin işlənib hazırlanması son dərəcə aktual bir məsələdir. Müasir proseslərdə epoksidlər və CO2 əsasında tsiklik üzvi karbonatların sintezi üçün katalizator kimi metal-üzvi birləşmələr və komplekslər, klassik Lüis və ya Bronsted turşuları, metal tərkibli ftalosianinlər və s. istifadə olunurlar [2]. Metal oksidlərin katalizator kimi istifadəsinə çox nadir hallarda rast gəlinir. Lakin istifadə edilən katalizatorlar aşağı aktivlik və səmərəliliklə yanaşı, katalizatorların reaksiya mühitində zəif həll olması səbəbindən əlavə həlledicidən istifadə zərurəti, katalizatorun çirkləndiricilərə qarşı yüksək həssaslığı və reaksiya zamanı yüksək temperaturun labüdlüyü kimi çatışmazlıqları ortaya çıxarır [2]. Buna görə də, istənilən reaksiya şəraitində (homogen və ya heterogen mühitdə, quru və tərkibində su olan epoksidin iştirakı ilə, əlverişli temperatur və təzyiq şəraitində və s.) tsiklik karbonatların sintezi prosesini həyata keçirməyə imkan verən yeni, yüksək aktivliyə malik və daha səmərəli katalizatorların işlənib hazırlanması son dərəcə perspektiv olmaqla yanaşı, mühüm nəzəri və praktiki əhəmiyyətə malikdir.
Azerbaijan State Oil and Industry University
Title: KARBON QAZININ UTİLİZASİYASI İLƏ ETİLENKARBONATIN SİNTEZİ ÜÇÜN YENİ ZN-FENOLYAT KATALİZATORLARI
Description:
Karbon qazı (CO2) enerji mənbələri kimi istifadə olunan təbii ehtiyatların (neft, qaz, daş kömür və s.
) və eləcə də neft-kimya sənayesinin müxtəlif proseslərinin tullantılarının yandırılması nəticəsində yaranan əlavə məhsuldur.
Planetimizin iqliminə mənfi təsir göstərən istixana qazlarından biri olması karbon qazının istifadəsi problemini getdikcə kəskinləşdirir [1].
CO2-nin utilizasiyası variantlarından biri ondan müxtəlif kimyəvi maddələrin sintezi üçün karbon mənbəyi kimi istifadə edilməsinin mümkünlüyüdür ki, bu tədqiqatlar "yaşıl kimya" texnologiyalarının əsasını təşkil edir və əsasən karbon turşularının, laktonların, polikarbonatların, tsiklik üzvi karbonatların və s.
sintezini əhatə edir [1].
Tsiklik üzvi karbonatlar kifayət qədər böyük bazara malikdirlər (təxminən 1,8 milyon ton/il) və həlledicilər, eləcə də ekstraksiya prosesləri üçün seçici həlledici, dərman və kənd təsərrüfatı preparatlarının sintezi üçün reaksiya qabiliyyətli aralıq məhsullar, yanacaqlara əlavələr, polimer sintezi üçün monomerlər və s.
kimi geniş tətbiq sahələri tapmışlar [1, 2].
Üzvi karbonatların istehsalı üçün mövcud texnologiyalar ciddi ekoloji problemlərə səbəb olan kifayət qədər zəhərli və bahalı fosgenin istifadəsini nəzərdə tutur [2].
Buna görə də müxtəlif epoksidlərin və CO2-nin istifadəsi ilə üzvi karbonatların yeni, ekoloji cəhətdən zərərsiz proseslərinin işlənib hazırlanması son dərəcə aktual bir məsələdir.
Müasir proseslərdə epoksidlər və CO2 əsasında tsiklik üzvi karbonatların sintezi üçün katalizator kimi metal-üzvi birləşmələr və komplekslər, klassik Lüis və ya Bronsted turşuları, metal tərkibli ftalosianinlər və s.
istifadə olunurlar [2].
Metal oksidlərin katalizator kimi istifadəsinə çox nadir hallarda rast gəlinir.
Lakin istifadə edilən katalizatorlar aşağı aktivlik və səmərəliliklə yanaşı, katalizatorların reaksiya mühitində zəif həll olması səbəbindən əlavə həlledicidən istifadə zərurəti, katalizatorun çirkləndiricilərə qarşı yüksək həssaslığı və reaksiya zamanı yüksək temperaturun labüdlüyü kimi çatışmazlıqları ortaya çıxarır [2].
Buna görə də, istənilən reaksiya şəraitində (homogen və ya heterogen mühitdə, quru və tərkibində su olan epoksidin iştirakı ilə, əlverişli temperatur və təzyiq şəraitində və s.
) tsiklik karbonatların sintezi prosesini həyata keçirməyə imkan verən yeni, yüksək aktivliyə malik və daha səmərəli katalizatorların işlənib hazırlanması son dərəcə perspektiv olmaqla yanaşı, mühüm nəzəri və praktiki əhəmiyyətə malikdir.

Related Results

Azərbaycan dilinin söztörəmə prosesində başlanğıc samitlərin prefiksal mövqeyi
Azərbaycan dilinin söztörəmə prosesində başlanğıc samitlərin prefiksal mövqeyi
Hər hansı dildə yeni söztörəmə prosesi informasiya intensivliyinin zəruri tələblərinə uyğun olaraq baş verir. Söztörəmə prosesi dillərin şəkilçisizlik mərhələsində ümumi bir qayda ...
KORROZİYAYA QARŞI YENİ REAGENTLƏRİN TƏDQİQİ
KORROZİYAYA QARŞI YENİ REAGENTLƏRİN TƏDQİQİ
Metalların korroziyası səbəbindən baş verən qəzalar böyük itkilərə səbəb olur. Korroziya problemlərinin həll olunmaması səbəbindən sənayenin bir çox sahələrində texniki inkişaf lən...
ÜZVİ - QEYRİ-ÜZVİ KOMPOZİT MATERİALLARIN SİNTEZİ VƏ TƏDQİQİ
ÜZVİ - QEYRİ-ÜZVİ KOMPOZİT MATERİALLARIN SİNTEZİ VƏ TƏDQİQİ
Yüksəkmolekullu birləşmələr və onlar əsasında metaltərkibli nanokompozitlər mikro- və nano-elektronika üçün yeni nəsil unikal materialların, işığa həssas nanoölçülü sistemlərin, op...
PRODUKSI KARBON AKTIF DARI BUAH MANGROVE MENGGUNAKAN AKTIVATOR KALIUM HIDROKSIDA
PRODUKSI KARBON AKTIF DARI BUAH MANGROVE MENGGUNAKAN AKTIVATOR KALIUM HIDROKSIDA
Konsumsi karbon aktif di Indonesia semakin meningkat seiring dengan meningkatnya penggunaan karbon aktif dalam bidang industri. Mangrove atau yang sering dikenal sebagai pohon baka...
MÜASİR SƏNAYE PARKLARININ ÖLKƏ ÜÇÜN ƏHƏMİYYƏTİ
MÜASİR SƏNAYE PARKLARININ ÖLKƏ ÜÇÜN ƏHƏMİYYƏTİ
Sənaye Parklarının yaradılması, ölkədə dayanıqlı inkişafın təmin edilməsində və ölkə iqtisadiyyatının inkişafına zəmin yaradır. SP-nın məqsədi parkların intellektual inkişafını həy...
GƏMI MÜTƏXƏSSISLƏRININ DÖVRÜ PROFILAKTIK MÜAYIƏLƏRININ KEYFIYYƏT SƏCIYYƏLƏRI
GƏMI MÜTƏXƏSSISLƏRININ DÖVRÜ PROFILAKTIK MÜAYIƏLƏRININ KEYFIYYƏT SƏCIYYƏLƏRI
Dəniz təbabətinin əsas vəzifələrindən biri dənizçilərin adekvat tibbi təminatı optimallaşdırmaqdır. Eilif D. [1] Norveçdə kruiz gəmilərində tibbi təminat məsələlərini təhlil etmişd...
Pendugaan Simpanan Karbon pada Kawasan Rehabilitasi Pesisir Selatan Pulau Jawa
Pendugaan Simpanan Karbon pada Kawasan Rehabilitasi Pesisir Selatan Pulau Jawa
Konservasi karbon merupakan salah satu tindakan penting dalam rehabilitasi pesisir, khususnya pesisir selatan Pulau Jawa dengan keunikan ombak yang besar, salinitas tinggi dan sedi...

Back to Top