Search engine for discovering works of Art, research articles, and books related to Art and Culture
ShareThis
Javascript must be enabled to continue!

Bi̇r qəzəli̇n Nəsi̇mi̇si̇

View through CrossRef
Bu məqalədə İmadəddin Nəsiminin (v.1417) “Yəqin, ya Rəbb, yüzündür rəqq-i mənşur.” mətləli qəzəli araşdırılır. Nəsimi Orta əsrlər Azəri-Türk şeirinin görkəmli simalarından biridir. Poeziyasında öz dövrünün dini-fəlsəfi düşüncəsinin rəngarəngliyini əks etdirən şairin adı hürufiliklə bağlıdır; O, Fəzlullah Astarabadinin davamçısı və hürufilik ideyalarının qızğın təbliğatçısı idi. Görünür, Nəsimi bu mistik cərəyanın görkənli nümayəndələrindən olub və onun poeziyası, eləcə də şəxsiyyəti bu sahədə o qədər məşhurlaşıb ki, hətta, ibn Həcər əl-Əsqalaniin (v. 1499) dediyinə görə, hürufilik (hürufiyyə) özü belə bəzən nəsimiyyə kimi tanınıb. Bu məqalədə əvvəl sufi-hürufi düşüncəsində, xüsusilə Nəsimi şeirində İnsan simasının əhəmiyyətindən bəhs edilir. Hürufi düşüncəsinə görə, Adəm ilahi kəlamın məzhəri idi. Adəmin göz, qaş və kiprikləri, ağzı və alını, yanaq və zənəxdanı, bütünlükdə üzü əlifbanın müqəddəs 28/32 hərfinin təcəssümü idi və İnsan siması Quranda zikr edilən “aşılanmış dəri üzərində yazılmış kitab”ın özü idi. (Q. 52: 2-3). Məqalədə daha sonra yuxarıda qeyd edilənən qəzəlin beytləri ardıcıllıqla təhlil edilir. Bu təhlildən aydın olur ki, üz və üz cizgiləri ilahi teofaniyanın – kəşf halının mühüm aspektini əks etdirir. Qəzəlin analizi zamanı dərinin, gözlərin, zülfün və dodaqların hürufilikdəki rəmzi mənaları açılır. Burada ilahi/dünyəvi Gözəlin vəsfində Quran ayələrinin və obrazlarıının, eləcə də Cənnət səhnələrinin rolu xüsusi qeyd edilir. Belə ki, Quran motivləri bir tərəfdən hürufi düşüncəsinin bəzi mühüm ideyalarını Qurana yaxından bələd olan Orta əsr auditoriyası üçün daha anlaşıqlı edir, digər tərəfdən isə poeziyaya xüsusi bədiilik verir. Mənim fikrimcə, bu şeir ilahi nurlanmanın məhsuludur və sufi-hürufi düşüncəsinin mühüm ideyalarını əks etdirir. Hər bir beyt ayrılıqda müəyyən dini-fəlsəfi fikir ifadə etsə də, şair bütün beytləri görünməz iplərlə bir-biri ilə əlaqələndirir.
Holistence Publications
Title: Bi̇r qəzəli̇n Nəsi̇mi̇si̇
Description:
Bu məqalədə İmadəddin Nəsiminin (v.
1417) “Yəqin, ya Rəbb, yüzündür rəqq-i mənşur.
” mətləli qəzəli araşdırılır.
Nəsimi Orta əsrlər Azəri-Türk şeirinin görkəmli simalarından biridir.
Poeziyasında öz dövrünün dini-fəlsəfi düşüncəsinin rəngarəngliyini əks etdirən şairin adı hürufiliklə bağlıdır; O, Fəzlullah Astarabadinin davamçısı və hürufilik ideyalarının qızğın təbliğatçısı idi.
Görünür, Nəsimi bu mistik cərəyanın görkənli nümayəndələrindən olub və onun poeziyası, eləcə də şəxsiyyəti bu sahədə o qədər məşhurlaşıb ki, hətta, ibn Həcər əl-Əsqalaniin (v.
1499) dediyinə görə, hürufilik (hürufiyyə) özü belə bəzən nəsimiyyə kimi tanınıb.
Bu məqalədə əvvəl sufi-hürufi düşüncəsində, xüsusilə Nəsimi şeirində İnsan simasının əhəmiyyətindən bəhs edilir.
Hürufi düşüncəsinə görə, Adəm ilahi kəlamın məzhəri idi.
Adəmin göz, qaş və kiprikləri, ağzı və alını, yanaq və zənəxdanı, bütünlükdə üzü əlifbanın müqəddəs 28/32 hərfinin təcəssümü idi və İnsan siması Quranda zikr edilən “aşılanmış dəri üzərində yazılmış kitab”ın özü idi.
(Q.
52: 2-3).
Məqalədə daha sonra yuxarıda qeyd edilənən qəzəlin beytləri ardıcıllıqla təhlil edilir.
Bu təhlildən aydın olur ki, üz və üz cizgiləri ilahi teofaniyanın – kəşf halının mühüm aspektini əks etdirir.
Qəzəlin analizi zamanı dərinin, gözlərin, zülfün və dodaqların hürufilikdəki rəmzi mənaları açılır.
Burada ilahi/dünyəvi Gözəlin vəsfində Quran ayələrinin və obrazlarıının, eləcə də Cənnət səhnələrinin rolu xüsusi qeyd edilir.
Belə ki, Quran motivləri bir tərəfdən hürufi düşüncəsinin bəzi mühüm ideyalarını Qurana yaxından bələd olan Orta əsr auditoriyası üçün daha anlaşıqlı edir, digər tərəfdən isə poeziyaya xüsusi bədiilik verir.
Mənim fikrimcə, bu şeir ilahi nurlanmanın məhsuludur və sufi-hürufi düşüncəsinin mühüm ideyalarını əks etdirir.
Hər bir beyt ayrılıqda müəyyən dini-fəlsəfi fikir ifadə etsə də, şair bütün beytləri görünməz iplərlə bir-biri ilə əlaqələndirir.

Related Results

SEKONDER İMMÜN YETMEZLİK TANISI KONULAN BİR PNÖMONİ OLGU SUNUMU
SEKONDER İMMÜN YETMEZLİK TANISI KONULAN BİR PNÖMONİ OLGU SUNUMU
Pnömoni klinik olarak; balgamlı öksürük, pürülan balgam, dispne ve/veya takipne, akciğer grafisinde infiltrasyonlarla birlikte olan plöritik göğüs ağrısı semptom ve bulgularından i...
IAN HARGREAVES GAZETECİLİK- BİR KİTAP İNCELEMESİ.
IAN HARGREAVES GAZETECİLİK- BİR KİTAP İNCELEMESİ.
Ian Hargreaves'in Gazetecilik adlı eseri, gazeteciliğin küreselleşme ve dijitalleşme gibi faktörlerle değişen rolünü analiz ediyor. Kitap, gazeteciliğin tarihinden başlayarak özgür...
AFGANİSTAN TÜRKMEN EDEBİYATINDA ÖNEMLİ BİR ŞAHSİYET: ABDÜLKERİM BAHMAN
AFGANİSTAN TÜRKMEN EDEBİYATINDA ÖNEMLİ BİR ŞAHSİYET: ABDÜLKERİM BAHMAN
Abdülkerim Bahman, günümüz Afganistan Türkmen edebiyatının önemli temsilcilerinden biri olmakla beraber, yeterince tanınmış bir şahsiyet değildir. Kaynaklarda onun hayatı ve şi...
HELEN FRANKENTHALER VE NİCOLAS DE STAËL ESERLERİNDEKİ MEKÂN ANLAYIŞINA DAİR BİR İNCELEME
HELEN FRANKENTHALER VE NİCOLAS DE STAËL ESERLERİNDEKİ MEKÂN ANLAYIŞINA DAİR BİR İNCELEME
Mekân kavramı geçmişten günümüze pek çok alanda sürekli olarak üzerinde tartışılan bir kavram niteliğini taşımaktadır. Özellikle sanat alanında estetik bir sorunsallık...
OBURLUK ÇAĞI- FELSEFE VE POLİTİK PSİKOLOJİ DENEMELERİ ÜZERİNE BİR İNCELEME.
OBURLUK ÇAĞI- FELSEFE VE POLİTİK PSİKOLOJİ DENEMELERİ ÜZERİNE BİR İNCELEME.
Yıldız Silier'in Yordam Kitap tarafından yayımlanan "Oburluk Çağı: Felsefe ve Politik Psikoloji Denemeleri" adlı kitabında farklı temalar çerçevesinde tüketim toplumunda hayatın de...
BİR BESTECİ ÜÇ KENT: TANBURİ ALİ EFENDİ
BİR BESTECİ ÜÇ KENT: TANBURİ ALİ EFENDİ
Türk sanat müziği geleneğinin tanınmış bestecilerinden Tanburi Ali Efendi (1836- 1890); Midilli, İstanbul ve İzmir olmak üzere başlıca üç farklı kentte yaşamıştır. H...
Küratörün Söylemi̇ / Çağdaş Sanat Sergi̇leri̇nde Bi̇r Praksi̇s Analizi
Küratörün Söylemi̇ / Çağdaş Sanat Sergi̇leri̇nde Bi̇r Praksi̇s Analizi
Sanat dünyası 60’lı yıllarla birlikte, sadece çalıştıkları kurumun genel kabullerinin sınırları dahilinde kalmayan bağımsız küratörlük anlayışına ve bu küratörlerin gerçekleştirdiğ...

Back to Top