Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

AVTOMATİK İDARƏETMƏ SİSTEMLƏRİNİN DAYANIQLIĞININ ARAŞDIRILMASINA ÜMUMİ YANAŞMA

View through CrossRef
Məqalə MATLAB platformasında avtomatik idarəetmə sistemlərinin (ACS) dayanıqlığının parametrlərinin alqoritmlərinin tərtib olunmasına və sistemlərin analizində bəzi məsələlərin həllinə həsr edilmişdir. Ümumiyyətlə bu platforma bir çox üstünlüklərə malikdir. Belə ki, sistemlərin dinamikasını mənimsəməyi asanlaşdıran vizuallaşdırma və modelləşdirmə üçün lazımlı alətlər təqdim edən bu proqramın interfeysi, dayanıqlığın təhlili üçün müxtəlif funksiyaları özündə cəmləşdirən geniş çeşidli alətlərin mövcudluğu, mühəndislərin, sistemlərdə əsas parametrlərin keçid prosesinə və müvafiq tələblərə əsasən qısa müddət ərzində uyğunlaşdırmasına imkan verir. Bu platforma AİS modellərini tez bir zamanda yaratmaq və sınaqdan keçirmək bacarığına malik olmaqla yanaşı, optimallaşdırma prosesini asanlaşdıran sistem və idarəetmə parametrlərini asanlıqla dəyişdirməyə imkan verir [2,5]. Məqalədə AİS-lərin dayanıqlığının təkrar olaraq yenidən təhlili nəzərdən keçirilir ki, bu da parametrlərində, quruluşunda və ya idarəetməsində dəyişiklik edildikdən sonra sistemin dayanıqlığının yenidən qiymətləndirilməsi prosesidir. Bu, sistemlərin layihələndirilməsində və yoxlanılmasında vacib bir mərhələdir, çünki dəyişikliklər dinamikaya və dayanıqlığı nəzərəçarpacaq dərəcədə təsir göstərə bilər. Bunun üçün dayanıqlığın yenidən təhlilinin əsas aspektləri nəzərə alınır. Buna misal olaraq, ötürmə funksiyalarındakı dəyişikliklər, gücləndiricilər və digər sistem parametrləri, sistem arxitekturasındakı dəyişikliklər, o cümlədən kontrollerlərin əlavə edilməsi və ya çıxarılması, sabitliyi təyin etmək üçün tənliyin köklərinin yerini təhlil etmək, sistemin sabitliyini yoxlamaq üçün Bode və ya Nyquist meyarlarından istifadə edilməsini göstərmək olar. MATLAB (Control System Toolbox) sabitliyi müəyyən etmək üçün funksiyalar daxil olmaqla idarəetmə sistemlərini təhlil etməyi və dizayn etməyi asanlaşdırır. Dayanıqlığın təhlili robototexnika, aviasiya, avtomobil sənayesi və təhlükəsizlik və etibarlılığın kritik olduğu digər sahələrdə xüsusilə vacibdir. AİS-lərin dayanıqlığının yenidən təhlili, dəyişən şəraitdə sistemin etibarlılığını və təhlükəsizliyini təmin etməyə kömək edən layihələndirmə prosesinin ayrılmaz hissəsidir. Açar sözlər: dinamik sistem, sabitlik, PID tənzimləyicisi, Matlab, Simulink, ötürmə funksiyası, idarəetmə sistemi, Bode və Nyquist meyarları.
Title: AVTOMATİK İDARƏETMƏ SİSTEMLƏRİNİN DAYANIQLIĞININ ARAŞDIRILMASINA ÜMUMİ YANAŞMA
Description:
Məqalə MATLAB platformasında avtomatik idarəetmə sistemlərinin (ACS) dayanıqlığının parametrlərinin alqoritmlərinin tərtib olunmasına və sistemlərin analizində bəzi məsələlərin həllinə həsr edilmişdir.
Ümumiyyətlə bu platforma bir çox üstünlüklərə malikdir.
Belə ki, sistemlərin dinamikasını mənimsəməyi asanlaşdıran vizuallaşdırma və modelləşdirmə üçün lazımlı alətlər təqdim edən bu proqramın interfeysi, dayanıqlığın təhlili üçün müxtəlif funksiyaları özündə cəmləşdirən geniş çeşidli alətlərin mövcudluğu, mühəndislərin, sistemlərdə əsas parametrlərin keçid prosesinə və müvafiq tələblərə əsasən qısa müddət ərzində uyğunlaşdırmasına imkan verir.
Bu platforma AİS modellərini tez bir zamanda yaratmaq və sınaqdan keçirmək bacarığına malik olmaqla yanaşı, optimallaşdırma prosesini asanlaşdıran sistem və idarəetmə parametrlərini asanlıqla dəyişdirməyə imkan verir [2,5].
Məqalədə AİS-lərin dayanıqlığının təkrar olaraq yenidən təhlili nəzərdən keçirilir ki, bu da parametrlərində, quruluşunda və ya idarəetməsində dəyişiklik edildikdən sonra sistemin dayanıqlığının yenidən qiymətləndirilməsi prosesidir.
Bu, sistemlərin layihələndirilməsində və yoxlanılmasında vacib bir mərhələdir, çünki dəyişikliklər dinamikaya və dayanıqlığı nəzərəçarpacaq dərəcədə təsir göstərə bilər.
Bunun üçün dayanıqlığın yenidən təhlilinin əsas aspektləri nəzərə alınır.
Buna misal olaraq, ötürmə funksiyalarındakı dəyişikliklər, gücləndiricilər və digər sistem parametrləri, sistem arxitekturasındakı dəyişikliklər, o cümlədən kontrollerlərin əlavə edilməsi və ya çıxarılması, sabitliyi təyin etmək üçün tənliyin köklərinin yerini təhlil etmək, sistemin sabitliyini yoxlamaq üçün Bode və ya Nyquist meyarlarından istifadə edilməsini göstərmək olar.
MATLAB (Control System Toolbox) sabitliyi müəyyən etmək üçün funksiyalar daxil olmaqla idarəetmə sistemlərini təhlil etməyi və dizayn etməyi asanlaşdırır.
Dayanıqlığın təhlili robototexnika, aviasiya, avtomobil sənayesi və təhlükəsizlik və etibarlılığın kritik olduğu digər sahələrdə xüsusilə vacibdir.
AİS-lərin dayanıqlığının yenidən təhlili, dəyişən şəraitdə sistemin etibarlılığını və təhlükəsizliyini təmin etməyə kömək edən layihələndirmə prosesinin ayrılmaz hissəsidir.
Açar sözlər: dinamik sistem, sabitlik, PID tənzimləyicisi, Matlab, Simulink, ötürmə funksiyası, idarəetmə sistemi, Bode və Nyquist meyarları.

Related Results

İDMAN QURĞULARININ İDARƏ OLUNMASINDA MÜASİR YANAŞMALAR VƏ NORMATİV TƏLƏBLƏR
İDMAN QURĞULARININ İDARƏ OLUNMASINDA MÜASİR YANAŞMALAR VƏ NORMATİV TƏLƏBLƏR
Bu məqalədə idman qurğularının idarə olunması sahəsində müasir yanaşmalar, idarəetmənin elmi-metodik əsasları və tətbiq olunan normativ tələblər geniş şəkildə təhlil olunur. İdman ...
Rəqəmsal Tibb Mühitində Smart OLAP Sistemlərinin Tətbiqi: İmkanlar, Problemlər və Perspektivlər
Rəqəmsal Tibb Mühitində Smart OLAP Sistemlərinin Tətbiqi: İmkanlar, Problemlər və Perspektivlər
Məqalədə rəqəmsal tibb mühitində smart OLAP sistemlərinin (Online Analytical Processing) rolu, imkanları və problemləri təhlil edilir, bu sahədə rəqəmsal tibbi standartlar nəzərdən...
PUNKTUASİYAYA FUNKSİONAL YANAŞMA
PUNKTUASİYAYA FUNKSİONAL YANAŞMA
Məqalədə durğu işarələri sisteminin, yəni punktuasiyanın müasir dilçilikdə yeni baxış bucağından – semiotik-praqmatik, mətn dilçiliyi aspektlərindən bəhs olunur. Məqalədə qeyd olun...
İSMAYIL ŞIXLININ BƏDİİ DİLİNƏ LEKSİKOQRAFİK YANAŞMA
İSMAYIL ŞIXLININ BƏDİİ DİLİNƏ LEKSİKOQRAFİK YANAŞMA
Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Xalq yazıçısı İsmayıl Şıxlı müasir dövrdə ən çox oxunan, əsərləri təkrar-təkrar nəşrolunan, adı məktəb dərsliklərindən düşm...
RƏQƏMSAL İQTİSADİYYATDA FƏALİYYƏT GÖSTƏRƏN BİZNES MODELLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
RƏQƏMSAL İQTİSADİYYATDA FƏALİYYƏT GÖSTƏRƏN BİZNES MODELLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Dünyanın əksər şirkətləri üçün bu gün əsas mövzu rəqəmsal transformasiyadır. Buraya, biznesin səmərəliliyini və məhsuldarlığını artırmaq üçün müasir rəqəmsal texnologiyalardan fəal...
MƏLUMATLARIN MƏXFİLİYİNİN QORUNMASI ÜÇÜN KİBER TƏHLÜKƏSİZLİK YANAŞMALARI
MƏLUMATLARIN MƏXFİLİYİNİN QORUNMASI ÜÇÜN KİBER TƏHLÜKƏSİZLİK YANAŞMALARI
İnformasiya texnologiyalarının müasir cəmiyyətin bütün sahələrinə nüfuz etməsi nəticəsində təşkilatların və fərdi istifadəçilərin gündəlik fəaliyyəti rəqəmsal platformalardan asılı...
Keson yanaşma yapılarının dinamik davranışı
Keson yanaşma yapılarının dinamik davranışı
Keson tip yanaşma yapılarının stabiliteleri (dayanımları) yer değiştirmeler göz önüne alınarak iki farklı durum için incelenmiştir: Birinci durumda, farklı frekanslara sahip döngüs...
Hellen ve Roma Dünyasında Patronus-Cliens İlişkisi
Hellen ve Roma Dünyasında Patronus-Cliens İlişkisi
Patronus-cliens ilişkisinin kökeni Roma’nın kurucusu olarak bilinen Romulus’a kadar dayandırılmaktadır. Roma dünyasında kimi zaman bireyler kimi zaman topluluklar güçlü nüfuza sahi...

Back to Top