Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

SUYUN NEFT LAYINA VURULMASI ÜÇÜN NASOS STANSİYALARININ ENERJİ SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI BARƏDƏ

View through CrossRef
Məqalədə qeyri-məhsuldar elektrik enerjisi itkilərinin azaldılması hesabına suyun neft layina vurulmasi üçün nasos stansiyalarının enerji səmərəliliyinin yüksəldilməsi məsələlərinə baxılmışdır. Bu məqsədlə, həmin nasos stansiyalarında elektrik enerjisi işlədicilərinin strukturu araşdırılmış, qeyri-məhsuldar elektrik enerjisi itkilərinin daha çox olduğu elementlər müəyyən olunmuş, həmçinin nasos stansiyalarının iş rejimlərinin mövcud idarəetmə üsulları və onların təkmilləşdirilməsi yolları təhlil edilmişdir. Araşdırmalar göstərir ki, laya su vurulması üçün elektrik enerjisi istehlakı müasir neft yatağının enerji istehlakının 60%-ni təşkil edir. Eyni zamanda, neft hasilatında baş verən qeyri-məhsuldar elektrik enerjisi itkilərinin 55-60%-i lay təzyiqinin saxlanılması sisteminin payına düşür. Elektrik itkilərinin əksər hissəsi laya su vurulması üçün nəzərdə tutulmuş nasos aqreqatlarında baş verir ki, bu da onların elektrik intiqalının idarəetmə səviyyəsinin aşağı olması və uyğun olaraq, nasos qrupunun parametrlərinin hidravlik şəbəkənin parametrlərinə və neft yataqlarının işlənmə texnologiyasının dəyişən şərаitinə uyğunsuzluğu ilə izah olunur. Belə ki, istifadə olunan tənzimlənmə üsullarının əksəriyyəti yalnız tələb olunan suvurma həcmlərinin təmin edilməsinə yönəldiyindən, burada məsələnin energetik tərəfi nəzərə alınmır. Bu isə sistemdə elektrik enerjisi itkilərinin artmasına səbəb olmaqla yanaşı, nasos aqreqatlarının iş rejimlərinə nəzarət imkanlarını genişləndirməyə də imkan vermir. Bundan əlavə, nasos aqreqatlarının elektrik mühərriklərinin optimal gücünün müəyyən olunması da nasos stansiyalarının energetik və texnoloji səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlərin vacib hissəsidir. Lay təzyiqinin saxlanılması sistemində yüksək elektrik enerjisi itkisi probleminin qənaətbəxş həlli üçün nasos aqreqatlarının iş rejimlərinə nəzarət etmək üçün mövcud və yeni yanaşmaların təhlili aparılmışdır. Müəyyən olunmuşdur ki, nasos aqreqatlarının məhsuldarlığının valın fırlanma tezliyinin dəyişdirilməsilə tənzimlənməsi üsulundan istifadə etməklə, həm nasos stansiyasının texnoloji imkanlarının genişləndirilməsinə, həm də qeyri-məhsuldar elektrik enerjisi itkilərinin minimuma endirilməsinə nail olmaq mümkündür. Tezlik tənzimləyicili elektrik intiqallarından istifadə olunması paralel işləyən nasos aqreqatları arasında yükün optimal paylanmasına imkan verir ki, bu da hidravlik və energetik xarakteristikaları fərqli olan nasosların birgə işi zamanı xüsusilə vacibdir. Beləliklə, mövcud nasos stansiyalarının modernləşdirilməsi və ya yenilərinin layihələndirilməsi zamanı, tezlik tənzimləyicili intiqallarda asinxron mühərriklərin rasional qidalanma sxemini müəyyən etməklə sistemin işləkliyini və etibarlılığını təmin etmək mümkündür. Açar sözlər: enerji səmərəliliyi, nasos stansiyası, lay təzyiqi, elektrik enerjisi, məhsuldarlıq, elektrik mühərriki.
Title: SUYUN NEFT LAYINA VURULMASI ÜÇÜN NASOS STANSİYALARININ ENERJİ SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI BARƏDƏ
Description:
Məqalədə qeyri-məhsuldar elektrik enerjisi itkilərinin azaldılması hesabına suyun neft layina vurulmasi üçün nasos stansiyalarının enerji səmərəliliyinin yüksəldilməsi məsələlərinə baxılmışdır.
Bu məqsədlə, həmin nasos stansiyalarında elektrik enerjisi işlədicilərinin strukturu araşdırılmış, qeyri-məhsuldar elektrik enerjisi itkilərinin daha çox olduğu elementlər müəyyən olunmuş, həmçinin nasos stansiyalarının iş rejimlərinin mövcud idarəetmə üsulları və onların təkmilləşdirilməsi yolları təhlil edilmişdir.
Araşdırmalar göstərir ki, laya su vurulması üçün elektrik enerjisi istehlakı müasir neft yatağının enerji istehlakının 60%-ni təşkil edir.
Eyni zamanda, neft hasilatında baş verən qeyri-məhsuldar elektrik enerjisi itkilərinin 55-60%-i lay təzyiqinin saxlanılması sisteminin payına düşür.
Elektrik itkilərinin əksər hissəsi laya su vurulması üçün nəzərdə tutulmuş nasos aqreqatlarında baş verir ki, bu da onların elektrik intiqalının idarəetmə səviyyəsinin aşağı olması və uyğun olaraq, nasos qrupunun parametrlərinin hidravlik şəbəkənin parametrlərinə və neft yataqlarının işlənmə texnologiyasının dəyişən şərаitinə uyğunsuzluğu ilə izah olunur.
Belə ki, istifadə olunan tənzimlənmə üsullarının əksəriyyəti yalnız tələb olunan suvurma həcmlərinin təmin edilməsinə yönəldiyindən, burada məsələnin energetik tərəfi nəzərə alınmır.
Bu isə sistemdə elektrik enerjisi itkilərinin artmasına səbəb olmaqla yanaşı, nasos aqreqatlarının iş rejimlərinə nəzarət imkanlarını genişləndirməyə də imkan vermir.
Bundan əlavə, nasos aqreqatlarının elektrik mühərriklərinin optimal gücünün müəyyən olunması da nasos stansiyalarının energetik və texnoloji səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlərin vacib hissəsidir.
Lay təzyiqinin saxlanılması sistemində yüksək elektrik enerjisi itkisi probleminin qənaətbəxş həlli üçün nasos aqreqatlarının iş rejimlərinə nəzarət etmək üçün mövcud və yeni yanaşmaların təhlili aparılmışdır.
Müəyyən olunmuşdur ki, nasos aqreqatlarının məhsuldarlığının valın fırlanma tezliyinin dəyişdirilməsilə tənzimlənməsi üsulundan istifadə etməklə, həm nasos stansiyasının texnoloji imkanlarının genişləndirilməsinə, həm də qeyri-məhsuldar elektrik enerjisi itkilərinin minimuma endirilməsinə nail olmaq mümkündür.
Tezlik tənzimləyicili elektrik intiqallarından istifadə olunması paralel işləyən nasos aqreqatları arasında yükün optimal paylanmasına imkan verir ki, bu da hidravlik və energetik xarakteristikaları fərqli olan nasosların birgə işi zamanı xüsusilə vacibdir.
Beləliklə, mövcud nasos stansiyalarının modernləşdirilməsi və ya yenilərinin layihələndirilməsi zamanı, tezlik tənzimləyicili intiqallarda asinxron mühərriklərin rasional qidalanma sxemini müəyyən etməklə sistemin işləkliyini və etibarlılığını təmin etmək mümkündür.
Açar sözlər: enerji səmərəliliyi, nasos stansiyası, lay təzyiqi, elektrik enerjisi, məhsuldarlıq, elektrik mühərriki.

Related Results

SUVURMA SİSTEMLƏRİNİN TƏHLİLİ ƏSASINDA NEFT LAYINA SUYUN VURULMASININ SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI
SUVURMA SİSTEMLƏRİNİN TƏHLİLİ ƏSASINDA NEFT LAYINA SUYUN VURULMASININ SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI
İlkin neftçıxarma üsulları çox vaxt layların bütün potensialını mənimsəyə bilmədiyindən, suyun vurulması kimi ikinci hasilat üsullarından istifadə edilir. Suyun vurulması neft hasi...
G-20 ÜLKELERİNDE JEVONS PARADOKSUNUN GEÇERLİLİĞİ ÜZERİNE PANEL VERİ ANALİZİ
G-20 ÜLKELERİNDE JEVONS PARADOKSUNUN GEÇERLİLİĞİ ÜZERİNE PANEL VERİ ANALİZİ
Gelişen teknoloji ve yenilikler ile birlikte dünya nüfusunun artması sonucu gereksinimler de artmakta bu nedenle daha fazla üretim yapmak gerekmektedir. Üretimin arttırılması ve ür...
KÖRFEZİ AVRUPA’YA BAĞLAMAK: KATAR-TÜRKİYE DOĞALGAZ BORU HATTININ TÜRKİYE’NİN ENERJİ GELECEĞİ AÇISINDAN STRATEJİK ÖNEMİ
KÖRFEZİ AVRUPA’YA BAĞLAMAK: KATAR-TÜRKİYE DOĞALGAZ BORU HATTININ TÜRKİYE’NİN ENERJİ GELECEĞİ AÇISINDAN STRATEJİK ÖNEMİ
Dünya enerji piyasasında Avrupa ve ABD’nin, başta Orta Doğu, Orta Asya ve Rus enerji kaynaklarına olan bağımlılığı her geçen gün artış göstermektedir. Kaynak ülkeler ve tüketici pa...
Milli enerji strategiyasi: konseptual əsaslandirmalar və perspektivlər
Milli enerji strategiyasi: konseptual əsaslandirmalar və perspektivlər
Müasir dünyada iqtisadiyyatın və əhalinin davamlı olaraq yanacaq-enerji resursları ilə təchizatı və enerji effektliyi problemi ölkənin enerji təhlükəsizliyinin əsasını təşkil edərə...
Çin - Suudi Arabistan İlişkilerinin Enerji Güvenliği Boyutu
Çin - Suudi Arabistan İlişkilerinin Enerji Güvenliği Boyutu
Muhtelif ekonomi politikalarının hayata geçirilmesi ve sanayinin gelişmesi Çin’in enerji talebini yıllar içerisinde artırmıştır. Orta Doğu’dan yapılan enerji ithalatının bölgesel-k...
NEFT EMULSİYALARININ YIĞIM VƏ NƏQLİ ZAMANI SUALTI BORU KƏMƏRLƏRİNİN HİDRAVLİK HESABLANMASI
NEFT EMULSİYALARININ YIĞIM VƏ NƏQLİ ZAMANI SUALTI BORU KƏMƏRLƏRİNİN HİDRAVLİK HESABLANMASI
Hesabi yüklər, təsirlər və onların nəzərə alınmasını SNiP 2.01.07-85-in tələblərinə uyğun qəbul etmək lazımdır. Boru kəmərləri hidravlik hesablanarkən, onların sınaqdan keçirilmə v...
KORROZİYAYA QARŞI YENİ REAGENTLƏRİN TƏDQİQİ
KORROZİYAYA QARŞI YENİ REAGENTLƏRİN TƏDQİQİ
Metalların korroziyası səbəbindən baş verən qəzalar böyük itkilərə səbəb olur. Korroziya problemlərinin həll olunmaması səbəbindən sənayenin bir çox sahələrində texniki inkişaf lən...
Akıllı Şebekelerde Güneş Enerjisi Üretiminin Zamana Bağlı Olasılıksal Tahmini
Akıllı Şebekelerde Güneş Enerjisi Üretiminin Zamana Bağlı Olasılıksal Tahmini
Dünyada hızlı nüfus artışı ve fosil yakıt kaynakları rezervlerinin azalışı ile birlikte özellikle güneş enerjisi olmak üzere yenilenebilir enerji kaynaklarına olan talep her geçen ...

Back to Top