Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

Vergi maarifçiliyinə yeni bir töhfə

View through CrossRef
Vergi və rüsumlar olmadan dövlətin öz vəzifələrini yerinə yetirməsi, özünün və vətəndaşlarının mənafeyini qoruması, tələbatını ödəməsi mümkünsüzdür. Bu, bəşər cəmiyyətinin tarxi təcrübəsində təsdiqlənmiş və heç bir mübahisə doğurmayan gerçəklikdir. Amma belə bir gerçəklik də danılmazdır ki, vergilərin könüllü ödənilməsi məsələsi bütün cəmiyyətlərdə və dövlət quruluşlarında heç də asanlıqla öz həllini tapa, insanlar üçün adi həyat tərzinə, davranış normasına çevrilə bilməmişdir. Dövlət idarəçiliyi problemlərini, iqtisadi münasibətlər sistemini araşdıran alim və mütəxəssislərin rəyinə görə, vergilərin könüllü ödənilməsi işində ciddi nailiyyətlər o zaman əldə edilə bilər ki, vətəndaşlar vergilərin məqsəd və mahiyyəti, dövlətin və cəmiyyətin inkişafında rolu barədə aydın və mükəmməl bilgilərə sahib olsunlar. Heç şübhəsiz, bu da vergi vergi maarifçiliyinin səmərəli şəkildə qurulması, vergi mədəniyyətinin formalaşdırılması sayəsində mümkündür... Vergitutma sahəsində zəngin tarixi ənənələri olan Azərbaycanda dövlət müstəqilliyinin bərpasından və yeni iqtisadi münasibətlərə keçidin başlanmasından sonra müasir vergi sisteminin yaradılması zərurəti meydana çıxmış, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu sistemin formalaşdırılması istiqamətində məqsədyönlü addımlar atılmışdır. Vergilər Nazirliyinin timsalında vergilərlə bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra orqanının, eləcə də mükəmməl qanunvericilik bazasının yaradılması cəmiyyətdə vergilərə normal vətəndaş münasibətinin təşəkkül tapması üçün əlverişli zəmin olmuşdur. Ötən 10 il ərzində isə möhtərəm Prezident cənab İlham Əliyevin qərar və göstərişləri əsasında vergi sistemi daha da təkmilləşdirilmiş, vergi inzibatçılığı ardıcıllıqla inkişaf etdirilmişdir. Çox fərəhli haldır ki, bütün bunlar Azərbaycan cəmiyyətində vergi mədəniyyətinin təşəkkül tapmasına gətirib çıxarmış, vergilərin ödənilməsinə milli dövlətçilik mənafeyindən, əsl vətəndaş mövqeyindən yanaşılması kimi müsbət meyillərlə müşayiət olunmuşdur.
Title: Vergi maarifçiliyinə yeni bir töhfə
Description:
Vergi və rüsumlar olmadan dövlətin öz vəzifələrini yerinə yetirməsi, özünün və vətəndaşlarının mənafeyini qoruması, tələbatını ödəməsi mümkünsüzdür.
Bu, bəşər cəmiyyətinin tarxi təcrübəsində təsdiqlənmiş və heç bir mübahisə doğurmayan gerçəklikdir.
Amma belə bir gerçəklik də danılmazdır ki, vergilərin könüllü ödənilməsi məsələsi bütün cəmiyyətlərdə və dövlət quruluşlarında heç də asanlıqla öz həllini tapa, insanlar üçün adi həyat tərzinə, davranış normasına çevrilə bilməmişdir.
Dövlət idarəçiliyi problemlərini, iqtisadi münasibətlər sistemini araşdıran alim və mütəxəssislərin rəyinə görə, vergilərin könüllü ödənilməsi işində ciddi nailiyyətlər o zaman əldə edilə bilər ki, vətəndaşlar vergilərin məqsəd və mahiyyəti, dövlətin və cəmiyyətin inkişafında rolu barədə aydın və mükəmməl bilgilərə sahib olsunlar.
Heç şübhəsiz, bu da vergi vergi maarifçiliyinin səmərəli şəkildə qurulması, vergi mədəniyyətinin formalaşdırılması sayəsində mümkündür.
Vergitutma sahəsində zəngin tarixi ənənələri olan Azərbaycanda dövlət müstəqilliyinin bərpasından və yeni iqtisadi münasibətlərə keçidin başlanmasından sonra müasir vergi sisteminin yaradılması zərurəti meydana çıxmış, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu sistemin formalaşdırılması istiqamətində məqsədyönlü addımlar atılmışdır.
Vergilər Nazirliyinin timsalında vergilərlə bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra orqanının, eləcə də mükəmməl qanunvericilik bazasının yaradılması cəmiyyətdə vergilərə normal vətəndaş münasibətinin təşəkkül tapması üçün əlverişli zəmin olmuşdur.
Ötən 10 il ərzində isə möhtərəm Prezident cənab İlham Əliyevin qərar və göstərişləri əsasında vergi sistemi daha da təkmilləşdirilmiş, vergi inzibatçılığı ardıcıllıqla inkişaf etdirilmişdir.
Çox fərəhli haldır ki, bütün bunlar Azərbaycan cəmiyyətində vergi mədəniyyətinin təşəkkül tapmasına gətirib çıxarmış, vergilərin ödənilməsinə milli dövlətçilik mənafeyindən, əsl vətəndaş mövqeyindən yanaşılması kimi müsbət meyillərlə müşayiət olunmuşdur.

Related Results

A risky journey for Break-Induced Replication
A risky journey for Break-Induced Replication
Break Induced Replication (BIR) is one of the homologous recombination pathways to repair DNA double strand breaks. BIR plays important roles in main- taining genomic integrity. Fo...
Mükellef Tipolojilerinin Belirlenmesine Yönelik Bir Analiz
Mükellef Tipolojilerinin Belirlenmesine Yönelik Bir Analiz
Vergi uyumu, beyannamenin verildiği tarihte uygulanan vergi kanunları, yönetmelikleri ve yargı kararları ile vergi yükümlülüğünün tam olarak beyan edilmesi ve beyannamenin ilgili y...
Vergi algısı ve vergi bilinci: Tokat Gaziosmanpaşa Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi öğrencileri üzerine bir analiz
Vergi algısı ve vergi bilinci: Tokat Gaziosmanpaşa Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi öğrencileri üzerine bir analiz
Bu çalışmada, Tokat Gaziosmanpaşa Üniversitesi İktisadi ve İdari Bilimler fakültesi öğrencilerinin vergi algısı ve vergi bilinci düzeyleri incelenmiştir. Belirtilen fakültede farkl...
VERGİ YARGISINDA RE’SEN ARAŞTIRMA İLKESİ
VERGİ YARGISINDA RE’SEN ARAŞTIRMA İLKESİ
Vergi yargısında re’sen araştırma ilkesi, vergi davalarında adil ve tarafsız bir karar verilmesini sağlamak için oldukça önemli bir ilkedir. Bu ilke, vergi mahkemelerinin sadece ta...
Dramatik Atasözü
Dramatik Atasözü
Göstergelerarası bir çözümleme yapabilmenin ön koşulu iki ayrı gösterge dizgesinin (örneğin bir metinle bir resmin) biçimsel olduğu kadar içeriksel bakımdan alışveriş içerisinde ol...
TÜRK VERGİ HUKUKU'NDA VERGİNİN TAHAKKUKU
TÜRK VERGİ HUKUKU'NDA VERGİNİN TAHAKKUKU
Vergi Usul Kanunu’nda yapılan tahakkuk tanımı ayrı bir tebliğ işlemine gerek olmayan vergiler esas alınarak yapılmıştır. Türk Hukukunda idari işlem niteliği taşımayan tahakkuk; bağ...
Ayrılık da Sevdaya Dahil: Özgür Bırakın
Ayrılık da Sevdaya Dahil: Özgür Bırakın
Bu kitap, iki yazarın ortak belleğinden süzülen; edebiyat, psikoloji ve varoluş düşüncesinin kesişim noktasında duran editöryel bir yüzleşmedir. Biz bu kitabı yazarken bir “hikâye ...
Mâtürîdîlerde İmanda Açıklık
Mâtürîdîlerde İmanda Açıklık
Bu araştırma Mâtürîdîlerin iman alanındaki temel görüş ve kabullerine dayanarak, bu anlayışın imanı örtülü, kapalı bir temelde ele almaya imkân verip vermediğini tartışmaktadır. İm...

Back to Top