Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

Müasir azərbaycan ədəbi dilində paradiqmalarin üslubi xüsusiyyətləri

View through CrossRef
Hər bir dilin üslubi strukturunu öz üslubi imkanlarına və tətbiq sferalarına görə seçilən dil vahidləri (səslər, sözlər, söz-formalar, cümlələr) təşkil edir. Adətən, dil vahdləri arasında mövcud olan qarşılıqlı münasibət baxımından sintaqmatik və paradiqmatik əlaqələr daha çox diqqəti çəkir. Sintaqmatik əlaqələr dil vahidlərinin nitq axınında birləşməsi və mətndə ardıcıl şəkildə işlədilməsi faktına əsaslanırsa, paradiqmatik əlaqələr oxşar əlamətlərin ümumiliyinə görə birləşən, eyni zamanda fərqləndirici əlamətlər daşıyan dil vahidlərinin qarşılıqlı münasibətlərini əks etdirir. Paradiqmatika anlayışı geniş linqvistik səciyyə daşıdığından, üslubiyyata da aid edilir. Dil vahidlərinin üslubi paradiqması bu ünsürlərin əsas mənalarının uyğunluğu fonunda onların üslubi göstəricilərinin fərqliliyinə - emosional-ekspressiv rənglərinin və üslubi çalarlıqlarının müxtəlifliyinə əsaslanır. Məsələn, Azərbaycan dilində eyni üslubi paradiqmaya daxil olan hərarət, qızdırma və titrətmə leksemləri semantik baxımdan eyniyyət təşkil etsələr də, üslubi baxımdan fərqlənirlər: ədəbi, neytral və saya-danışıq dilinə xas olan çalarlıq ifadə edirlər. Başqa sözlə, üslubi paradiqmanın üzvləri semantik məna ilə yanaşı, həm də üslubi mənanın daşıyıcıları olur. Məhz üslubi məna bu və ya digər dil vahidinin differensial əlaməti kimi çıxış edir, ona ifadəlilik keyfiyyəti qazandırmaqla həmin vahidin işlənmə sferasını müəyyənləşdirir. Üslubi paradiqma anlayışı dilin bütün yaruslarını əhatə edir. Dilimizin müxtəlif səviyyələrində bu paradiqmalar istifadə sıxlığı və müntəzəmlik baxımından fərqlənsə də, fonetik-üslubi, leksik-üslubi, morfoloji-üslubi, sintaktik-üslubi paradiqmadan danışmaq mümkündür. Tədqiqat göstərir ki, üslubi paradiqmalar daha bariz şəkildə məhz leksik qatda müşahidə olunur. Üslubi paradiqmanın üzvləri funksiyasında üslubi sinonimlik və yaxud üslubi variantlılıq təşkil edən dil vahidləri çıxış edir. Məqalədə bu anlayışların terminoloji ifadəsinə və məzmun xüsusiyyətlərinə aydınlıq gətirməyə, dilimizin üslubi strukturundakı yerini müəyyənləşdirməyə çalışmışıq.
Scientific Publishing Center InterConf
Title: Müasir azərbaycan ədəbi dilində paradiqmalarin üslubi xüsusiyyətləri
Description:
Hər bir dilin üslubi strukturunu öz üslubi imkanlarına və tətbiq sferalarına görə seçilən dil vahidləri (səslər, sözlər, söz-formalar, cümlələr) təşkil edir.
Adətən, dil vahdləri arasında mövcud olan qarşılıqlı münasibət baxımından sintaqmatik və paradiqmatik əlaqələr daha çox diqqəti çəkir.
Sintaqmatik əlaqələr dil vahidlərinin nitq axınında birləşməsi və mətndə ardıcıl şəkildə işlədilməsi faktına əsaslanırsa, paradiqmatik əlaqələr oxşar əlamətlərin ümumiliyinə görə birləşən, eyni zamanda fərqləndirici əlamətlər daşıyan dil vahidlərinin qarşılıqlı münasibətlərini əks etdirir.
Paradiqmatika anlayışı geniş linqvistik səciyyə daşıdığından, üslubiyyata da aid edilir.
Dil vahidlərinin üslubi paradiqması bu ünsürlərin əsas mənalarının uyğunluğu fonunda onların üslubi göstəricilərinin fərqliliyinə - emosional-ekspressiv rənglərinin və üslubi çalarlıqlarının müxtəlifliyinə əsaslanır.
Məsələn, Azərbaycan dilində eyni üslubi paradiqmaya daxil olan hərarət, qızdırma və titrətmə leksemləri semantik baxımdan eyniyyət təşkil etsələr də, üslubi baxımdan fərqlənirlər: ədəbi, neytral və saya-danışıq dilinə xas olan çalarlıq ifadə edirlər.
Başqa sözlə, üslubi paradiqmanın üzvləri semantik məna ilə yanaşı, həm də üslubi mənanın daşıyıcıları olur.
Məhz üslubi məna bu və ya digər dil vahidinin differensial əlaməti kimi çıxış edir, ona ifadəlilik keyfiyyəti qazandırmaqla həmin vahidin işlənmə sferasını müəyyənləşdirir.
Üslubi paradiqma anlayışı dilin bütün yaruslarını əhatə edir.
Dilimizin müxtəlif səviyyələrində bu paradiqmalar istifadə sıxlığı və müntəzəmlik baxımından fərqlənsə də, fonetik-üslubi, leksik-üslubi, morfoloji-üslubi, sintaktik-üslubi paradiqmadan danışmaq mümkündür.
Tədqiqat göstərir ki, üslubi paradiqmalar daha bariz şəkildə məhz leksik qatda müşahidə olunur.
Üslubi paradiqmanın üzvləri funksiyasında üslubi sinonimlik və yaxud üslubi variantlılıq təşkil edən dil vahidləri çıxış edir.
Məqalədə bu anlayışların terminoloji ifadəsinə və məzmun xüsusiyyətlərinə aydınlıq gətirməyə, dilimizin üslubi strukturundakı yerini müəyyənləşdirməyə çalışmışıq.

Related Results

The romantic apotheosis of the symbol in the context of East-West traditions
The romantic apotheosis of the symbol in the context of East-West traditions
This article explores the role of symbolism, symbolic thinking in the formation of aesthetic and poetic concepts of romanticism in Europe. The symbolic way of thinking that forms t...
Azərbaycan dili və Türk dili qrammatikalarında feilin bacarıq forması
Azərbaycan dili və Türk dili qrammatikalarında feilin bacarıq forması
Məqalədə XX əsrin birinci rübündən bu günə qədər nəşr olunmuş dərsliklərdə feilin təsriflənən formalarının keçdiyi yola nəzər salınmış, feilin təsriflənən formalarının müxtəlif döv...
Azərbaycan fortepiano mədəniyyəti tarixindən
Azərbaycan fortepiano mədəniyyəti tarixindən
Keywords: musiqi, fortepiano, pedaqogika, klassika, forma, interpretasiya Abstract:: Müasir Azərbaycan musiqişünaslığında fortepiano mədəniyyətinin problemlərinin tarixi-nəzər...
Study of modern Azerbaijani language in sociolinguistic aspect
Study of modern Azerbaijani language in sociolinguistic aspect
Mühüm ünsiyyət vasitəsi olan müasir Azərbaycan dili müxtəlif istiqamətlərdə tədqiq olunur. Bunlardan biri də sosiolinqvistik aspektdir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ...
Müasir Azərbaycan dilində şəkilçilərin təsnifi
Müasir Azərbaycan dilində şəkilçilərin təsnifi
Məqalədə müasir Azərbaycan dilində şəkilçilərin təsnifi problemləri şərh olunur. Araşdırma prosesində iltisaqi dillərdən olan Azərbaycan dilinin qrammatik sistemində və söz yar...
BİR QURŞAQ, BİR YOL” STRATEGİYASI VƏ AZƏRBAYCAN - ÇİN MÜASİR NƏQLİYYAT ƏLAQƏLƏRİ
BİR QURŞAQ, BİR YOL” STRATEGİYASI VƏ AZƏRBAYCAN - ÇİN MÜASİR NƏQLİYYAT ƏLAQƏLƏRİ
ədqiqatın məqsədi - çinin tarixi İpək yolunun bərpası istiqamətində irəli sürdüyü “Bir qurşaq, bir yol” strategiyasının və Azərbaycan - Çin müasir nəqliyyat əlaqələrinin təhlili və...
FRAZEOLOGİYA АZƏRBАYCАN DİLÇİLİYİNİN MÜHÜM SAHƏSİ KİMİ
FRAZEOLOGİYA АZƏRBАYCАN DİLÇİLİYİNİN MÜHÜM SAHƏSİ KİMİ
Elmi məqalədə müasir Azərbaycan dili frazeologiyanın ən aktual məsələləri, yeni metod və üsulları araşdırılmışdır. Məqalədə qeyd olunur ki, Azərbaycan dilçiliyində də frazeologiya ...
Ermənistan SSR-in Azərbaycan SSR-ə Qarşı Ərazi İddialarında Qaragöl Məsələsi
Ermənistan SSR-in Azərbaycan SSR-ə Qarşı Ərazi İddialarında Qaragöl Məsələsi
Məqalə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına həsr olunmuşdur. Müəlliflər qeyd edirlər ki, 1920-ci ilin yazında Azərbaycanda sovet hakimiyyəti quruldu. Ermənistanda isə s...

Back to Top