Javascript must be enabled to continue!
MÜASİR DÖVRDƏ KİBERCİNAYƏTKARLIQ
View through CrossRef
XXI əsrdə elmi-texniki tərəqqinin yeni – informasiya inqilabı adlanan mərhələsi həyat səviyyəsinin və sosial rifahın yüksəldilməsinə yönələn nəticələri ilə yanaşı, milli, hərbi və siyasi, xüsusilə də sosial təhlükəsizliyə təhdid olan yeni cinayətkarlıq formalarının inkişafı və genişlənməsinə də təkan vermişdir. Hazırda ölkələrin kibersisteminə qeyri-qanuni şəkildə daxil olmaq, sistemi istismar etmək və ya pozmaq fəaliyyəti milli təhlükəsizlik üçün təhdid amilinə çevrilmişdir. İnformasiyanın və ya elektron cihazların, proseslərin, məlumatların emalı zamanı istifadə edilən texnologiyalar sisteminə qəsdən və ya icazəsiz giriş, onun manipulyasiyası və ya məhv edilməsi məqsədilə həyat keçirilən kiberhücumlar əqli mülkiyyət itkilərinin iki dəfə artmasına səbəb olmuşdur. Elm və texnologiyalar insanların həyat tərzinin yaxşılaşdırılmasına yönəlmişdir, lakin informasiya texnologiyalarının sürəti həyat mobilliyini artırmış, təhlükəsizlik baxımından yeni narahatlıqlar yaratmışdır. XXI əsr yeni dünya nizamının formalaşması insanların rifahına və ümumilikdə mövcud olmasına təhlükə yaradan cinayətkarlığın yeni formalarda təzahürünə gətirib çıxarmışdır. Hazırda klassik oğurluq və fırıldaqçılıq kimi cinayət əməlləri fiziki təmas və ya qurbanla eyni yerdə olmadan virtual mümkünlük qazanmışdır. Son onilliklərdə nəinki hər il, hətta hər ay yeni formaları ortaya çıxan kibercinayətlərin bitkin və əhatəli tərifi bu gün üçün mövcud olsa belə, natamam xarakterli olardı. Bununla yanaşı, kibertəhdid və cinayətlərin çoxsaylı, dar və geniş mənada izah və tərifləri mövcuddur.
Uptodate In Medicine LLC
Title: MÜASİR DÖVRDƏ KİBERCİNAYƏTKARLIQ
Description:
XXI əsrdə elmi-texniki tərəqqinin yeni – informasiya inqilabı adlanan mərhələsi həyat səviyyəsinin və sosial rifahın yüksəldilməsinə yönələn nəticələri ilə yanaşı, milli, hərbi və siyasi, xüsusilə də sosial təhlükəsizliyə təhdid olan yeni cinayətkarlıq formalarının inkişafı və genişlənməsinə də təkan vermişdir.
Hazırda ölkələrin kibersisteminə qeyri-qanuni şəkildə daxil olmaq, sistemi istismar etmək və ya pozmaq fəaliyyəti milli təhlükəsizlik üçün təhdid amilinə çevrilmişdir.
İnformasiyanın və ya elektron cihazların, proseslərin, məlumatların emalı zamanı istifadə edilən texnologiyalar sisteminə qəsdən və ya icazəsiz giriş, onun manipulyasiyası və ya məhv edilməsi məqsədilə həyat keçirilən kiberhücumlar əqli mülkiyyət itkilərinin iki dəfə artmasına səbəb olmuşdur.
Elm və texnologiyalar insanların həyat tərzinin yaxşılaşdırılmasına yönəlmişdir, lakin informasiya texnologiyalarının sürəti həyat mobilliyini artırmış, təhlükəsizlik baxımından yeni narahatlıqlar yaratmışdır.
XXI əsr yeni dünya nizamının formalaşması insanların rifahına və ümumilikdə mövcud olmasına təhlükə yaradan cinayətkarlığın yeni formalarda təzahürünə gətirib çıxarmışdır.
Hazırda klassik oğurluq və fırıldaqçılıq kimi cinayət əməlləri fiziki təmas və ya qurbanla eyni yerdə olmadan virtual mümkünlük qazanmışdır.
Son onilliklərdə nəinki hər il, hətta hər ay yeni formaları ortaya çıxan kibercinayətlərin bitkin və əhatəli tərifi bu gün üçün mövcud olsa belə, natamam xarakterli olardı.
Bununla yanaşı, kibertəhdid və cinayətlərin çoxsaylı, dar və geniş mənada izah və tərifləri mövcuddur.
Related Results
İslam dinində humanizmin: əsaslari, tarixi tətbiqləri və müasir perspektivlər
İslam dinində humanizmin: əsaslari, tarixi tətbiqləri və müasir perspektivlər
Bu məqalədə İslam dinində humanizmin əsasları, onun Qurani-Kərim və Sünnədəki yeri, tarixi tətbiqləri və müasir dövrdəki əhəmiyyəti araşdırılır. İslamın təməl prinsipləri olan barı...
İDMAN QURĞULARININ İDARƏ OLUNMASINDA MÜASİR YANAŞMALAR VƏ NORMATİV TƏLƏBLƏR
İDMAN QURĞULARININ İDARƏ OLUNMASINDA MÜASİR YANAŞMALAR VƏ NORMATİV TƏLƏBLƏR
Bu məqalədə idman qurğularının idarə olunması sahəsində müasir yanaşmalar, idarəetmənin elmi-metodik əsasları və tətbiq olunan normativ tələblər geniş şəkildə təhlil olunur. İdman ...
PUNKTUASİYAYA FUNKSİONAL YANAŞMA
PUNKTUASİYAYA FUNKSİONAL YANAŞMA
Məqalədə durğu işarələri sisteminin, yəni punktuasiyanın müasir dilçilikdə yeni baxış bucağından – semiotik-praqmatik, mətn dilçiliyi aspektlərindən bəhs olunur. Məqalədə qeyd olun...
Milli neftqazçıxarma kompleksində renta münasibətlərinin fiskal aspektləri
Milli neftqazçıxarma kompleksində renta münasibətlərinin fiskal aspektləri
Metodoloji qayət çətinliyi ilə seçilən renta məsələsi müasir dövrdə də siyasi iqtisad nəzəriyyəsinin və müvafiq təsərrüfat praktikasının ən mürəkkəb, dolaşıqlı və son dərəcə qeyri-...
Müasir dövrdə uşaqlarda skarlatinanın gedişinin kliniki-epidemioloji xüsusiyyətləri və müalicəsi
Müasir dövrdə uşaqlarda skarlatinanın gedişinin kliniki-epidemioloji xüsusiyyətləri və müalicəsi
Xülasə Məqalədə hazırkı dövrdə uşaqlar arasında baş verən epidemik sıçrayış xarakterini alan, bir çox fəsadlara səbəb olan skarlatinanın kliniki-epidemioloji xüsusiyyətləri, müali...
İnformasiya-kommunikasiya texnologiya-ları müasir sosial-iqtisadi inkişafın mühüm innovativ amili kimi
İnformasiya-kommunikasiya texnologiya-ları müasir sosial-iqtisadi inkişafın mühüm innovativ amili kimi
Yaşadığımız müasir dövrdə cəmiyyətin bütün təbəqələrində geniş informatizasiya prosesləri gedir. Bu proseslər radiotexnikada, mikroprosessorların, hesablama texnikasının inkişafınd...
MİKROÇATLARIN DİAQNOSTİKA PROSESİNİN PROQRAM TƏMİNATI
MİKROÇATLARIN DİAQNOSTİKA PROSESİNİN PROQRAM TƏMİNATI
Yüksək temperatur, təzyiq və kimyəvi aktiv mühitində işləyən neft-mədən və neft-emalı avadanlıqlarının boru xətlərində qısa istismar müddətindən sonra nasazlıqlar müşahidə olunur. ...
Study of modern Azerbaijani language in sociolinguistic aspect
Study of modern Azerbaijani language in sociolinguistic aspect
Mühüm ünsiyyət vasitəsi olan müasir Azərbaycan dili müxtəlif istiqamətlərdə tədqiq olunur. Bunlardan biri də sosiolinqvistik aspektdir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ...

