Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

Ədəbiyyatşünaslıqda heca vəzninin nəzəri problemləri: müasir yanaşma və tarixi dəyərlər

View through CrossRef
Azərbaycan milli şeir quruluşunda tələb olunan ən zəruri şərtlər ölçü, bölgü və qafiyədir. Bu üç əsas tələb şeir texnikasının ən vacib atributları olmaqla yanaşı, həm də şeiri nəsrdən fərqləndirən mühüm amillərdən biridir. Ölçü şeir texnikasında daha vacib yer tutur. Çünki məhz ölçüyə görə şeirin vəzni müəyyən olunur. Əslində vəzn şeirin ölçüsü, misraların həcmi deməkdir. Misraların həcmi dedikdə, hər şeydən əvvəl, oradakı hecaların sayı nəzərdə tutulur. Məlumdur ki, hər bir sözdə olan hecaların sayı orada işlənən sait səslərlə ölçülür. Sözdə neçə sait işlənirsə, bir o qədər də heca olur. Buradan da deyə bilərik ki, şeirdə misraların, sətirlərin ölçüsündən, hecaların sayından bəhs edən elmə vəzn deyilir. Azərbaycan milli şeirində ta qədim zamanlardan indiyə qədər ölçü ən çox tələb olunan poetexniki şərtlərdən biri olub. Odur ki, şeirimizdə ən çox işlənən və ən doğma vəzn də heca vəzni olmuşdur. Prof. A.Axundov yazır: “Məlumdur ki, heca vəzninin iki mühüm şərti var: ölçü və bölgü. Bunlardan birincisi misralardakı hecaların sayının bərabərliyinə, ikincisi isə misralardakı heca mikroqruplarının uyğunluğuna əsaslanır. Heca vəzninin ən mühüm şərti heç şübhəsiz, ölçüdür. Xüsusən kiçik ölçülü şeirlərdə (üçhecalıqlardan səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış edə bilir.
Scientific Publishing Center InterConf
Title: Ədəbiyyatşünaslıqda heca vəzninin nəzəri problemləri: müasir yanaşma və tarixi dəyərlər
Description:
Azərbaycan milli şeir quruluşunda tələb olunan ən zəruri şərtlər ölçü, bölgü və qafiyədir.
Bu üç əsas tələb şeir texnikasının ən vacib atributları olmaqla yanaşı, həm də şeiri nəsrdən fərqləndirən mühüm amillərdən biridir.
Ölçü şeir texnikasında daha vacib yer tutur.
Çünki məhz ölçüyə görə şeirin vəzni müəyyən olunur.
Əslində vəzn şeirin ölçüsü, misraların həcmi deməkdir.
Misraların həcmi dedikdə, hər şeydən əvvəl, oradakı hecaların sayı nəzərdə tutulur.
Məlumdur ki, hər bir sözdə olan hecaların sayı orada işlənən sait səslərlə ölçülür.
Sözdə neçə sait işlənirsə, bir o qədər də heca olur.
Buradan da deyə bilərik ki, şeirdə misraların, sətirlərin ölçüsündən, hecaların sayından bəhs edən elmə vəzn deyilir.
 Azərbaycan milli şeirində ta qədim zamanlardan indiyə qədər ölçü ən çox tələb olunan poetexniki şərtlərdən biri olub.
Odur ki, şeirimizdə ən çox işlənən və ən doğma vəzn də heca vəzni olmuşdur.
Prof.
A.
Axundov yazır: “Məlumdur ki, heca vəzninin iki mühüm şərti var: ölçü və bölgü.
Bunlardan birincisi misralardakı hecaların sayının bərabərliyinə, ikincisi isə misralardakı heca mikroqruplarının uyğunluğuna əsaslanır.
Heca vəzninin ən mühüm şərti heç şübhəsiz, ölçüdür.
Xüsusən kiçik ölçülü şeirlərdə (üçhecalıqlardan səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış edə bilir.

Related Results

NAZAN BƏKİROĞLUNUN “NAR AĞACİ” ROMANİNİN JANR XÜSUSİYYƏTİ, PROBLEMATİKASİ VƏ BƏDİİ OBRAZLARİ
NAZAN BƏKİROĞLUNUN “NAR AĞACİ” ROMANİNİN JANR XÜSUSİYYƏTİ, PROBLEMATİKASİ VƏ BƏDİİ OBRAZLARİ
Nazan Bəkiroğlunun “Nar ağacı” romanı zaman kəsiyində tarixi yaddaşın unudulmamasını əks etdirir. XXI əsrdə xalqın tarixi gercəkliklərini ədəbiyyatda inikas etdirən “Nar ağacı” rom...
MİLLİ GEYİM TARİXİ MƏNBƏ KİMİ
MİLLİ GEYİM TARİXİ MƏNBƏ KİMİ
Tədqiqatın aktuallığını ənənəvi geyimlərin sadəcə gündəlik əşya kimi deyil, həm də mühüm sosial-mədəni kod və tarixi yaddaşın maddi daşıyıcısı kimi qəbul edilməsinin zərurəti ilə ...
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında milli xarakterin ifadə vasitələri
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında milli xarakterin ifadə vasitələri
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının əsas mövzularından biri bədii əsərlərdəki milli xarakter məsələsidir. Milli xarakterin vacib ünsürlərindən biri isə onun ümumbəşərilik pr...
PUNKTUASİYAYA FUNKSİONAL YANAŞMA
PUNKTUASİYAYA FUNKSİONAL YANAŞMA
Məqalədə durğu işarələri sisteminin, yəni punktuasiyanın müasir dilçilikdə yeni baxış bucağından – semiotik-praqmatik, mətn dilçiliyi aspektlərindən bəhs olunur. Məqalədə qeyd olun...
The romantic apotheosis of the symbol in the context of East-West traditions
The romantic apotheosis of the symbol in the context of East-West traditions
This article explores the role of symbolism, symbolic thinking in the formation of aesthetic and poetic concepts of romanticism in Europe. The symbolic way of thinking that forms t...
Hərbi təhsil müəssisələrində The Gallery Work metodunun tətbiqi
Hərbi təhsil müəssisələrində The Gallery Work metodunun tətbiqi
Bu elmi məqalənin yazılmasında məqsəd, bu metodun istifadəsi zamanı hərbi təhsil müəssisələrində üstünlüklərini və yarana biləcək problemləri araşdırmaqdır. Tətbiq olunan müasir me...
İslam dinində humanizmin: əsaslari, tarixi tətbiqləri və müasir perspektivlər
İslam dinində humanizmin: əsaslari, tarixi tətbiqləri və müasir perspektivlər
Bu məqalədə İslam dinində humanizmin əsasları, onun Qurani-Kərim və Sünnədəki yeri, tarixi tətbiqləri və müasir dövrdəki əhəmiyyəti araşdırılır. İslamın təməl prinsipləri olan barı...
Dil təliminin nəzəri problemləri
Dil təliminin nəzəri problemləri
“Dil təliminin nəzəri problemləri” geniş mövzudur. 2008-ci ildən kurikulum dərsliklərinin tətbiqi ilə başlanan yeni kursun didaktik üstünlükləri olduğu kimi, təəssüf ki, qarşıya çı...

Back to Top