Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

ORQANİZMİN FİZİKİ YÜKƏ QARŞI ADAPTASİYASININ QANUNA UYGUNLUQLARI

View through CrossRef
Müntəzəm fiziki məşqlər cəmiyyətin sağlamlığı üçün çox vacibdir və fiziki fəaliyyətin təbliği də xüsusi əhəmiyyət kəsb edir. Məlumdur ki, əgər fiziki yüklər müntəzəm olaraq, uzun müddət ərzində və fərdin təyin etdiyi müvafiq dozada yerinə yetirilirsə, onlar ürək-damar sisteminə, dayaq-hərəkət aparatına, endokrin sistemə, həmçinin psixologiyaya müsbət təsir göstərirlər. Əksinə, qeyri-aktiv həyat tərzi, başqa sözlə, hipodinamiya bir çox xəstəlik yaradır. Bu gün diabet, piylənmə, ürək-damar xəstəlikləri, eləcə də əzələ gücü və ölçüsünə həsr olunmuş tədqiqatların aparılması nəticəsində əldə olunan nəticələrə görə, fiziki stressə uyğunlaşma haqqında məlumat verilir. Eyni zamanda, məşq proqramlarının növü, müddəti və şiddəti arasındakı fərqlər sinir-motor sistemi, ürək-damar sistemi kimi sistemlərin genetik strukturunun dəyişməsinə təsir göstərir. Fiziki hərəkətlərə olan reaksiyalar həm kəskin, həm də xroniki reaksiyalar və adaptasiya ilə fərqlənir. Bu araşdırmanın diqqət mərkəzində fiziki məşqlərə və ümumiyyətlə fiziki işə adaptasiyanın genetik tədqiqatları dayanır. Bu sahədə tədqiqatlar 2009-cu ildən sonra daha da fəallaşmağa başlayıb. Bundan əlavə, fiziki məşqlərin orqanizmə təsiri, mövcud ədəbiyyatların təhlili müzakirə olunmuşdur.
Title: ORQANİZMİN FİZİKİ YÜKƏ QARŞI ADAPTASİYASININ QANUNA UYGUNLUQLARI
Description:
Müntəzəm fiziki məşqlər cəmiyyətin sağlamlığı üçün çox vacibdir və fiziki fəaliyyətin təbliği də xüsusi əhəmiyyət kəsb edir.
Məlumdur ki, əgər fiziki yüklər müntəzəm olaraq, uzun müddət ərzində və fərdin təyin etdiyi müvafiq dozada yerinə yetirilirsə, onlar ürək-damar sisteminə, dayaq-hərəkət aparatına, endokrin sistemə, həmçinin psixologiyaya müsbət təsir göstərirlər.
Əksinə, qeyri-aktiv həyat tərzi, başqa sözlə, hipodinamiya bir çox xəstəlik yaradır.
Bu gün diabet, piylənmə, ürək-damar xəstəlikləri, eləcə də əzələ gücü və ölçüsünə həsr olunmuş tədqiqatların aparılması nəticəsində əldə olunan nəticələrə görə, fiziki stressə uyğunlaşma haqqında məlumat verilir.
Eyni zamanda, məşq proqramlarının növü, müddəti və şiddəti arasındakı fərqlər sinir-motor sistemi, ürək-damar sistemi kimi sistemlərin genetik strukturunun dəyişməsinə təsir göstərir.
Fiziki hərəkətlərə olan reaksiyalar həm kəskin, həm də xroniki reaksiyalar və adaptasiya ilə fərqlənir.
Bu araşdırmanın diqqət mərkəzində fiziki məşqlərə və ümumiyyətlə fiziki işə adaptasiyanın genetik tədqiqatları dayanır.
Bu sahədə tədqiqatlar 2009-cu ildən sonra daha da fəallaşmağa başlayıb.
Bundan əlavə, fiziki məşqlərin orqanizmə təsiri, mövcud ədəbiyyatların təhlili müzakirə olunmuşdur.

Related Results

TİBBİ-BİOLOJİ TƏDQİQATLAR ÜÇÜN STATİSTİK PARAMETRLƏRİN ARAŞDIRILMASI VƏ REQRESSİYA ANALİZİ
TİBBİ-BİOLOJİ TƏDQİQATLAR ÜÇÜN STATİSTİK PARAMETRLƏRİN ARAŞDIRILMASI VƏ REQRESSİYA ANALİZİ
Hadisə və proseslər arası əlaqələrin öyrənilməsi asılılıq və əlaqələr şəraitində baş verir. Hadisələr arası əlaqələrin öyrənilməsi və bunlar əsasında tibbi-bioloji tədqiqatın istiq...
Maliyyə nəzarətinin gücləndirilməsində “effektivlik auditi”nin rolu
Maliyyə nəzarətinin gücləndirilməsində “effektivlik auditi”nin rolu
"Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın məqsəd və məramının əsas prinsiplərindən biri kimi respublikada audit institutunun təkmilləşdirilm...
ÜZVİ - QEYRİ-ÜZVİ KOMPOZİT MATERİALLARIN SİNTEZİ VƏ TƏDQİQİ
ÜZVİ - QEYRİ-ÜZVİ KOMPOZİT MATERİALLARIN SİNTEZİ VƏ TƏDQİQİ
Yüksəkmolekullu birləşmələr və onlar əsasında metaltərkibli nanokompozitlər mikro- və nano-elektronika üçün yeni nəsil unikal materialların, işığa həssas nanoölçülü sistemlərin, op...
Fiziki hərəkətlərin məzmunu
Fiziki hərəkətlərin məzmunu
Bədən tərbiyəsi nəzəriyyəsi bu sağlamlıq, insanların əmək və müdafiə qabiliyyətinin inkişafına istiqamətləndirilmiş ictimai prosesdir. Bunları həyata keçirmək üçün təcrübədə yəni, ...
İDMANÇILARDA RÜFFYE TESTİNƏ ƏSASƏN ÜRƏK-DAMAR SİSTEMİ REAKSİYASININ TƏDQİQİ
İDMANÇILARDA RÜFFYE TESTİNƏ ƏSASƏN ÜRƏK-DAMAR SİSTEMİ REAKSİYASININ TƏDQİQİ
İşin əsas məqsədi fiziki yükdən əvvəl və sonra ürək-damar sisteminin funksional vəziyyətinin xüsusiyyətlərini qiymətləndirmək idi. Fiziki yük kimi Ruffye testi istifadə edilmişdir....
GƏNC VƏ YENİYETMƏ KARATEÇİLƏRDƏ ANTROPOMETRİK GÖSTƏRİCİLƏRİN DİNAMİKASI VƏ KARDİORESEPTOR SİSTEMİN TƏDQİQİ
GƏNC VƏ YENİYETMƏ KARATEÇİLƏRDƏ ANTROPOMETRİK GÖSTƏRİCİLƏRİN DİNAMİKASI VƏ KARDİORESEPTOR SİSTEMİN TƏDQİQİ
Məqalədə orqanizmin əsas xüsusiyyətlərindən biri kimi karatedə gənc idmançıların orqanizminin fiziki fəaliyyətə uyğunlaşdırılması, funksional göstəriciləri nəzərdən keçirilmişdir. ...
MOTOR YAĞLARINA SULFONAT AŞQARLARI
MOTOR YAĞLARINA SULFONAT AŞQARLARI
Sulfonat aşqarlarının tәsir effektini artırmaq mәqsәdi ilә onların M-8 neft yağı vә alkil (C20-C30) toluol qarışığı әsasında alınmasının mümkünlüyü öyrәnilmişdir. Göstәrilmişdir ki...
MÜASİR PUA KOMPLEKSLƏRİ
MÜASİR PUA KOMPLEKSLƏRİ
Məqalədə PUA sistemlərinin inkişaf mərhələləri və ümumi xüsusiyyətləri araşdırılır, PUA komplekslərinin yerinə yetirdikləri tapşırıqlara baxılır, eləcə də yeni növ PUA-ların yaradı...

Back to Top