Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

Cənub-Şərqi Avropaya Bolqar xanlığının siyasi təsiri

View through CrossRef
Bu məqalə VII əsrdə Kubrat xanın rəhbərliyi ilə formalaşmış Böyük Bolqarıstan Dövlətinin Cənub-Şərqi Avropanın etno-siyasi inkişafında oynadığı rolu hərtərəfli şəkildə təhlil edir. Araşdırmada Böyük Bolqar Dövlətinin yaranma şəraiti, siyasi strukturu, regional güc balansındakı mövqeyi və onun Qara dənizin şimalında formalaşan siyasi proseslərə təsiri sistemli şəkildə araşdırılır. Xüsusi diqqət Kubrat xanın diplomatik fəaliyyəti, Bizans imperiyası ilə münasibətləri, Xəzər xaqanlığı və Avar siyasi sistemi ilə qarşılıqlı əlaqələrinə yönəldilir. Məqalədə göstərilir ki, Böyük Bolqarıstan dövləti yalnız qısa ömürlü siyasi birlik kimi deyil, regionda uzunmüddətli etnosiyasi transformasiyaların başlanğıc nöqtəsi kimi çıxış etmişdir. Kubrat xanın ölümündən sonra dövlətin parçalanması bolqar tayfalarının müxtəlif coğrafi istiqamətlərdə yayılmasına səbəb olmuş, nəticədə Volqa Bolqar dövləti, Dunay Bolqar dövləti və digər regional siyasi strukturlar meydana gəlmişdir. Bu proses yalnız siyasi parçalanma ilə məhdudlaşmamış, eyni zamanda yeni etnik və mədəni kimliklərin formalaşmasına təkan vermişdir. Tədqiqatda Onoqur, Kutriqur və digər oğur komponentlərinin yeni etno-siyasi qurumlara inteqrasiyası ayrıca təhlil edilir və bu inteqrasiyanın Cənub-Şərqi Avropanın etnik xəritəsinin formalaşmasında oynadığı rol vurğulanır. Eyni zamanda, Böyük Bolqar Dövlətinin süqutunun Xəzər xaqanlığının yüksəlişi və regionda güc balansının dəyişməsi ilə sıx bağlı olduğu əsaslandırılır.Məqalənin nəticələri göstərir ki, Böyük Bolqarıstan Dövlətinin tarixi əhəmiyyəti onun mövcud olduğu dövrlə məhdudlaşmır. Bu dövlətin siyasi və mədəni irsi sonrakı əsrlərdə Balkanlar, Şərqi Avropa və Volqa bölgəsində dövlətçilik ənənələrinin formalaşmasına ciddi təsir göstərmişdir. Kubrat xanın siyasi irsi isə həm bolqar tarixində, həm də bütövlükdə türk dünyasının tarixi yaddaşında mühüm istinad nöqtəsi kimi dəyərləndirilir.
Azerbaijan Science Center
Title: Cənub-Şərqi Avropaya Bolqar xanlığının siyasi təsiri
Description:
Bu məqalə VII əsrdə Kubrat xanın rəhbərliyi ilə formalaşmış Böyük Bolqarıstan Dövlətinin Cənub-Şərqi Avropanın etno-siyasi inkişafında oynadığı rolu hərtərəfli şəkildə təhlil edir.
Araşdırmada Böyük Bolqar Dövlətinin yaranma şəraiti, siyasi strukturu, regional güc balansındakı mövqeyi və onun Qara dənizin şimalında formalaşan siyasi proseslərə təsiri sistemli şəkildə araşdırılır.
Xüsusi diqqət Kubrat xanın diplomatik fəaliyyəti, Bizans imperiyası ilə münasibətləri, Xəzər xaqanlığı və Avar siyasi sistemi ilə qarşılıqlı əlaqələrinə yönəldilir.
Məqalədə göstərilir ki, Böyük Bolqarıstan dövləti yalnız qısa ömürlü siyasi birlik kimi deyil, regionda uzunmüddətli etnosiyasi transformasiyaların başlanğıc nöqtəsi kimi çıxış etmişdir.
Kubrat xanın ölümündən sonra dövlətin parçalanması bolqar tayfalarının müxtəlif coğrafi istiqamətlərdə yayılmasına səbəb olmuş, nəticədə Volqa Bolqar dövləti, Dunay Bolqar dövləti və digər regional siyasi strukturlar meydana gəlmişdir.
Bu proses yalnız siyasi parçalanma ilə məhdudlaşmamış, eyni zamanda yeni etnik və mədəni kimliklərin formalaşmasına təkan vermişdir.
Tədqiqatda Onoqur, Kutriqur və digər oğur komponentlərinin yeni etno-siyasi qurumlara inteqrasiyası ayrıca təhlil edilir və bu inteqrasiyanın Cənub-Şərqi Avropanın etnik xəritəsinin formalaşmasında oynadığı rol vurğulanır.
Eyni zamanda, Böyük Bolqar Dövlətinin süqutunun Xəzər xaqanlığının yüksəlişi və regionda güc balansının dəyişməsi ilə sıx bağlı olduğu əsaslandırılır.
Məqalənin nəticələri göstərir ki, Böyük Bolqarıstan Dövlətinin tarixi əhəmiyyəti onun mövcud olduğu dövrlə məhdudlaşmır.
Bu dövlətin siyasi və mədəni irsi sonrakı əsrlərdə Balkanlar, Şərqi Avropa və Volqa bölgəsində dövlətçilik ənənələrinin formalaşmasına ciddi təsir göstərmişdir.
Kubrat xanın siyasi irsi isə həm bolqar tarixində, həm də bütövlükdə türk dünyasının tarixi yaddaşında mühüm istinad nöqtəsi kimi dəyərləndirilir.

Related Results

KUŞAKLARIN SİYASİ PARTİ POLİTİKALARI ÜZERİNDEKİ ETKİSİ
KUŞAKLARIN SİYASİ PARTİ POLİTİKALARI ÜZERİNDEKİ ETKİSİ
Kuşak olarak kabul edilen olgu aynı dönemde yaşamış olan bireylerin tamamının benzer olaylara tanıklık etmesi üzerine genel olarak benzer davranışlar, tutumlar, düşünceler geliştir...
Dulkadir Beyliği Akkoyunlu Devleti Münasebetleri
Dulkadir Beyliği Akkoyunlu Devleti Münasebetleri
Türkiye Selçuklu Devleti’nin yıkılışının ardından Anadolu coğrafyası, siyasi anlamda parçalandı ve bu coğrafyada birçok siyasi teşekkülden oluşan yeni bir siyasi düzen zuhur etti. ...
1978-79-cu illər İran İnqilabından Sonra Güney Azərbaycan Ziyalıları
1978-79-cu illər İran İnqilabından Sonra Güney Azərbaycan Ziyalıları
1978-1979-cu illərdə Pəhləvi şahlıq rejiminə qarşı inqilabi proseslərə qoşulan Güney Azərbaycan ziyalılarının siyasi baxışları sonradan yeni islam rejiminin qurulması ilə hakimiyyə...
Sezai Karakoç ve Siyasi Fikirleri: Birey, Toplum ve Devlet
Sezai Karakoç ve Siyasi Fikirleri: Birey, Toplum ve Devlet
Bu çalışma, Sezai Karakoç’un siyasi düşüncelerini birey, toplum ve devlete ilişkin görüşleri çerçevesinde ele almaktadır. Sezai Karakoç, Türkiye’de 1960’lı yıllardan itibaren güçle...
ALİ ER-RIZA MEŞHED’İ BAĞLAMINDA ŞİİLİKTE ÖLÜM, YAS, TÜRBE VE ZİYARET
ALİ ER-RIZA MEŞHED’İ BAĞLAMINDA ŞİİLİKTE ÖLÜM, YAS, TÜRBE VE ZİYARET
Modernite ve onun rasyonel aklı dini duygulanımlara hurafeler olarak bakma eğiliminde olmuştur. Her ne kadar muhafazakarlık bu konuda daha pragmatist yaklaşsa da İslamcılık türbe z...
Nəqliyyat dəhlizləri və Azərbaycanın tranzit potensialı
Nəqliyyat dəhlizləri və Azərbaycanın tranzit potensialı
Azərbaycanda nəqliyyat növləri üzrə tranzit daşımalarının həyata keçirilməsi iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb etməkdədir. Digər sahələrdə olduğu kimi, nəqliyyat sektorunun in...
XX. Yüzyılın Başlarında Ulusal Siyasi Düşünce Tarihinde Mehmet Emin Resulzade
XX. Yüzyılın Başlarında Ulusal Siyasi Düşünce Tarihinde Mehmet Emin Resulzade
Tarihin farklı dönem noktalarında toplum yaşamında yenilenmeler yaşanır; siyasi, kültürel ve ekonomik gelişme farklı yönlere sapar. Bu nedenle geçiş döneminde toplumun önde gelen g...
Bahreyn Beldelerinde Usfûrîler Emirliği
Bahreyn Beldelerinde Usfûrîler Emirliği
Bahreyn, İslâmiyet’in yayılmaya başladığı dönemlerde önem kazanmıştır. İsmi Zenc hareketi ve Karmatîlerle ön plana çıkan Bahreyn, daha sonra altı asır kadar tarihten silinmiş gibid...

Back to Top