Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

Ekoloji iqtisadiyyat və nanotexnologiyalar

View through CrossRef
Dünyanın müasir inkişaf ssenarisi göstərir ki, nanotexnologiyalar iqtisadiyyatın bütün sektorlarında mahiyyət transformasiyası yaradaraq, həyat keyfiyyətinin və ətraf mühitin funksionallığının yaxşılaşdırılmasına mühüm töhfə verirlər. Onlar dünyanın yeni inkişaf mərhələsində ölkələrin, regionların geosiyası mövqelərini təyin edərək rəqabətqabiliyətliliyini artıracaq, ekoloji təhlükəsizliyin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqlar. Statistik məlumatlar göstərir ki, son dövrlərdə nanotədqiqatlar, nanoiqtisadiyyat, nanoistehsal, nanoxidmətlər və nanoekologiya sferasında liderlik uğrunda mübarizə geniş miqyas almaqdadır. Bu da öz növbəsində sahədəki investisiya aktivliyinin artması ilə müşayiət olunur. Buradakı fenomenal cəhət ondan ibarətdir ki, korporasiyaların nanotədqiqatlara yönəlmiş xərcləri nanotexnologiyaların büdcə investisiyalarından daha sürətli artıma məruz qalır. Bir sıra aparıcı dövlətlər nanoinqilabın yaxında olduğuna rəğmən iqtisadiyyatlarını yeni inkişaf çağırışlarına adekvat qururlar. Dünyanın 50-dən çox ölkəsi nanotexnologiyaların inkişafı, nanoiqtisadiyyat quruculuğu istiqamətində artıq müvafiq dövlət proqramları işləyib hazırlamış, onların ətraf mühitə təsirinin öyrənilməsi istiqamətində böyük vəsaitlər xərcləmişlər. Bu proqramlar nanotexnologiyalar sahəsində milli strategiyaların formalaşmasına yönəlmiş fəaliyyət olmaqla iqtisadiyyatda ekologiya sahəsində elmi-tədqiqat və sınaq konstruktor işlərinin kommersiyalaşmasının sürətləndirilməsi məqsədini ifadə edir. Özünün sıçrayışlı sosial-iqtisadi inkişaf templəri ilə regionun liderinə çevrilmiş Azərbaycan Respublikasında da nanotexnologiyalara əsaslanan ekoiqtisadiyyat quruculuğu üçün kifayət qədər resurs və potensial mövcuddur. Bu gün ölkədə prezident İlham Əliyevin rəhbərliyi ilə neft kapitalının insan kapitalına yönəlməsi strategiyası həyata keçirilir. Hesab edilir ki, bu strategiyanın reallaşması respublikada nanotexnoloji iqtisadiyyat quruculuğu və nanoekoloji motivasiyanın inkişafında da dərin təcəssümünü tapacaqdır.
Elm və təhsil
Title: Ekoloji iqtisadiyyat və nanotexnologiyalar
Description:
Dünyanın müasir inkişaf ssenarisi göstərir ki, nanotexnologiyalar iqtisadiyyatın bütün sektorlarında mahiyyət transformasiyası yaradaraq, həyat keyfiyyətinin və ətraf mühitin funksionallığının yaxşılaşdırılmasına mühüm töhfə verirlər.
Onlar dünyanın yeni inkişaf mərhələsində ölkələrin, regionların geosiyası mövqelərini təyin edərək rəqabətqabiliyətliliyini artıracaq, ekoloji təhlükəsizliyin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqlar.
Statistik məlumatlar göstərir ki, son dövrlərdə nanotədqiqatlar, nanoiqtisadiyyat, nanoistehsal, nanoxidmətlər və nanoekologiya sferasında liderlik uğrunda mübarizə geniş miqyas almaqdadır.
Bu da öz növbəsində sahədəki investisiya aktivliyinin artması ilə müşayiət olunur.
Buradakı fenomenal cəhət ondan ibarətdir ki, korporasiyaların nanotədqiqatlara yönəlmiş xərcləri nanotexnologiyaların büdcə investisiyalarından daha sürətli artıma məruz qalır.
Bir sıra aparıcı dövlətlər nanoinqilabın yaxında olduğuna rəğmən iqtisadiyyatlarını yeni inkişaf çağırışlarına adekvat qururlar.
Dünyanın 50-dən çox ölkəsi nanotexnologiyaların inkişafı, nanoiqtisadiyyat quruculuğu istiqamətində artıq müvafiq dövlət proqramları işləyib hazırlamış, onların ətraf mühitə təsirinin öyrənilməsi istiqamətində böyük vəsaitlər xərcləmişlər.
Bu proqramlar nanotexnologiyalar sahəsində milli strategiyaların formalaşmasına yönəlmiş fəaliyyət olmaqla iqtisadiyyatda ekologiya sahəsində elmi-tədqiqat və sınaq konstruktor işlərinin kommersiyalaşmasının sürətləndirilməsi məqsədini ifadə edir.
Özünün sıçrayışlı sosial-iqtisadi inkişaf templəri ilə regionun liderinə çevrilmiş Azərbaycan Respublikasında da nanotexnologiyalara əsaslanan ekoiqtisadiyyat quruculuğu üçün kifayət qədər resurs və potensial mövcuddur.
Bu gün ölkədə prezident İlham Əliyevin rəhbərliyi ilə neft kapitalının insan kapitalına yönəlməsi strategiyası həyata keçirilir.
Hesab edilir ki, bu strategiyanın reallaşması respublikada nanotexnoloji iqtisadiyyat quruculuğu və nanoekoloji motivasiyanın inkişafında da dərin təcəssümünü tapacaqdır.

Related Results

Eko-Estetik ve Eko-Dramaturjik Yaklaşımlar Üzerine Düşünmek
Eko-Estetik ve Eko-Dramaturjik Yaklaşımlar Üzerine Düşünmek
Bu makale, eko-dramaturji yaklaşımlarının uygulama pratikleri üzerine düşünecektir. Son yıllarda sanat, edebiyat ve felsefe tartışmalarıyla birlikte ekoloji kavramı ve yaklaşımları...
DAVAMLI TURİZMİN İNKİŞAFINDA KİÇİK VƏ ORTA SAHİBKARLIQ HƏRƏKƏTVERİCİ QÜVVƏ KİMİ
DAVAMLI TURİZMİN İNKİŞAFINDA KİÇİK VƏ ORTA SAHİBKARLIQ HƏRƏKƏTVERİCİ QÜVVƏ KİMİ
Araşdırma davamlı turizmin inkişafında kiçik və orta sahibkarlığın rolundan bəhs edir. Turizm sektorunun inkişafı əlbəttə ki, qeyri-neft sektoruna önəmli dərəcədə töhfə verir. Bu d...
ALTERNATİV ENERJİ SEKTORU ÜÇÜN YENİ AVADANLIQLAR
ALTERNATİV ENERJİ SEKTORU ÜÇÜN YENİ AVADANLIQLAR
XXI əsrin qlobal problemlərindən biri də dünyada ekoloji təhlükəsizliyin təmin edilməsidir ki, burada əsas vəzifələr iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi, zərərli maddələri...
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı Üçün Etibarlı Tərəfdaşdır
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı Üçün Etibarlı Tərəfdaşdır
Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü ona üzv olan ölkələrin iqtisadiyyatının inkişafı, təhlükəsizliyin təmin edilməsi, qarşı...
Bursa Şehrinde Su Kalitesinin Politik Ekoloji Açısından Değerlendirilmesi
Bursa Şehrinde Su Kalitesinin Politik Ekoloji Açısından Değerlendirilmesi
Kentler, günümüzde barındırdığı nüfus itibariyle en çok içme ve kullanım suyu tüketen ancak daha az su tutma kapasitesine sahip olan yerleşmelerdir. Bu durum, kentlerde tüketilebil...

Back to Top