Javascript must be enabled to continue!
Sintaqm xüsusiləşmə kontekstində
View through CrossRef
Məqalədə sintaqm anlayışı xüsusiləşmə kontekstində araşdırılır və onun nitq prosesindəki semantik-sintaktik funksiyası açıqlanır. Sintaqm yalnız sintaktik vahid deyil, həm də nitqdə fasilə və intonasiya ilə müəyyənləşən semantik-sintaktik bütövdür. Araşdırmada xüsusiləşmiş və xüsusiləşməyən sintaqmlar fərqləndirilir, onların mübtəda, tamamlıq və zərfliyin xüsusiləşməsi əsasında formalaşma yolları nümunələrlə göstərilir. Xüsusiləşmə prosesində intonasiya, pauza, qoşmalar və qoşmalaşmaqda olan sözlərin mühüm rol oynadığı öz əksini tapır. Həmçinin ara sözlər, xitablar və ara cümlələrin də intonasiya vasitəsilə ayrılaraq sintaqm funksiyası daşıdığı qeyd olunur. Müasir Azərbaycan dili materialları və türk dilləri ilə müqayisələr əsasında sintaqmların sintaktik quruluşunun digər dil vahidlərindən fərqli xüsusiyyətlərə malik olduğu müəyyən edilir. Nəticə etibarilə, sintaqmın cümlə daxilində sərhədlərinin sabit olmadığı, məna və kommunikativ məqsəddən asılı olaraq dəyişdiyi vurğulanır. Məqalə sintaqmların müasir dilçilikdə ayrıca kateqoriya kimi öyrənilməsinin nəzəri və praktik əhəmiyyətini əsaslandırır.
Title: Sintaqm xüsusiləşmə kontekstində
Description:
Məqalədə sintaqm anlayışı xüsusiləşmə kontekstində araşdırılır və onun nitq prosesindəki semantik-sintaktik funksiyası açıqlanır.
Sintaqm yalnız sintaktik vahid deyil, həm də nitqdə fasilə və intonasiya ilə müəyyənləşən semantik-sintaktik bütövdür.
Araşdırmada xüsusiləşmiş və xüsusiləşməyən sintaqmlar fərqləndirilir, onların mübtəda, tamamlıq və zərfliyin xüsusiləşməsi əsasında formalaşma yolları nümunələrlə göstərilir.
Xüsusiləşmə prosesində intonasiya, pauza, qoşmalar və qoşmalaşmaqda olan sözlərin mühüm rol oynadığı öz əksini tapır.
Həmçinin ara sözlər, xitablar və ara cümlələrin də intonasiya vasitəsilə ayrılaraq sintaqm funksiyası daşıdığı qeyd olunur.
Müasir Azərbaycan dili materialları və türk dilləri ilə müqayisələr əsasında sintaqmların sintaktik quruluşunun digər dil vahidlərindən fərqli xüsusiyyətlərə malik olduğu müəyyən edilir.
Nəticə etibarilə, sintaqmın cümlə daxilində sərhədlərinin sabit olmadığı, məna və kommunikativ məqsəddən asılı olaraq dəyişdiyi vurğulanır.
Məqalə sintaqmların müasir dilçilikdə ayrıca kateqoriya kimi öyrənilməsinin nəzəri və praktik əhəmiyyətini əsaslandırır.
Related Results
Milli neft strategiyasının ideoloji aspektləri
Milli neft strategiyasının ideoloji aspektləri
Prezident Heydər Əliyevin rəhbəri və təminatçısı olduğu milli neft strategiyası ölkənin ictimai-siyasi və iqtisadi həyatına yeni bir dinamizm gətirərək rifahi yüksəlişin gerçək sti...
Energetika təhlükəsizliyi
Energetika təhlükəsizliyi
Hazırkı və perspektivləşən vəziyyət qlobal enerji balansında baş verən təkamüllü dəyişikliklərin nəticələrinə işartılı görüntülər gətirir. Bu təbəddülatlar müasir dünya energetikas...
On Turkey-Iraqi political relations under AKP power
On Turkey-Iraqi political relations under AKP power
Məqalədə Türkiyənin xarici siyasətində İraq faktoru və onun spesifik, geosiyasi aspektləri araşdırılır. Burada AKP hökumətinin regional siyasətində İraq faktoru dəyərləndirilir, re...
Azərbaycanda qara metallurgiya sənayesi: inkişaf mərhələləri və perspektivlər
Azərbaycanda qara metallurgiya sənayesi: inkişaf mərhələləri və perspektivlər
Tədqiqatın məqsədini Azərbaycanın qara metalurgiya sənayesinin özəllikləri, hazırkı vəziyyəti və inkişaf perspektivlərinin müvafiq dünya kompleksinin keçdiyi tərəqqi yolu və qlobal...
Qəhrəmanlıq Fəlsəfəsi
Qəhrəmanlıq Fəlsəfəsi
Qəhrəmanlıq – igidlik, müstəsna qoçaqlıq, rəşadət, cəsurluq deməkdir. Qəhrəmanlıq, mərdlik – Vətənə məhəbbət kimi ülvi hiss və duyğulardan güc alır, lakin belə yenilməz daxili ener...
Naxçıvan Ədəbi Mühiti Şərq – Qərb Kontekstində
Naxçıvan Ədəbi Mühiti Şərq – Qərb Kontekstində
Naxçıvan Edebiyat Ortamı Doğu-Batı Bağlamında adlı kitap, Naxçıvan bölgesindeki edebi ortamı Doğu ve Batı etkileriyle inceler. Kitap, Nərgiz İsmayılova tarafından yazılmış olup, Ak...

