Javascript must be enabled to continue!
Naxçıvanın eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətləri
View through CrossRef
Müstəqillik illərində Naxçıvanda abidələrimizin öyrənilməsinə dövlət qayğısının artması, yeni arxeoloji tədqiqatlar nəticəsində əldə olunmuş saxsı qabların kompleks tədqiqi eneolit dövründə formalaşan bədii dulusçuluq ənənələrinin inkişaf mərhələlərini, bəzək ünsürlərini izləməyə imkan vermişdir. Eneolit dövrünün əsas dekorativ-tətbiqi sənət nümunələri saxsı qablar, az miqdarda muncuq, müxtəlif bəzək əşyaları və metal əşyalardan ibarətdir. Eneolit dövründə saxsı qablar məişətin bir hissəsi olmaqla bərabər, insanların ideoloji görüşlərini də əks etdirmiş, bir çox hallarda həm də qoruyucu funksiya daşımışdır. Erkən eneolit dövründə saxsı qabların bəzədilməsində istifadə olunan motivlərə sonrakı mərhələlərdə rast gəlinsə də, bu dövr özünəməxsus naxış üslubu ilə seçilir. Bu dövrdə xüsusilə saxsı qabların bəzədilməsində Dalma təpə üslubu daha geniş yayılmışdır. Bu üsluba Naxçıvan təpənin saxsı qablarında rast gəlirik. Dalma təpə üslubunun əsas xarakterik cəhətlərindən biri naxışların ritmik təkrarıdır. Fikrimizcə, bu naxış üslubu erkən eneolit mərhələsində özünün intibahını yaşamışdır. Dalma təpə üslubu son eneolit dövründə müşahidə olunmur. Bu dövrdə saxsı qabların bir çoxunun dekor həllində sadəliyə üstünlük verilməsinə baxmayaraq, az bir hissəsinin dekor həlli naxış motivlərinin zənginliyi ilə diqqət çəkir. Naxışlar daha səliqəli, daha aramla vurulmuşdur. Naxışlanmada zoomorfik motivlərin tətbiqi meydana gəlmişdir. Fikrimizcə, heyvanlar aləminə inamla əlaqədar olaraq, totemistik görüşlərin inkişafı heyvan motivlərinin meydana gəlməsinə və inkişafına səbəb olmuşdur. Naxçıvanın orta eneolit dövrü saxsı qabları əsasən Naxçıvantəpə, Xələc, Uçan Ağıl, Uzun Oba yaşayış yerlərindən aşkar olunmuşdur. Orta eneolit dövrü saxsı qab nümunələri üzərindəki naxışlar texniki icra üsullarına görə müxtəlif qruplara bölünə bilər. Saxsı qablar əsasən qabartma, basma, cızma və boyama üsulları ilə bəzədilmişdir. Qabların dibində müəyyən qalınlıqda qırmızı və sarı boya qalıqlarının qalması rəngin yerli ənənələrə əsaslanaraq hazırlanmasına əsas vermişdir. Eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətlərinin kompleks tədqiqi göstərmişdir ki, bu qablar Naxçıvanın qədim tayfalarının dini-mifoloji görüşlərini özündə əks etdirir, qədim tayfaların bədii dulusçuluq sahəsində yaradıcı axtarışlarını sərgiləyir və eneolit mədəniyyətinin, incəsənətinin spesifik xüsusiyyətlərini özündə əks etdirir.
Title: Naxçıvanın eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətləri
Description:
Müstəqillik illərində Naxçıvanda abidələrimizin öyrənilməsinə dövlət qayğısının artması, yeni arxeoloji tədqiqatlar nəticəsində əldə olunmuş saxsı qabların kompleks tədqiqi eneolit dövründə formalaşan bədii dulusçuluq ənənələrinin inkişaf mərhələlərini, bəzək ünsürlərini izləməyə imkan vermişdir.
Eneolit dövrünün əsas dekorativ-tətbiqi sənət nümunələri saxsı qablar, az miqdarda muncuq, müxtəlif bəzək əşyaları və metal əşyalardan ibarətdir.
Eneolit dövründə saxsı qablar məişətin bir hissəsi olmaqla bərabər, insanların ideoloji görüşlərini də əks etdirmiş, bir çox hallarda həm də qoruyucu funksiya daşımışdır.
Erkən eneolit dövründə saxsı qabların bəzədilməsində istifadə olunan motivlərə sonrakı mərhələlərdə rast gəlinsə də, bu dövr özünəməxsus naxış üslubu ilə seçilir.
Bu dövrdə xüsusilə saxsı qabların bəzədilməsində Dalma təpə üslubu daha geniş yayılmışdır.
Bu üsluba Naxçıvan təpənin saxsı qablarında rast gəlirik.
Dalma təpə üslubunun əsas xarakterik cəhətlərindən biri naxışların ritmik təkrarıdır.
Fikrimizcə, bu naxış üslubu erkən eneolit mərhələsində özünün intibahını yaşamışdır.
Dalma təpə üslubu son eneolit dövründə müşahidə olunmur.
Bu dövrdə saxsı qabların bir çoxunun dekor həllində sadəliyə üstünlük verilməsinə baxmayaraq, az bir hissəsinin dekor həlli naxış motivlərinin zənginliyi ilə diqqət çəkir.
Naxışlar daha səliqəli, daha aramla vurulmuşdur.
Naxışlanmada zoomorfik motivlərin tətbiqi meydana gəlmişdir.
Fikrimizcə, heyvanlar aləminə inamla əlaqədar olaraq, totemistik görüşlərin inkişafı heyvan motivlərinin meydana gəlməsinə və inkişafına səbəb olmuşdur.
Naxçıvanın orta eneolit dövrü saxsı qabları əsasən Naxçıvantəpə, Xələc, Uçan Ağıl, Uzun Oba yaşayış yerlərindən aşkar olunmuşdur.
Orta eneolit dövrü saxsı qab nümunələri üzərindəki naxışlar texniki icra üsullarına görə müxtəlif qruplara bölünə bilər.
Saxsı qablar əsasən qabartma, basma, cızma və boyama üsulları ilə bəzədilmişdir.
Qabların dibində müəyyən qalınlıqda qırmızı və sarı boya qalıqlarının qalması rəngin yerli ənənələrə əsaslanaraq hazırlanmasına əsas vermişdir.
Eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətlərinin kompleks tədqiqi göstərmişdir ki, bu qablar Naxçıvanın qədim tayfalarının dini-mifoloji görüşlərini özündə əks etdirir, qədim tayfaların bədii dulusçuluq sahəsində yaradıcı axtarışlarını sərgiləyir və eneolit mədəniyyətinin, incəsənətinin spesifik xüsusiyyətlərini özündə əks etdirir.
Related Results
Elaeagnus caspica bitkisi və ondan dərman nanohissəciklərinin alınması perspektivləri
Elaeagnus caspica bitkisi və ondan dərman nanohissəciklərinin alınması perspektivləri
İcmal məqalədə dərman bitkisi kimi tanınan iydə ağacının (Elaeagnus caspica) meyvə və çiçəklərinin morfofizioloji xüsusiyyətləri, fitokimyəvi tərkibi, farmakoloji xüsusiyyətləri, m...
RƏQƏMSAL İNKİŞAF. AZƏRBAYCAN İQTİSADİYYATININ TRANSFORMASİYASI
RƏQƏMSAL İNKİŞAF. AZƏRBAYCAN İQTİSADİYYATININ TRANSFORMASİYASI
Bu məqalə rəqəmsal transformasiya dövründə iqtisadiyyatın necə dəyişdiyini, rəqəmsallaşmanın ölçülməsi üçün beynəlxalq indeksləri (DESI, NRI, EGDI, GCI və s.) təhlil edir və Azərba...
CHOTQOL-QURAMA, TURKISTON-NUROTA VA ZIRABULOQ-ZIYOVUDDIN TOG‘LARIDA TABIIY DEKORATIV (PARDOZBOB) TOSHLARNI O’RGANISH
CHOTQOL-QURAMA, TURKISTON-NUROTA VA ZIRABULOQ-ZIYOVUDDIN TOG‘LARIDA TABIIY DEKORATIV (PARDOZBOB) TOSHLARNI O’RGANISH
According to the geological structure, the territory of the Republic of Uzbekistan is divided into the following regions.ChotkalKuramin, Turkestan-Nurota,Zirabuloq-Ziyavuddin,South...
„Homo mensura”
„Homo mensura”
A Magyar Képzőművészeti Egyetemen két nagyszabású kiállítás is foglalkozott az egyetemi könyvtár 19. századi (és 20. század eleji) fotógyűjteményének legszebb darabjaival és azok t...
Yrkesförbud för muserna
Yrkesförbud för muserna
Sedan antiken har kvinnogestalter fått förkroppsliga abstrakta begrepp som visheten, läkekonsten, rättvisan, friheten, konsten. Det var en kvarleva från matriarkatet. Men den patri...
Cognitive and linguocultural bases of modern Azerbaijani language lexicon
Cognitive and linguocultural bases of modern Azerbaijani language lexicon
Azərbaycan dilinin leksikası orta məktəblərin bütün siniflərində mətnin daxilində, eyni zamanda dil və nitq qaydalarının mənimsənilməsi prosesində öyrədilir. İndiyə qədər həmin...
MÜASİR PUA KOMPLEKSLƏRİ
MÜASİR PUA KOMPLEKSLƏRİ
Məqalədə PUA sistemlərinin inkişaf mərhələləri və ümumi xüsusiyyətləri araşdırılır, PUA komplekslərinin yerinə yetirdikləri tapşırıqlara baxılır, eləcə də yeni növ PUA-ların yaradı...
AZƏRBAYCAN DİLİNDƏ İSMİ QOVUŞMA İDİOMLAR
AZƏRBAYCAN DİLİNDƏ İSMİ QOVUŞMA İDİOMLAR
İdiomlar dilşünaslıqda sabit söz birləşmələri, frazeoloji birləşmələr, frazeologizmlər və s. adlar altında verilmişdir. İdiom-İdioma yunan mənşəli sözdür. Mənası özünəməxsus xüsus...

