Javascript must be enabled to continue!
İSMAYIL ŞIXLININ BƏDİİ DİLİNƏ LEKSİKOQRAFİK YANAŞMA
View through CrossRef
Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Xalq yazıçısı İsmayıl Şıxlı müasir dövrdə ən çox oxunan, əsərləri təkrar-təkrar nəşrolunan, adı məktəb dərsliklərindən düşməyən, haqqında tədqiqat işləri yazılan ədiblərdəndir. İ. Şıxlının əsərlərinin dili araşdırmaların mövzusu olsa da, xüsusən məşhur “Dəli Kür” əsərinin dili tədqiq olunsa da, onun
bədii dilinin lüğətçilik üçün əhəmiyyəti diqqətdən kənarda qalmışdır. Bu məqalədə İsmayıl Şıxlının bədii dili leksikoqrafik yöndən təhlil olunur, müxtəlif tipli lüğətlərin, xüsusən izahlı lüğətlərin tərtibində istifadə olunması yolları araşdırılır, İ. Şıxlının dilinin lüğətinin tərtibinin vacibliyi vurğulanır. İ. Şıxlı leksikasının maraq doğuran qismi Azərbaycan dilinin izahlı
lüğətində olmayan, lakin oxucunun qarşısına çıxa biləcək az işlək leksikadır. Belə sözlər kifayət qədərdir və həm ümumi lüğətlərdə, həm də yazıçı lüğətində təmsil olunmalıdır. Məsələn: yehrələnmək - zolaq şəklində nizamla biçilmək, nizamla biçilib zolaq şəklində düzülmək; züllə papaq - qıvrım tüklü dəridən tikilən çox hündür papaq növü. XI Ordu əsgərlərinin baş geyiminə də xalq arasında qədim papaq növünü xatırlatdığı üçün züllə papaq demişlər; heykirmək - bağırmaq, böyürmək, hayqırmaq. İ. Şıxlının dili etnoqrafik leksika ilə zəngindir. Şıxlının əsərlərində xalqın həyatı, məişəti, adət-ənənələri ilə bağlı bəzi sözlərin geniş ensiklopedik izahını tapmaq mümkündür: iynəlik - Novruz bayramı adətlərindən biri.
cıdırhəngi - izahlı lüğətdə qeydə alınmayıb. Cıdır yarışlarında ifa olunan zərbli havanın və rəqsin adı. dirədöymə - izahlı lüğətdə yalnız oyun adı kimi qeydə alınsa da, İ.
Şıxlı dilində həm də rəqs havasının adı kimi rast gəlinir. Ümumi izahlı lüğətlərin tərtibində dildə sözün bütün mənalarını əhatə etmək üçün bəzən dörd-beş yazıçının yaradıcılığından istifadə etmək lazım gəlir. İ. Şıxlı sözün çoxmənalılıq imkanlarını məharətlə sərgiləyə bilir, sözün məna tutumunu təqdim etmək üçün lüğət materialı verir. Məqalədə daban sözünün 4 mənada, kötük sözünün üç mənada işlənməsinə dair illüstrativ material göstərilir. İ. Şıxlı yaradıcılığını leksikoqrafik baxımdan araşdırmaq və maraqlı dil faktlarını üzə çıxarmaq Azərbaycan dili adlı bir xəzinənin tərkib hissələrinin toplanması, dil bankının (korpusunun) zənginləşməsi, çoxcildlik ümumi lüğətlərin tərtibi işinə də xidmətdir
Title: İSMAYIL ŞIXLININ BƏDİİ DİLİNƏ LEKSİKOQRAFİK YANAŞMA
Description:
Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Xalq yazıçısı İsmayıl Şıxlı müasir dövrdə ən çox oxunan, əsərləri təkrar-təkrar nəşrolunan, adı məktəb dərsliklərindən düşməyən, haqqında tədqiqat işləri yazılan ədiblərdəndir.
İ.
Şıxlının əsərlərinin dili araşdırmaların mövzusu olsa da, xüsusən məşhur “Dəli Kür” əsərinin dili tədqiq olunsa da, onun
bədii dilinin lüğətçilik üçün əhəmiyyəti diqqətdən kənarda qalmışdır.
Bu məqalədə İsmayıl Şıxlının bədii dili leksikoqrafik yöndən təhlil olunur, müxtəlif tipli lüğətlərin, xüsusən izahlı lüğətlərin tərtibində istifadə olunması yolları araşdırılır, İ.
Şıxlının dilinin lüğətinin tərtibinin vacibliyi vurğulanır.
İ.
Şıxlı leksikasının maraq doğuran qismi Azərbaycan dilinin izahlı
lüğətində olmayan, lakin oxucunun qarşısına çıxa biləcək az işlək leksikadır.
Belə sözlər kifayət qədərdir və həm ümumi lüğətlərdə, həm də yazıçı lüğətində təmsil olunmalıdır.
Məsələn: yehrələnmək - zolaq şəklində nizamla biçilmək, nizamla biçilib zolaq şəklində düzülmək; züllə papaq - qıvrım tüklü dəridən tikilən çox hündür papaq növü.
XI Ordu əsgərlərinin baş geyiminə də xalq arasında qədim papaq növünü xatırlatdığı üçün züllə papaq demişlər; heykirmək - bağırmaq, böyürmək, hayqırmaq.
İ.
Şıxlının dili etnoqrafik leksika ilə zəngindir.
Şıxlının əsərlərində xalqın həyatı, məişəti, adət-ənənələri ilə bağlı bəzi sözlərin geniş ensiklopedik izahını tapmaq mümkündür: iynəlik - Novruz bayramı adətlərindən biri.
cıdırhəngi - izahlı lüğətdə qeydə alınmayıb.
Cıdır yarışlarında ifa olunan zərbli havanın və rəqsin adı.
dirədöymə - izahlı lüğətdə yalnız oyun adı kimi qeydə alınsa da, İ.
Şıxlı dilində həm də rəqs havasının adı kimi rast gəlinir.
Ümumi izahlı lüğətlərin tərtibində dildə sözün bütün mənalarını əhatə etmək üçün bəzən dörd-beş yazıçının yaradıcılığından istifadə etmək lazım gəlir.
İ.
Şıxlı sözün çoxmənalılıq imkanlarını məharətlə sərgiləyə bilir, sözün məna tutumunu təqdim etmək üçün lüğət materialı verir.
Məqalədə daban sözünün 4 mənada, kötük sözünün üç mənada işlənməsinə dair illüstrativ material göstərilir.
İ.
Şıxlı yaradıcılığını leksikoqrafik baxımdan araşdırmaq və maraqlı dil faktlarını üzə çıxarmaq Azərbaycan dili adlı bir xəzinənin tərkib hissələrinin toplanması, dil bankının (korpusunun) zənginləşməsi, çoxcildlik ümumi lüğətlərin tərtibi işinə də xidmətdir.
Related Results
REFLECTION OF THE NATIONAL INDEPENDENCE MOVEMENT IN ISMAYIL SARYAL'S MEMOIR NOVEL "BAKU RUZGARI"
REFLECTION OF THE NATIONAL INDEPENDENCE MOVEMENT IN ISMAYIL SARYAL'S MEMOIR NOVEL "BAKU RUZGARI"
Məqalədə mühacirət ədəbiyyatının az tanınan nümayəndələrindən olan İsmayıl Saryalın mühacirətdə yazdığı “Baki rüzgari” romanı haqqında məlumat verilmişdir. Roman xatirə təsiri bağı...
Azərbaycan dili və Türk dili qrammatikalarında feilin bacarıq forması
Azərbaycan dili və Türk dili qrammatikalarında feilin bacarıq forması
Məqalədə XX əsrin birinci rübündən bu günə qədər nəşr olunmuş dərsliklərdə feilin təsriflənən
formalarının keçdiyi yola nəzər salınmış, feilin təsriflənən formalarının müxtəlif döv...
PUNKTUASİYAYA FUNKSİONAL YANAŞMA
PUNKTUASİYAYA FUNKSİONAL YANAŞMA
Məqalədə durğu işarələri sisteminin, yəni punktuasiyanın müasir dilçilikdə yeni baxış bucağından – semiotik-praqmatik, mətn dilçiliyi aspektlərindən bəhs olunur. Məqalədə qeyd olun...
MƏHƏMMƏD FÜZULİNİN “LEYLİ VƏ MƏCNUN” ƏSƏRİNDƏ TƏYİNLƏRİN LİNQVOPOETİKASI
MƏHƏMMƏD FÜZULİNİN “LEYLİ VƏ MƏCNUN” ƏSƏRİNDƏ TƏYİNLƏRİN LİNQVOPOETİKASI
Məqalədə Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərində işlədilmiş bədii təyinlər
təhlil edilir. Füzuli obrazlılıq və bədiiliyin ən yüksək zirvəsində dayanan klassik Şərq
...
KİŞVƏRİ ŞEİRLƏRİNDƏ DİL VƏ ÜSLUB
KİŞVƏRİ ŞEİRLƏRİNDƏ DİL VƏ ÜSLUB
Məqalədə göstərilir ki, Kişvəri XV əsr Azərbaycan ədəbiyyatının görkəmli və ən çox diqqətə layiq olan sənətkarlarından biridir. Qeyd olunur ki, fars dilində gözəl əsərlər yazan şai...
Keson yanaşma yapılarının dinamik davranışı
Keson yanaşma yapılarının dinamik davranışı
Keson tip yanaşma yapılarının stabiliteleri (dayanımları) yer değiştirmeler göz önüne alınarak iki farklı durum için incelenmiştir: Birinci durumda, farklı frekanslara sahip döngüs...
Hellen ve Roma Dünyasında Patronus-Cliens İlişkisi
Hellen ve Roma Dünyasında Patronus-Cliens İlişkisi
Patronus-cliens ilişkisinin kökeni Roma’nın kurucusu olarak bilinen Romulus’a kadar dayandırılmaktadır. Roma dünyasında kimi zaman bireyler kimi zaman topluluklar güçlü nüfuza sahi...
NAZAN BƏKİROĞLUNUN “NAR AĞACİ” ROMANİNİN JANR XÜSUSİYYƏTİ, PROBLEMATİKASİ VƏ BƏDİİ OBRAZLARİ
NAZAN BƏKİROĞLUNUN “NAR AĞACİ” ROMANİNİN JANR XÜSUSİYYƏTİ, PROBLEMATİKASİ VƏ BƏDİİ OBRAZLARİ
Nazan Bəkiroğlunun “Nar ağacı” romanı zaman kəsiyində tarixi yaddaşın unudulmamasını əks etdirir. XXI əsrdə xalqın tarixi gercəkliklərini ədəbiyyatda inikas etdirən “Nar ağacı” rom...

