Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

THE IMPACT OF AGRICULTURE ON ECONOMIC GROWTH UNDER SUSTAINABLE DEVELOPMENT CONDITIONS

View through CrossRef
Müasir dövrdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi qlobal və regional səviyyədə qarşıya qoyulan əsas prioritetlərdən biridir. Cəmiyyətin sağlam, təhlükəsiz və yüksək rifah səviyyəsində yaşaması üçün dayanıqlı inkişaf konsepsiyası xüsusi əhəmiyyət daşıyır. Bu inkişaf modeli bir tərəfdən təbii resursların qorunmasını, digər tərəfdən isə ətraf mühitlə insan fəaliyyətləri arasında balansın yaradılmasını hədəfləyir. Dayanıqlı inkişafın əsas prinsiplərinə iqtisadi artımın təmin olunması, sosial inklüzivliyin genişləndirilməsi və ətraf mühitin qorunması daxildir. Bu prinsiplərin sinxron şəkildə həyata keçirilməsi isə uzunmüddətli və davamlı tərəqqinin əsas şərti sayılır. Bu kontekstdə kənd təsərrüfatının sosial-iqtisadi inkişafa təsirinin araşdırılması xüsusi aktuallıq kəsb edir. Kənd təsərrüfatı həm qida təhlükəsizliyinin təmin olunmasında, həm də regionlarda məşğulluğun artırılmasında mühüm rol oynayır. Eyni zamanda, bu sahədə tətbiq olunan müasir və innovativ metodlar resursların daha səmərəli istifadəsinə, məhsuldarlığın artmasına və ekoloji tarazlığın qorunmasına imkan yaradır. Dayanıqlı kənd təsərrüfatı sistemləri yalnız təbii ehtiyatların optimal idarə olunması ilə məhdudlaşmır, eyni zamanda kənd yerlərində iqtisadi fəallığın və innovasiya potensialının artırılması, kənd ərazilərinin inkişafı, sosial infrastrukturun genişləndirilməsi və iqlim dəyişikliyinə uyğunlaşma potensialının gücləndirilməsi baxımından da önəmlidir. Həmçinin bu sahədə tətbiq olunan müasir və innovativ metodlar torpaq, su və digər təbii ehtiyatların optimal idarə olunması ilə yanaşı, iqtisadi artıma da mühüm töhfə verir. Bu səbəbdən kənd təsərrüfatında dayanıqlı inkişaf modellərinin tətbiqi və təkmilləşdirilməsi mühüm tədqiqat istiqamətlərindən biri kimi qiymətləndirilir. 
Title: THE IMPACT OF AGRICULTURE ON ECONOMIC GROWTH UNDER SUSTAINABLE DEVELOPMENT CONDITIONS
Description:
Müasir dövrdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi qlobal və regional səviyyədə qarşıya qoyulan əsas prioritetlərdən biridir.
Cəmiyyətin sağlam, təhlükəsiz və yüksək rifah səviyyəsində yaşaması üçün dayanıqlı inkişaf konsepsiyası xüsusi əhəmiyyət daşıyır.
Bu inkişaf modeli bir tərəfdən təbii resursların qorunmasını, digər tərəfdən isə ətraf mühitlə insan fəaliyyətləri arasında balansın yaradılmasını hədəfləyir.
Dayanıqlı inkişafın əsas prinsiplərinə iqtisadi artımın təmin olunması, sosial inklüzivliyin genişləndirilməsi və ətraf mühitin qorunması daxildir.
Bu prinsiplərin sinxron şəkildə həyata keçirilməsi isə uzunmüddətli və davamlı tərəqqinin əsas şərti sayılır.
Bu kontekstdə kənd təsərrüfatının sosial-iqtisadi inkişafa təsirinin araşdırılması xüsusi aktuallıq kəsb edir.
Kənd təsərrüfatı həm qida təhlükəsizliyinin təmin olunmasında, həm də regionlarda məşğulluğun artırılmasında mühüm rol oynayır.
Eyni zamanda, bu sahədə tətbiq olunan müasir və innovativ metodlar resursların daha səmərəli istifadəsinə, məhsuldarlığın artmasına və ekoloji tarazlığın qorunmasına imkan yaradır.
Dayanıqlı kənd təsərrüfatı sistemləri yalnız təbii ehtiyatların optimal idarə olunması ilə məhdudlaşmır, eyni zamanda kənd yerlərində iqtisadi fəallığın və innovasiya potensialının artırılması, kənd ərazilərinin inkişafı, sosial infrastrukturun genişləndirilməsi və iqlim dəyişikliyinə uyğunlaşma potensialının gücləndirilməsi baxımından da önəmlidir.
Həmçinin bu sahədə tətbiq olunan müasir və innovativ metodlar torpaq, su və digər təbii ehtiyatların optimal idarə olunması ilə yanaşı, iqtisadi artıma da mühüm töhfə verir.
Bu səbəbdən kənd təsərrüfatında dayanıqlı inkişaf modellərinin tətbiqi və təkmilləşdirilməsi mühüm tədqiqat istiqamətlərindən biri kimi qiymətləndirilir.
 .

Related Results

Macroeconomic and Social Precursors of Suicide Rates in the Philippines: A Quantitative Analysis (Preprint)
Macroeconomic and Social Precursors of Suicide Rates in the Philippines: A Quantitative Analysis (Preprint)
BACKGROUND Suicide is a complex, serious and multifaceted public health issue that poses significant challenges to societies worldwide. In fact, it represen...
COMMERCIAL ACTIVITY IN THE SYSTEM OF A MULTILEVEL SUSTAINABLE DEVELOPMENT ECONOMY
COMMERCIAL ACTIVITY IN THE SYSTEM OF A MULTILEVEL SUSTAINABLE DEVELOPMENT ECONOMY
It is substantiated that under contemporary challenges, including those caused by the war in Ukraine, commercial activity extends beyond a purely instrumental approach focused on a...
Ilgtspējīgas attīstības sistēmanalīze = System analysis of sustainable development
Ilgtspējīgas attīstības sistēmanalīze = System analysis of sustainable development
Topic of the thesis: system analysis of sustainable development. Research hypothesis: sustainable development planning and monitoring model allows to assess the development of vari...
The Optimal Public Expenditure in Developing Countries
The Optimal Public Expenditure in Developing Countries
Many researchers believe that government expenditures promote economic growth at the first development stage. However, as public expenditure becomes too large, countries will suffe...
Ekonomika bosanskih velikaša u 14. i 15. stoljeću
Ekonomika bosanskih velikaša u 14. i 15. stoljeću
The role and significance of the Bosnian nobility in the historical currents of medieval Bosnia can be reliably traced in the 14th and 15th centuries when various socio-political f...
Transformation processes in agriculture in Rivne Region
Transformation processes in agriculture in Rivne Region
The article deals with the transformational processes in the development of agriculture in Rivne Region. The branch structure of agriculture is disclosed and the territorial differ...

Back to Top