Javascript must be enabled to continue!
Milli neft strategiyasının ideoloji aspektləri
View through CrossRef
Prezident Heydər Əliyevin rəhbəri və təminatçısı olduğu milli neft strategiyası ölkənin ictimai-siyasi və iqtisadi həyatına yeni bir dinamizm gətirərək rifahi yüksəlişin gerçək stimullaşdırılmasının fövqündə dayanmışdır. Reallaşan bu strategiya yalnız siyasi-iqtisadi, sosial-humanitar məzmun daşımayaraq, həm də ideoloji əhəmiyyət kəsb etməkdədir. Fransız filosofu Destyut de Trasi tərəfindən dövriyyəyə çıxarılan ideologiya anlayışı müxtəlif elmi-nəzəri təlimlər sferasında aprobasiyadan keçərək siyasi, hüquqi, əxlaqi, estetik, fəlsəfi baxışlar və ideyalar sistemində qərar tutmuşdur. Fəlsəfi interpretasiyada isə ideologiya üstqurumun tərkib hissəsi kimi iqtisadi münasibətləri əks etdirir və onun vasitəsi ilə sosial problemlər dərk olunur. Çağdaş zamanda ideologiya anlayışı əhatə dairəsini genişləndirmiş, sovet epoxasındakı klassik paradiqmasını da dəyişərək daha mütərəqqi mahiyyətli keyfiyyət almışdır. Bir sıra ölkələrdə parametr və prinsiplər fərqliliyində ideoloji aspektlər neft sektorunda da intişar tapmışdır. İdeoloji motivasiya neft təsərrüfatında sosial-iqtisadi yüksəlişi davamlı etməyə köklənsə də, əslində bu vektorial xətt milli iqtisadi təhlükəsizliyin təminatlılığını hədəf seçmişdir. İqtisadi və siyasi güc və ayrı-ayrı qüdrətli dövlətlər kontekstində isə daha dərin milli maraqları əks etdirən neft ideologiyası proteksionizmi, iqtisadi intervensiyanın «konsperativ» nəzəri əsası kimi çıxış edir. Lakin bununla belə, bu konsepsiyada ümumi ali məqsəd zirvəsində milli mənafelərə uyğun olaraq mövcud resurslardan dolğun və səmərəli istifadədə vətəndaşlıq məsuliyyəti və missiyasını yüksəltmək, sosial dirçəlişə nail olmaq və həmçinin ölkənin reputasiyasını artırmaq məramı dayanır.
Title: Milli neft strategiyasının ideoloji aspektləri
Description:
Prezident Heydər Əliyevin rəhbəri və təminatçısı olduğu milli neft strategiyası ölkənin ictimai-siyasi və iqtisadi həyatına yeni bir dinamizm gətirərək rifahi yüksəlişin gerçək stimullaşdırılmasının fövqündə dayanmışdır.
Reallaşan bu strategiya yalnız siyasi-iqtisadi, sosial-humanitar məzmun daşımayaraq, həm də ideoloji əhəmiyyət kəsb etməkdədir.
Fransız filosofu Destyut de Trasi tərəfindən dövriyyəyə çıxarılan ideologiya anlayışı müxtəlif elmi-nəzəri təlimlər sferasında aprobasiyadan keçərək siyasi, hüquqi, əxlaqi, estetik, fəlsəfi baxışlar və ideyalar sistemində qərar tutmuşdur.
Fəlsəfi interpretasiyada isə ideologiya üstqurumun tərkib hissəsi kimi iqtisadi münasibətləri əks etdirir və onun vasitəsi ilə sosial problemlər dərk olunur.
Çağdaş zamanda ideologiya anlayışı əhatə dairəsini genişləndirmiş, sovet epoxasındakı klassik paradiqmasını da dəyişərək daha mütərəqqi mahiyyətli keyfiyyət almışdır.
Bir sıra ölkələrdə parametr və prinsiplər fərqliliyində ideoloji aspektlər neft sektorunda da intişar tapmışdır.
İdeoloji motivasiya neft təsərrüfatında sosial-iqtisadi yüksəlişi davamlı etməyə köklənsə də, əslində bu vektorial xətt milli iqtisadi təhlükəsizliyin təminatlılığını hədəf seçmişdir.
İqtisadi və siyasi güc və ayrı-ayrı qüdrətli dövlətlər kontekstində isə daha dərin milli maraqları əks etdirən neft ideologiyası proteksionizmi, iqtisadi intervensiyanın «konsperativ» nəzəri əsası kimi çıxış edir.
Lakin bununla belə, bu konsepsiyada ümumi ali məqsəd zirvəsində milli mənafelərə uyğun olaraq mövcud resurslardan dolğun və səmərəli istifadədə vətəndaşlıq məsuliyyəti və missiyasını yüksəltmək, sosial dirçəlişə nail olmaq və həmçinin ölkənin reputasiyasını artırmaq məramı dayanır.
Related Results
Milli neft strategiyasinin imperativləri
Milli neft strategiyasinin imperativləri
Tədqiqatın məqsədini milli neft strategiyasının imperativlərinin konseptual aspektə ümumiləşdirilməsi, müasir mərhələdə enerji sektorunun inkişaf potensialının qiymətləndirilməsi v...
Milli enerji strategiyasi: konseptual əsaslandirmalar və perspektivlər
Milli enerji strategiyasi: konseptual əsaslandirmalar və perspektivlər
Müasir dünyada iqtisadiyyatın və əhalinin davamlı olaraq yanacaq-enerji resursları ilə təchizatı və enerji effektliyi problemi ölkənin enerji təhlükəsizliyinin əsasını təşkil edərə...
KORROZİYAYA QARŞI YENİ REAGENTLƏRİN TƏDQİQİ
KORROZİYAYA QARŞI YENİ REAGENTLƏRİN TƏDQİQİ
Metalların korroziyası səbəbindən baş verən qəzalar böyük itkilərə səbəb olur. Korroziya problemlərinin həll olunmaması səbəbindən sənayenin bir çox sahələrində texniki inkişaf lən...
Bir ‘meçhul asker’ kurgusu: Yakup Kadri Karaosmanoğlu’nun “Ses Duyan Kız” hikâyesi
Bir ‘meçhul asker’ kurgusu: Yakup Kadri Karaosmanoğlu’nun “Ses Duyan Kız” hikâyesi
Milliyetçiliklerde millî kimliğin devamlılığını sağlamak için zaman ve mekânda var olan ortaklıklar sıklıkla ön plana çıkarılır. Bu bağlamda millî anıtlar, millî efsaneler, millî b...
Halil Fikret Kanad’ın Milliyet İdeali ve Topyekûn Millî Terbiye Yaklaşımı
Halil Fikret Kanad’ın Milliyet İdeali ve Topyekûn Millî Terbiye Yaklaşımı
Türkiye Cumhuriyeti, millî bir devlet olarak inşa edilmiştir. Bu inşa sürecinde eğitime yüklenen en önemli rol, Atatürk ilke ve inkılâpları doğrultusunda Türk milleti bilincini kaz...
FARUK NAFİZ ÇAMLIBEL’İN "KAHRAMAN" VE "ATEŞ" ADLI OYUNLARINDA MİLLÎ MÜCADELE İZLEĞİ
FARUK NAFİZ ÇAMLIBEL’İN "KAHRAMAN" VE "ATEŞ" ADLI OYUNLARINDA MİLLÎ MÜCADELE İZLEĞİ
Cumhuriyet’in ilanından sonra birçok yazar ve şair, Millî Mücadele’yi çeşitli açılardan ele alan, farklı yönlerine değinen çok sayıda eser vermiştir. Millî Mücadele’nin gerek tarih...
MİLLÎ GAYE MECMUASINDA “MİLLÎ MAARİF”
MİLLÎ GAYE MECMUASINDA “MİLLÎ MAARİF”
Millî Gaye mecmuası, Millî Mücadele Dönemi’nde, Bolu’da, henüz Mudanya Mütarekesi’nin yeni imzalandığı, Lozan’da barış görüşmelerinin devam ettiği ve savaş tehdidinin tam olarak ge...
İlkin neftqazçıxarma istismar sahələrində müasir vəziyyət və perspektivlər
İlkin neftqazçıxarma istismar sahələrində müasir vəziyyət və perspektivlər
XIX əsrdə neftin sənaye üsulu ilə çıxarılmasının iki mühüm mərkəzindən biri olan Azərbaycan ötən əsrin sonrlarından başlayaraq yenidən böyük dövlətlərin iqtisadi maraqlarının toqqu...


