Javascript must be enabled to continue!
YENİ TƏDRİS TEXNOLOGİYALARI ÜZRƏ TƏHSİLALANLARIN FİZİKİ FƏALLIQ SƏVİYYƏSİNİN ÜRƏK-DAMAR SİSTEMİNİN FUNKSİONAL İMKANLARINA TƏSİRİ
View through CrossRef
Məqalədə tədris zamanı müxtəlif səviyyəli hərəki fəallıq mühitinin “Sağlam Təhsil” və ənənəvi təhsil siniflərində təhsil alan 6-9 yaşlı ibtidai sinif şagirdlərinin ürək-damar sisteminin funksional göstəricilərinə təsirini öyrənmək məqsədilə aparılan tədqiqat işi haqqında məlumat verilmişdir. Ürək-damar sisteminin funksional vəziyyətini qiymətləndirmək məqsədilə PWC170 funksional sınağı və adaptasiya potensialı göstəricisindən istifadə edilmişdir. Tədqiqat göstərmişdir ki, “Sağlam Təhsil” siniflərində yaradılan şərait təhsilalanların hərəki fəaliyyət həcminin 2-2,5 dəfə artmasına imkan verir. Məktəblilərin hərəki fəaliyyətinin artması orqanizmin funksional ehtiyatlarının yaxşılaşmasına şərait yaradır, ürək-damar sisteminin adaptasiya qabiliyyətini yaxşılaşdırır. 3-cü tədris ilinin sonunda “Sağlam Təhsil” siniflərində kafi adaptasiyalı uşaqların sayı dürüst olaraq ənənəvi təhsil siniflərindən yüksək (“Sağlam Təhsil” sinifləri – 73,4%, ənənəvi təhsil sinifləri – 57,6%; p<0,01), adaptasiya potensialının gərginliyi olan uşaqların sayı isə az olmuşdur (müvafiq olaraq 19,8% və 36,3%; p<0,01). “Sağlam Təhsil” siniflərində təhsil alan oğlanlarda üçüncü tədris ilinin sonunda PWC170 göstəricisi orta kəmiyyətinin nisbi artımı 20,0% (р˂0,005), qızlarda isə16,3% (p˂0,01) təşkil etmişdir, bu isə ənənəvi təhsil siniflərinə nisbətən 3 dəfədən yüksəkdir (müvafiq olaraq 6,0 və 5,7%). Təhsilalanların iş qabiliyyətinin saxlanılması və təhsil yorğunluğunun profilaktikası məqsədilə təlim-tərbiyə prosesində hərəki fəaliyyətin artırılması üçün tədbirlər görülməlidir
Title: YENİ TƏDRİS TEXNOLOGİYALARI ÜZRƏ TƏHSİLALANLARIN FİZİKİ FƏALLIQ SƏVİYYƏSİNİN ÜRƏK-DAMAR SİSTEMİNİN FUNKSİONAL İMKANLARINA TƏSİRİ
Description:
Məqalədə tədris zamanı müxtəlif səviyyəli hərəki fəallıq mühitinin “Sağlam Təhsil” və ənənəvi təhsil siniflərində təhsil alan 6-9 yaşlı ibtidai sinif şagirdlərinin ürək-damar sisteminin funksional göstəricilərinə təsirini öyrənmək məqsədilə aparılan tədqiqat işi haqqında məlumat verilmişdir.
Ürək-damar sisteminin funksional vəziyyətini qiymətləndirmək məqsədilə PWC170 funksional sınağı və adaptasiya potensialı göstəricisindən istifadə edilmişdir.
Tədqiqat göstərmişdir ki, “Sağlam Təhsil” siniflərində yaradılan şərait təhsilalanların hərəki fəaliyyət həcminin 2-2,5 dəfə artmasına imkan verir.
Məktəblilərin hərəki fəaliyyətinin artması orqanizmin funksional ehtiyatlarının yaxşılaşmasına şərait yaradır, ürək-damar sisteminin adaptasiya qabiliyyətini yaxşılaşdırır.
3-cü tədris ilinin sonunda “Sağlam Təhsil” siniflərində kafi adaptasiyalı uşaqların sayı dürüst olaraq ənənəvi təhsil siniflərindən yüksək (“Sağlam Təhsil” sinifləri – 73,4%, ənənəvi təhsil sinifləri – 57,6%; p<0,01), adaptasiya potensialının gərginliyi olan uşaqların sayı isə az olmuşdur (müvafiq olaraq 19,8% və 36,3%; p<0,01).
“Sağlam Təhsil” siniflərində təhsil alan oğlanlarda üçüncü tədris ilinin sonunda PWC170 göstəricisi orta kəmiyyətinin nisbi artımı 20,0% (р˂0,005), qızlarda isə16,3% (p˂0,01) təşkil etmişdir, bu isə ənənəvi təhsil siniflərinə nisbətən 3 dəfədən yüksəkdir (müvafiq olaraq 6,0 və 5,7%).
Təhsilalanların iş qabiliyyətinin saxlanılması və təhsil yorğunluğunun profilaktikası məqsədilə təlim-tərbiyə prosesində hərəki fəaliyyətin artırılması üçün tədbirlər görülməlidir.
Related Results
SÜNİ NEYRON ŞƏBƏKƏLƏRİNİN ÜRƏK TƏSVİRLƏRİNİN SEQMENTASİYASINDA TƏTBİQİ
SÜNİ NEYRON ŞƏBƏKƏLƏRİNİN ÜRƏK TƏSVİRLƏRİNİN SEQMENTASİYASINDA TƏTBİQİ
Süni Neyron Şəbəkəsi (SNŞ) kompüter elmində yeni texnologiya kimi qəbul edilən Süni intellektin bir qoludur. Bu, bioloji neyron şəbəkələrinin strukturunu və funksiyalarını simulyas...
İDMANÇILARDA RÜFFYE TESTİNƏ ƏSASƏN ÜRƏK-DAMAR SİSTEMİ REAKSİYASININ TƏDQİQİ
İDMANÇILARDA RÜFFYE TESTİNƏ ƏSASƏN ÜRƏK-DAMAR SİSTEMİ REAKSİYASININ TƏDQİQİ
İşin əsas məqsədi fiziki yükdən əvvəl və sonra ürək-damar sisteminin funksional vəziyyətinin xüsusiyyətlərini qiymətləndirmək idi. Fiziki yük kimi Ruffye testi istifadə edilmişdir....
ORQANİZMİN FİZİKİ YÜKƏ QARŞI ADAPTASİYASININ QANUNA UYGUNLUQLARI
ORQANİZMİN FİZİKİ YÜKƏ QARŞI ADAPTASİYASININ QANUNA UYGUNLUQLARI
Müntəzəm fiziki məşqlər cəmiyyətin sağlamlığı üçün çox vacibdir və fiziki fəaliyyətin təbliği də xüsusi əhəmiyyət kəsb edir. Məlumdur ki, əgər fiziki yüklər müntəzəm olaraq, uzun m...
PENGARUH PERIODE PEMANENAN RESIN DAMAR TERHADAP PENDAPATAN PETANI REPONG DAMAR DI PEKON LABUHAN MANDI PESISIR BARAT
PENGARUH PERIODE PEMANENAN RESIN DAMAR TERHADAP PENDAPATAN PETANI REPONG DAMAR DI PEKON LABUHAN MANDI PESISIR BARAT
Repong Damar is a plot of land planted with various types of productive plants from various types of timber with economic value. The term repong damar is because the plant that is ...
Potensi Resin Damar Mata Kucing dengan Resin Damar Batu Berdasarkan Perbedaan Nilai Kekerasan
Potensi Resin Damar Mata Kucing dengan Resin Damar Batu Berdasarkan Perbedaan Nilai Kekerasan
Indonesia is one of the world’s resin producers with high species variability. During this time, natural resins that are widely used and circulating in the market are resin damar...
KARAKTERISASI DAMAR DARI PESISIR SELATAN DAN APLIKASINYA UNTUK PEMBUATAN PERNIS
KARAKTERISASI DAMAR DARI PESISIR SELATAN DAN APLIKASINYA UNTUK PEMBUATAN PERNIS
Damar merupakan resin resin alami yang dihasilkan oleh tanaman dari famili Dipterocarpaceae dan Burseraceae. Sumatera Barat adalah satu propinsi penghasil damar yang penting di Ind...
Türkiye Bal Arısı Populasyonlarında Ön Kanat Deformasyonları
Türkiye Bal Arısı Populasyonlarında Ön Kanat Deformasyonları
Bal arıları, (Apis mellifera) hemen hemen tüm bireylerde aynı damar oluşumunun
genel bir modelini gösteren iki çift zararlı kanada sahiptir. Kanat
hücrelerinin şekilleri ile birlik...
POSTPANDEMİYA DÖVRÜNDƏ BANKLARIN FƏALİYYƏTİ
POSTPANDEMİYA DÖVRÜNDƏ BANKLARIN FƏALİYYƏTİ
Bank əmanət qəbul edən, müxtəlif kredit əməliyyatlarında bu əmanətlərdən ən səmərəli şəkildə istifadə etməyi qarşısına məqsəd qoyan və ya bir sözlə, fəaliyyətinin əsas predmeti kre...

