Javascript must be enabled to continue!
Hepatosellülyar Karsinomanın Diaqnostikası üçün Ekspert Sistemi
View through CrossRef
Məqalədə qaraciyərin bədxassəli şişləri arasında ən
geniş yayılan hepatosellülyar karsinomanın (HSK) hansı
mərhələdə olması ilə bağlı qərarlar qəbul edən və onlayn
mühitdə əlyetər olan ekspert sisteminin yaradılması alqoritmi
verilmişdir. HSK çoxlu sayda kliniki əlamətlərlə xarakterizə
olunur, əlamətlərin ala biləcəyi çoxsaylı qiymətlərə görə
yaranan müxtəlif kombinasiyalar HSK-nın 7 mərhələsindən
birinə uyğundur. İstinad edilən parametrlərin çoxluğu,
mürəkkəbliyi, kəmiyyət və keyfiyyət xarakterli olması HSK-nın
mərhələsinin təyini məsələsinin qeyri-müəyyən mühitdə baş
verdiyini şərtləndirir və intellektual texnologiyalara istinad
etməklə HSK-nın diaqnostikası sisteminin işlənilməsini
aktuallaşdırır. Bu məqsədlə ekspert sistemini təşkil edən
verilənlər bazası, bilik bazası, məntiqi nəticəçıxarma
mexanizmi, interfeys bloklarının formalaşması təsvir edilmiş və
bu arxitektur komponentlərin vahid sistemdə qarşılıqlı əlaqədə
fəaliyyəti əsasında qərarların qəbulu alqoritmi işlənilmişdir.
Zaman və məkandan asılı olmayaraq eyni vaxtda bir neçə
həkimin operativ qərar qəbul etməsi üçün Visual Study 2019
platformasında C# proqramlaşdırma dilində reallaşdırılan
diaqnostik sistemin veb texnologiyalarla inteqrasiyası məsələsi
həll edilmişdir.
Title: Hepatosellülyar Karsinomanın Diaqnostikası üçün Ekspert Sistemi
Description:
Məqalədə qaraciyərin bədxassəli şişləri arasında ən
geniş yayılan hepatosellülyar karsinomanın (HSK) hansı
mərhələdə olması ilə bağlı qərarlar qəbul edən və onlayn
mühitdə əlyetər olan ekspert sisteminin yaradılması alqoritmi
verilmişdir.
HSK çoxlu sayda kliniki əlamətlərlə xarakterizə
olunur, əlamətlərin ala biləcəyi çoxsaylı qiymətlərə görə
yaranan müxtəlif kombinasiyalar HSK-nın 7 mərhələsindən
birinə uyğundur.
İstinad edilən parametrlərin çoxluğu,
mürəkkəbliyi, kəmiyyət və keyfiyyət xarakterli olması HSK-nın
mərhələsinin təyini məsələsinin qeyri-müəyyən mühitdə baş
verdiyini şərtləndirir və intellektual texnologiyalara istinad
etməklə HSK-nın diaqnostikası sisteminin işlənilməsini
aktuallaşdırır.
Bu məqsədlə ekspert sistemini təşkil edən
verilənlər bazası, bilik bazası, məntiqi nəticəçıxarma
mexanizmi, interfeys bloklarının formalaşması təsvir edilmiş və
bu arxitektur komponentlərin vahid sistemdə qarşılıqlı əlaqədə
fəaliyyəti əsasında qərarların qəbulu alqoritmi işlənilmişdir.
Zaman və məkandan asılı olmayaraq eyni vaxtda bir neçə
həkimin operativ qərar qəbul etməsi üçün Visual Study 2019
platformasında C# proqramlaşdırma dilində reallaşdırılan
diaqnostik sistemin veb texnologiyalarla inteqrasiyası məsələsi
həll edilmişdir.
Related Results
Hepatosellülyar Karsinomanın İlkin Müalicə Seçimi üçün İntellektual Sistemin Yaradılması Alqoritmi
Hepatosellülyar Karsinomanın İlkin Müalicə Seçimi üçün İntellektual Sistemin Yaradılması Alqoritmi
Məqalədə xərçəng xəstəlikləri arasında rastgəlmə
tezliyinə görə 5-6-cı yerdə olan hepatosellülyar karsinomanın
(HSK) ilkin müalicə seçimi ilə bağlı həkim qərarlarını
dəstəkləyən in...
Sinir Sistemi Anatomisi (Systema Nervosum)
Sinir Sistemi Anatomisi (Systema Nervosum)
Sinir sistemi (systema nervosum), vücudun iç ve dış çevresinden aldığı bilgileri işleyen, tepki oluşturan ve tüm yaşamsal fonksiyonları koordine eden vücudun en karmaşık yapısıdır....
RƏQƏMSAL İQTİSADİYYATDA FƏALİYYƏT GÖSTƏRƏN BİZNES MODELLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
RƏQƏMSAL İQTİSADİYYATDA FƏALİYYƏT GÖSTƏRƏN BİZNES MODELLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Dünyanın əksər şirkətləri üçün bu gün əsas mövzu rəqəmsal transformasiyadır. Buraya, biznesin səmərəliliyini və məhsuldarlığını artırmaq üçün müasir rəqəmsal texnologiyalardan fəal...
TAPŞIRIQ ƏSASLI ÖYRƏNMƏ: ÜNSİYYƏT BACARIĞINA GEDƏN YOL
TAPŞIRIQ ƏSASLI ÖYRƏNMƏ: ÜNSİYYƏT BACARIĞINA GEDƏN YOL
Tapşırıq əsaslı dil tədrisi (TBLT) danışıq, dinləmə, lüğət və ümumi dil biliyi kimi sahələrdə tələbələrin ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün bir yanaşmanı hərtərəfli qiym...
DƏNİZ PLATFORMALARININ QURAŞDIRILMASINDA MÖHKƏMLİK FAKTORLARI
DƏNİZ PLATFORMALARININ QURAŞDIRILMASINDA MÖHKƏMLİK FAKTORLARI
Neft və qaz sənayesində dəniz platformalarının quraşdırılması sabitliyi, davamlılığı və təhlükəsizliyi təmin etmək üçün mürəkkəb mühəndislik proseslərini və çoxsaylı mülahizələri ə...
GƏMI MÜTƏXƏSSISLƏRININ DÖVRÜ PROFILAKTIK MÜAYIƏLƏRININ KEYFIYYƏT SƏCIYYƏLƏRI
GƏMI MÜTƏXƏSSISLƏRININ DÖVRÜ PROFILAKTIK MÜAYIƏLƏRININ KEYFIYYƏT SƏCIYYƏLƏRI
Dəniz təbabətinin əsas vəzifələrindən biri dənizçilərin adekvat tibbi təminatı optimallaşdırmaqdır. Eilif D. [1] Norveçdə kruiz gəmilərində tibbi təminat məsələlərini təhlil etmişd...
MÜASİR SƏNAYE PARKLARININ ÖLKƏ ÜÇÜN ƏHƏMİYYƏTİ
MÜASİR SƏNAYE PARKLARININ ÖLKƏ ÜÇÜN ƏHƏMİYYƏTİ
Sənaye Parklarının yaradılması, ölkədə dayanıqlı inkişafın təmin edilməsində və ölkə iqtisadiyyatının inkişafına zəmin yaradır. SP-nın məqsədi parkların intellektual inkişafını həy...
KARBON QAZININ UTİLİZASİYASI İLƏ ETİLENKARBONATIN SİNTEZİ ÜÇÜN YENİ ZN-FENOLYAT KATALİZATORLARI
KARBON QAZININ UTİLİZASİYASI İLƏ ETİLENKARBONATIN SİNTEZİ ÜÇÜN YENİ ZN-FENOLYAT KATALİZATORLARI
Karbon qazı (CO2) enerji mənbələri kimi istifadə olunan təbii ehtiyatların (neft, qaz, daş kömür və s.) və eləcə də neft-kimya sənayesinin müxtəlif proseslərinin tullantılarının ya...

