Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

Onlayn Mühitdə Publisistika

View through CrossRef
Rəqəmsallaşma bir çox sahə kimi jurnalistikaya da təsir göstərir. Media, bəlkə də, İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) ən çox təsir etdiyi sahələrdəndir. İKT-nin təqdim etdiyi imkanlar nəticəsində jurnalistikanın inkişafında yeni mərhələ başlanıb. Müxtəlif onlayn platformalar, o cümlədən sosial şəbəkələr jurnalistikaya bir çox cəhətdən təsir edir. Təsadüfi deyil ki, bəzi nəzəriyyəçilərin fikrincə, medianın mahiyyəti transformasiyaya uğrayır. Bu, özünü həm də janr və format dəyişikliklərində göstərir. Yeni medianın, o cümlədən onlayn medianın inkişafı jurnalistlər üçün yeni, tamam fərqli imkanlar təqdim edir. Elmi məqalədə məhz İKT-nin publisistikaya təsirini araşdırmağa çalışmışıq. Xüsusilə qeyd etmək lazımdır ki, bu gün internetdə publisistika aktuallaşıb. Tədqiqatda həm də yeni media mühitində publisistikanın aktuallaşması məsələsinə toxunmuşuq və bunun səbəblərini araşdırmağa çalışmışıq. Yeni media bir fenomen kimi publisistikanın sərhədlərini dəyişib. Məhz təqdim olunan imkanlar nəticəsində publisistikaya indi tamamilə fərqli tələblər verilir. Bu, əlbəttə, onlayn medianın özünün səciyyəvi xüsusiyyətləri ilə bağlıdır. Elmi məqalədə həm də bu məsələlərə toxunmağa çalışmışıq. Bu gün jurnalistikada və publisistikada müşahidə olunan yeni meyillərin bir çoxu bilavasitə İKT-nin imkanları ilə bağlıdır. Məhz intrnet medianın inkişafı “IV hakimiyyət”lə balı təsəvvürləri də dəyişir, jurnalistika ilə bağlı cəmiyyətdə yeni fikirlər oyadır.
Akademik Tarih ve Dusunce Dergisi
Title: Onlayn Mühitdə Publisistika
Description:
Rəqəmsallaşma bir çox sahə kimi jurnalistikaya da təsir göstərir.
Media, bəlkə də, İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) ən çox təsir etdiyi sahələrdəndir.
İKT-nin təqdim etdiyi imkanlar nəticəsində jurnalistikanın inkişafında yeni mərhələ başlanıb.
Müxtəlif onlayn platformalar, o cümlədən sosial şəbəkələr jurnalistikaya bir çox cəhətdən təsir edir.
Təsadüfi deyil ki, bəzi nəzəriyyəçilərin fikrincə, medianın mahiyyəti transformasiyaya uğrayır.
Bu, özünü həm də janr və format dəyişikliklərində göstərir.
Yeni medianın, o cümlədən onlayn medianın inkişafı jurnalistlər üçün yeni, tamam fərqli imkanlar təqdim edir.
Elmi məqalədə məhz İKT-nin publisistikaya təsirini araşdırmağa çalışmışıq.
Xüsusilə qeyd etmək lazımdır ki, bu gün internetdə publisistika aktuallaşıb.
Tədqiqatda həm də yeni media mühitində publisistikanın aktuallaşması məsələsinə toxunmuşuq və bunun səbəblərini araşdırmağa çalışmışıq.
Yeni media bir fenomen kimi publisistikanın sərhədlərini dəyişib.
Məhz təqdim olunan imkanlar nəticəsində publisistikaya indi tamamilə fərqli tələblər verilir.
Bu, əlbəttə, onlayn medianın özünün səciyyəvi xüsusiyyətləri ilə bağlıdır.
Elmi məqalədə həm də bu məsələlərə toxunmağa çalışmışıq.
Bu gün jurnalistikada və publisistikada müşahidə olunan yeni meyillərin bir çoxu bilavasitə İKT-nin imkanları ilə bağlıdır.
Məhz intrnet medianın inkişafı “IV hakimiyyət”lə balı təsəvvürləri də dəyişir, jurnalistika ilə bağlı cəmiyyətdə yeni fikirlər oyadır.

Related Results

ONLAYN MEDIANI OʻRGANISHDA META TAHLIL AMALIYOTIDAN FOYDALANISH
ONLAYN MEDIANI OʻRGANISHDA META TAHLIL AMALIYOTIDAN FOYDALANISH
Ushbu maqolada onlayn mediani takomillashtirishda qoʻllanib kelayotgan turli tahlil usullari jumladan izimli meta tahlil hamda SEO tahlil usullari haqida soʻz boradi. Onlayn media,...
MASOFAVIY TA’LIM SAMARADORLIGINI OSHIRISHDA PEDAGOGIK DIZAYN VA METODIKANING O‘RNI
MASOFAVIY TA’LIM SAMARADORLIGINI OSHIRISHDA PEDAGOGIK DIZAYN VA METODIKANING O‘RNI
Ushbu maqolada masofaviy ta’lim samaradorligini oshirishda pedagogik dizayn va metodikaning roli tahlil qilinadi. Masofaviy ta’limning afzalliklari va cheklovlari, pedagogik dizayn...
Raqamli ta’lim vositalarining o‘quv samaradorligiga ta’siri
Raqamli ta’lim vositalarining o‘quv samaradorligiga ta’siri
Mazkur maqolada ta’lim jarayoniga raqamli texnologiyalarni joriy etishning dolzarbligi, xususan ta’limni boshqarish (LMS) platformalari, onlayn kurslar, suníy intellekt va elektron...
TIKUV-TRIKOTAJ KORXONALARINING BREND JOZIBADORLIGINI MARKETING STRATEGIYALARI ASOSIDA OSHIRISH
TIKUV-TRIKOTAJ KORXONALARINING BREND JOZIBADORLIGINI MARKETING STRATEGIYALARI ASOSIDA OSHIRISH
Ushbu maqola tikuvchilik va trikotaj korxonalari o‘zlarining brend jozibadorligini oshirishda duch keladigan qiyinchiliklarni o‘rganadi va samarali marketing strategiyalari orqali ...
KORROZİYAYA QARŞI YENİ REAGENTLƏRİN TƏDQİQİ
KORROZİYAYA QARŞI YENİ REAGENTLƏRİN TƏDQİQİ
Metalların korroziyası səbəbindən baş verən qəzalar böyük itkilərə səbəb olur. Korroziya problemlərinin həll olunmaması səbəbindən sənayenin bir çox sahələrində texniki inkişaf lən...
İDMANIN İQTİSADİYYATA TƏSİRİ
İDMANIN İQTİSADİYYATA TƏSİRİ
Azərbaycanda idman iqtisadiyyatı, idman biznesi çox sürətli inkişaf etməkdədir. İdman insanları ictimailəşdirir; ictimai münasibətlərin qurulmasında və inkişafında böyük rol oynayı...
DİALOJİ DİSKURSDA NƏZAKƏTİN KOMMUNİKATİV STRATEGİYALARI
DİALOJİ DİSKURSDA NƏZAKƏTİN KOMMUNİKATİV STRATEGİYALARI
Bu tədqiqat işində dialoji diskursda kommunikativ nəzakət strategiyaları təhlil edilir. İnsanlar arasında qarşılıqlı əlaqələrin qurulması zamanı dialoq prosesində nəzakətli ünsiyyə...
RƏQƏMSAL MÜHİTDƏ İQTİSADİ MÜNASİBƏTLƏRİN İNKİŞAFI
RƏQƏMSAL MÜHİTDƏ İQTİSADİ MÜNASİBƏTLƏRİN İNKİŞAFI
The digital economy has been formed as a result of the rapid development of the Internet and information and communication technologies, radically changing the operating model of b...

Back to Top