Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

Mövlana Cəlaləddin Ruminin Şeirlərində Mənəviyyat Fəlsəfəsi

View through CrossRef
Məlum olduğu kimi Mövlana Cəlaləddin Ruminin 30 noyabr 1244-cü ildə Şəms Təbrizi ilə tanışlığı ve onların iki ildən çox davam edən dostluğu Mövlananı ömür boyu təsir altında saxlamışdır. Şəms Təbrizi onu tərk edəndən sonra Mövlana bu ayrılığın təsiri ilə şeirlər deməyə başlamışdır. Onun yüzlərlə şeirində yüksək mənəvi dəyərlərə malik olan insanın, dünyəvi və ilahi eşqin, təmiz sevginin, vəfanın, gözəlliyin, səmimi dostluğun, mərhəmətin, təvazökarlığın poetik portreti yaradılmışdır. Qeyd etmək lazımdır ki, insana xas elə adi və fövqəladi mənəvi keyfiyyət və hal yoxdur ki, Mövlana ona müraciət edib dəyərləndirməsin. Onun nəzərində həqiqi aşiq haqq sevdalısı, mənəvi dünyası zəngin olan insandır. Mövlananın “Məsnəvi”si mənəvi dəyərlə dolu zəngin bir xəzinədir. Onun rübailəri də onun fəlsəfi təfəkkürünün, ilahi və bəşəri eşq və həyacanlarının, sufi dünyagörüşünün yığcam ifadəsi olmaqla əxlaq, ədəb, xoş rəftar, vicdan, daxili paklıq, təvazökarlıq və sair mənəvi keyfiyyətlər barəsində qiymətli, bədii nümunələrdir. Bu şeirlərdə həyat fəlsəfəsi, yaradılış, olum, ölüm, axirət fəlsəfəsi sadə, yığcam şəkildə bəyan edilir. Əlbəttə, mənəviyyat mövzusu Mövlananın bütün yaradıcılığına xasdır. Təqdim edilən məqalədə yalnız onun şeirlərinə, rübailərinə nəzər salınır. Onun rübailərinin hər biri bir könül aynasıdır, mənəvi ruh aləminin gözəl təsviridir, aşiq olan insanın daxili aləminin əks olunmasıdır. Mövlanada eşq insanın mənəvi dünyasının cövhəridir, mayasıdır, hərəkətverici və həyatverici enerji qaynağıdır. O, mənəvi gözəllik mənbəyidir. Mövlananın öz mənəvi dünyası Şəms Təbrizidən nurlandığı kimi, o da şeirləri, hekayətləri, söhbətləri ilə milyonlarca insanın mənəvi aləmini zənginləşdirmişdir. O, insanları eşqlə durulmağa, kamilləşməyə, insanı və Yaradanı sevməyə səsləmişdir.
Title: Mövlana Cəlaləddin Ruminin Şeirlərində Mənəviyyat Fəlsəfəsi
Description:
Məlum olduğu kimi Mövlana Cəlaləddin Ruminin 30 noyabr 1244-cü ildə Şəms Təbrizi ilə tanışlığı ve onların iki ildən çox davam edən dostluğu Mövlananı ömür boyu təsir altında saxlamışdır.
Şəms Təbrizi onu tərk edəndən sonra Mövlana bu ayrılığın təsiri ilə şeirlər deməyə başlamışdır.
Onun yüzlərlə şeirində yüksək mənəvi dəyərlərə malik olan insanın, dünyəvi və ilahi eşqin, təmiz sevginin, vəfanın, gözəlliyin, səmimi dostluğun, mərhəmətin, təvazökarlığın poetik portreti yaradılmışdır.
Qeyd etmək lazımdır ki, insana xas elə adi və fövqəladi mənəvi keyfiyyət və hal yoxdur ki, Mövlana ona müraciət edib dəyərləndirməsin.
Onun nəzərində həqiqi aşiq haqq sevdalısı, mənəvi dünyası zəngin olan insandır.
Mövlananın “Məsnəvi”si mənəvi dəyərlə dolu zəngin bir xəzinədir.
Onun rübailəri də onun fəlsəfi təfəkkürünün, ilahi və bəşəri eşq və həyacanlarının, sufi dünyagörüşünün yığcam ifadəsi olmaqla əxlaq, ədəb, xoş rəftar, vicdan, daxili paklıq, təvazökarlıq və sair mənəvi keyfiyyətlər barəsində qiymətli, bədii nümunələrdir.
Bu şeirlərdə həyat fəlsəfəsi, yaradılış, olum, ölüm, axirət fəlsəfəsi sadə, yığcam şəkildə bəyan edilir.
Əlbəttə, mənəviyyat mövzusu Mövlananın bütün yaradıcılığına xasdır.
Təqdim edilən məqalədə yalnız onun şeirlərinə, rübailərinə nəzər salınır.
Onun rübailərinin hər biri bir könül aynasıdır, mənəvi ruh aləminin gözəl təsviridir, aşiq olan insanın daxili aləminin əks olunmasıdır.
Mövlanada eşq insanın mənəvi dünyasının cövhəridir, mayasıdır, hərəkətverici və həyatverici enerji qaynağıdır.
O, mənəvi gözəllik mənbəyidir.
Mövlananın öz mənəvi dünyası Şəms Təbrizidən nurlandığı kimi, o da şeirləri, hekayətləri, söhbətləri ilə milyonlarca insanın mənəvi aləmini zənginləşdirmişdir.
O, insanları eşqlə durulmağa, kamilləşməyə, insanı və Yaradanı sevməyə səsləmişdir.

Related Results

Cəlaləddin Rumi və Şəms Təbrizi Arasındaki Dostluq və Mövlananın “Xamuş” Təxəllüsü Haqqında Bəzi Qeydlər
Cəlaləddin Rumi və Şəms Təbrizi Arasındaki Dostluq və Mövlananın “Xamuş” Təxəllüsü Haqqında Bəzi Qeydlər
Məşhur şair Cəlaləddin Məhəmməd ibn Bəhaəddin və böyük sufi Şəmsəddin Məhəmməd Əli Təbrizi arasındakı dostluqdan müxtəlif ölkə alimləri fikirlər söyləmişlər. Şair Cəlaləddin Rumi v...
KİŞVƏRİ ŞEİRLƏRİNDƏ DİL VƏ ÜSLUB
KİŞVƏRİ ŞEİRLƏRİNDƏ DİL VƏ ÜSLUB
Məqalədə göstərilir ki, Kişvəri XV əsr Azərbaycan ədəbiyyatının görkəmli və ən çox diqqətə layiq olan sənətkarlarından biridir. Qeyd olunur ki, fars dilində gözəl əsərlər yazan şai...
Aşıq Ələsgər poeziyasında təbiət motivlərinin əcdad kultu kontekstində semantikası
Aşıq Ələsgər poeziyasında təbiət motivlərinin əcdad kultu kontekstində semantikası
Məqalədə Azərbaycan aşıq sənətinin ölməz nümayəndəsi olan Aşıq Ələsgərin yaradıcılığında yer tutan təbiət-dağ, su və s. ilə bağlı mövzulara diqqət ayrılmışdır. Məlum olmuşdur ki, u...

Back to Top